Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
438

Bakıda “İplər arasında harmoniya” adlı sərgi açılıb

Oktyabrın 10-da Azərbaycan Milli Xalça Muzeyində Macarıstan Qobelen Sənətləri Birliyinin “İplər arasında harmoniya” adlı sərgisi açılıb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Macarıstanın Azərbaycandakı səfirliyi və Azərbaycan Milli Xalça Muzeyi tərəfindən təşkil edilən sərgidə 40-dan çox əsər nümayiş edilib.

Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova sərgini Bakının mədəni həyatında mühüm hadisə kimi dəyərləndirib. Bildirib ki, sərgidə təqdim edilən əsərlər sənətsevərlər üçün olduqca mühüm əhəmiyyət daşıyır.

Bütü iştirakçıları salamlayan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva sərgi haqqında məlumat verib. Bildirib ki, sərgini Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu “Naxçıvan müqaviləsi”nin 10 illiyi və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə görüşünə həsr olunmuş “Türk dünyası həftəsi” çərçivəsində təşkil edib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçiriləcək VII Sammiti ərəfəsində təşkil edilən sərginin əhəmiyyətini vurğulayan G.Əfəndiyeva deyib ki, belə sərgilər xalqlar arasında mədəni sahədə əlaqələrin daha da genişlənməsinə böyük təkan