Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
777

“Kreativ Azərbaycan: yaradıcı məhsulların “Azexport.az” portalı vasitəsilə ixrac imkanları” mövzusunda təqdimat keçirildi

Oktyabrın 10-da Beynəlxalq Muğam Mərkəzində “Kreativ Azərbaycan: yaradıcı məhsulların “Azexport.az” portalı vasitəsilə ixrac imkanları” mövzusunda təqdimat keçirildi. Tədbir Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Mədəniyyət Nazirliyi ilə birgə təşkil olunmuşdu.

Layihənin PR meneceri Zənurə Talıbova təqdimatın məqsədi haqqında məlumat verdi. Bildirildi ki, “Azexport.az” portalının Azərbaycanın yaradıcı məhsullarının xarici bazarlara beynəlxalq elektron ticarət platformaları vasitəsilə ixrac imkanlarının genişləndirilməsinin növbəti mərhələsi başlanır. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” Sərəncamı ilə yaradılan və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən idarə olunan “Azexport.az” portalının missiyası Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platformanın firmalaşdırılmasıdır. Fəaliyyəti dövründə portala 150-dək ölkədən 1 milyard 300 milyon manatdan artıq ixrac sifarişi daxil olub. Bu sifarişlər əsasən ərzaq məhsulları, kənd təsərrüfatı və sənaye məhsullarıdır. Azərbaycanda mədəni və kreativ məhsullar olan rəssamlıq, sənətkarlıq, musiqi, film, nəşriyyat və digər növ məhsulların da dünya bazarlarına çıxışı üçün əlverişli imkanları nəzərə alıb portalın bu sahə üzrə sahibkarlıq fəaliyyəti göstərən potensial ixracatçılarla yenidən təqdimatı təşkil olunub.

Mərasimdə çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirdi ki, Yaradıcı və Mədəniyyət Sənayeləri (YMS) dünya iqtisadiyyatında dinamik inkişaf edən sektorlardan biridir. YMS-lər iqtisadiyyat, mədəniyyət, yaradıcı texnologiya sahələrini birləşdirən sənaye növüdür. Beynəlxalq kateqoriya və təsnifatlandırmaya əsasən YMS-lər musiqi, rəqs və teatr, dizayn, memarlıq və moda sənəti, sənətkarlıq və təsviri sənət, film, video və foto sənəti, ədəbiyyat və nəşriyyat, reklam, TV və radio yayımı, oyunlar və yaradıcı texnologiyalardan ibarətdir.

Qeyd olundu ki, YMS-lərin inkişafına dair qlobal kontekstdə müxtəlif araşdırmalar aparılıb. Ən son təfsilatlı analiz BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) təşkilatının 2002-2015-ci illər üzrə Yaradıcı İqtisadiyyata Baxış sənədidir. Bu sənədə əsasən, YMS-lər dünya üzrə araşdırma aparılan illər ərzində orta hesabla illik 7,3%-lik artım göstəriblər. Bununla yanaşı, qeyd edilən illər ərzində YMS-lərin məhsul və xidmətləri üzrə dünya ixracı iki dəfədən çox artıb. Belə ki, 2002-ci ildə bu göstərici 208 milyard dollar olduğu halda, 2015-ci ildə artaraq 509 milyard dollar olub. Ümumilikdə UNESKO təşkilatı, Böyük Britaniya və digər qabaqcıl ölkələrin hesablamalarına görə, YMS-lər iqtisadiyyatın ənənəvi sahələrindən 2 dəfə daha sürətlə inkişaf edir və daha az sərmayə tələb edir. Ümumiyyətlə, YSM-lərin sürətlə inkişafı həm rəqəmsallaşmanın, sosial şəbəkələrin və internetin inkişafı ilə, həm də bu sahəyə dövlətlərin diqqətinin artması və əlavə sərmayələrin yatırılması ilə əlaqələndirilir. Son illər ərzində müxtəlif dövlətlər YMS-lərin iqtisadi potensialını görərək bu sahənin inkişafı üzrə strateji sənədlər qəbul edib.

Azərbaycanda Yaradıcı və Mədəniyyət Sənayeləri ənənəvi olaraq müxtəlif formalarda mövcuddur. Bura həm qədim sənətkarlıq növləri, həm dərin musiqi ənənələri, həm də ədəbiyyat, film, rəssamlıq, foto və digər sahələr daxildir. Azərbaycan xalqı yaradıcı və inkişafa meyilli xalq olduğundan, YMS-lər həmişə ictimai həyatda mərkəzi rol oynayıb.

V.Qasımlı qeyd etdi ki, ölkəmizdə YMS sahələrinin inkişafı üzrə uzunmüddətli strateji planlaşdırmanın və inkişaf proseslərinin effektiv koordinasiyasının təmin edilməsi üçün “Yaradıcı Sənayelərinin İnkişafına dair Strategiya”nın hazırlanması yaxşı olar. Hazırlanacaq bu sənəd və sənədin əsasında aparılacaq praktiki fəaliyyət yaradıcı məhsulların artmasına, ixracın şaxələndirilməsinə, kiçik və orta sahibkarlığın inkişafına, kölgə iqtisadiyyatının payının azaldılmasına, gənclər arasında işsizliyin azaldılmasına, dövlətlə cəmiyyət arasında daha sıx əməkdaşlığa və digər geniş milli məqsədlərə töhfə verə bilər.

Qonşu ölkələrdə yaradıcı sənayenin inkişafı ilə bağlı strategiyanın mərhələlərindən söz açan icraçı direktor diqqətə çatdırdı ki, YMS-lərin inkişafı təhsildə müasir yeniliklərin tətbiqinə, regionlarda iqtisadi inkişafa, təşkilatlararası və özəl sektor ilə əməkdaşlığın gücləndirilməsinə gətirib çıxaracaq. Bu sahədə yaradılan iş yerləri digər istehsalat sahələri ilə müqayisədə rəqəmsallaşmaya daha dözümlüdür, çünki insan intellekti ilə sıx bağlıdır.

Mədəniyyət Nazirliyi Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə çıxışında “Azexport.az” portalı ilə əməkdaşlığın Azərbaycanın yaradıcı və mədəniyyət sənayelərində məhsul və xidmətlərin istehsalını həyata keçirən aparıcı subyektlərin – özəl şirkətlərin, fərdi sahibkarların və müəlliflərin də marağında olduğunu bildirdi. Vurğuladı ki, burada yaradıcı məhsul insan faktoruna bağlanır. İnsan bacarıqlarının iqtisadi potensiala çevrilərək ondan bəhrələnmək günün əsas aktual məsələlərindən biridir. Yaxın vaxtlarda bu sahədə vahid baza formalaşdırılacaq və aparılan işlərə təkan verəcək. V.Eyvazzadə diqqətə çatdırdı ki, bu gün ölkəmiz daha çox iki brendi ilə - “Bakı Prosesi” və “ASAN Xidmət”lə tanınır: “Növbəti 10 illik üçün “Bakı Prosesi”nin yeni bir istiqamətini müəyyən etdik. Bu da insan inkişafı ilə bağlı istiqamətdir. Sözügedən sənaye sahəsi məhz insan inkişafı və insan şüuru ilə ciddi bağlılığı olan sahədir. Burada çox vacib məqamlardan biri də iqtisadiyyatın müəyyən sahələrində resursların tükənməsidir. Yaradıcı sənaye insan şüurunun məhsulu olduğu üçün burada tükənmə deyil, daim yenilənmədən söhbət gedir”.

Şöbə müdiri çıxışının sonunda Mədəniyyət naziri Əbülfəs Qarayevin adından “Azexport.az” portalının fəaliyyətinə uğurlar arzuladı.

Portalın rəhbəri Zaur Qardaşov layihənin imkanlarına dair təqdimatla çıxış etdi. Bildirdi ki, inkişaf etmiş ölkələrdə kreativ məhsulların iqtisadiyyata verdiyi töhfə ÜDM-in 4-6 faizini təşkil edir: “Azərbaycanın bu sahədə mövcud potensialını nəzərə alsaq, perspektivdə bu sektor ölkəyə ən azı 1-1,5 milyard dollar əlavə gəlir gətirə bilər. Bu məqsədlə kreativ məhsulların xarici bazarlarda təşviqi məqsədilə “Azexport.az” portalı sınaqdan keçmiş modelini və mövcud imkanlarını təklif edir. Məlum olduğu kimi, artıq digər sənaye və kənd təsərrüfatı məhsullarının ixracında fəaliyyətimiz uğurlu olub, bunları nəzərə alaraq yaradıcı sahədə də Azərbaycan məhsullarının xarici bazarlara çıxarılmasına dəstək olmaq istərdik. Bunun üçün bu sahədə ixtisaslaşan “Etsy”, “Kickstarter” və “Amazon Kindle onlayn portalları və “Sothebys” auksion evi ilə əməkdaşlıq qurulacaq”.

Portalın rəhbəri vurğuladı ki, “Azexport.az” bu il ərzində “Amazon” onlayn platformasında elektron kitabların satışı istiqamətində uğura nail olub. Belə ki, ümumilikdə “Azexport.az” və “Amazon” portallarında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun “Fundamentals of İnclusive Development Management” adlı elektron kitabının üç ay ərzində 300-dən artıq nüsxəsi satılıb. Növbəti mərhələdə dizayn həlləri, əl işləri, milli suvenirlər, əsərlər, şeirlər, rəsmlər, kreativ video oyunlar, musiqilər, bəstəkarlıq və potensial ixrac imkanı olan digər yaradıcılıq məhsullarının “Etsy”, “Apple” “Music”, “Itunes”, “Google Play”, “Kickstarter”, “Sothebys” və “Amazon Kindle” kimi platformalara yerləşdirilməsi nəzərdə tutulub.

Akademik Urxan Ələkbərov çıxış edərək saytla birgə əməkdaşlığa görə təşəkkürünü bildirdi. Vurğuladı ki, bu kitab Azərbaycanda inklüziv inkişafa həsr olunan yeganə dərslikdir. Azərbaycan dünya üzrə inklüziv inkişaf dövriyyəsinə görə qabaqcıl yerlərdən birini tutur.

Əməkdar incəsənət xadimi, tanınmış modelyer Fəxriyyə Xələfova dəb sahəsinin iqtisadiyyata təsiri və bu sahəyə verilə biləcək töhfələrlə bağlı fikirlərini bölüşdü.  Portalın işinə uğurlar arzulayaraq yaradıcı sahənin müasir tələblərə uyğun inkişafının əhəmiyyətini vurğuladı.

Tədbirdə həmçinin satılan elektron kitabların rəmzi ödəniş qəbzi təqdim edildi və “Azexport.az” portalının fəaliyyəti, eləcə də portalın “İxrac səbəti”nə ulduz səfirlərin öz məhsullarını təqdim etməsi ilə bağlı videoçarx nümayiş olundu.

XƏBƏRLƏR

13.12.2019 17:54
Mədəniyyət naziri Almaniyanın Azərbaycandakı səfiri ilə görüşüb
13.12.2019 16:53
Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Nadir Qasımovun sərgi açılacaq
13.12.2019 14:42
Regionlarda ustad dərsləri davam edir
13.12.2019 10:52
Mədəniyyət Nazirliyi “Gələcək nəsillərə yatırım” mövzusunda 4-cü Ümumdünya Turizm və Mədəniyyət Konfransında təmsil olunur
13.12.2019 08:59
“Doğma diyar” adlı respublika uşaq rəsm müsabiqəsinə qeydiyyat başa çatıb
12.12.2019 17:50
Sumqayıtın mədəniyyət müəssisələrində ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbirlər keçirilib
12.12.2019 17:38
Daşkənddə Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
12.12.2019 17:36
Xaçmazda “Yaradıcı sənaye və regional inkişaf perspektivləri” mövzusunda görüş keçirilib
12.12.2019 15:53
Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin böyük himayədarı idi
12.12.2019 09:24
Muğam Mərkəzində görkəmli xanəndə Hacıbaba Hüseynovun xatirəsi anılıb
12.12.2019 09:19
"Mirvarid Dilbazi Məclisi"nin növbəti tədbiri Əminə Dilbazinin 100 illiyinə həsr olunacaq
11.12.2019 17:55
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yeni loqotipinin hazırlanması ilə bağlı müsabiqə elan edir
11.12.2019 17:32
Özbəkistanda “Mən mülki-cahan, cahan mənəm mən!” adlı konsert keçirilib
11.12.2019 16:59
Milli Kitabxanada ulu öndər Heydər Əliyevin xatirəsi yad olundu
11.12.2019 11:55
Xalq teatrlarına dair yeni metodiki vəsaitlər işıq üzü görüb
11.12.2019 11:08
“ÇÖLÇÜ” filminin yeni uğuru
11.12.2019 09:00
Bakıda keçirilən III Eksperimental Teatr Festivalı başa çatıb
11.12.2019 08:54
Kukla Teatrında “O qadın” tamaşası nümayiş olunub
10.12.2019 17:34
“Estrada sənəti” sinfinin inkişafı müzakirə olunub
10.12.2019 17:09
Xalq artisti, kinorejissor Yalçın Əfəndiyev son mənzilə yola salındı
10.12.2019 16:32
"Mən ağacam" tamaşası növbəti dəfə "Yuğ"un səhnəsində
10.12.2019 14:03
"Paris Notr-Dama ithaf" tamaşası növbəti dəfə nümayiş ediləcək
10.12.2019 11:48
Görkəmli kinorejissor, Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, professor Yalçın Heydər oğlu Əfəndiyev vəfat etmişdir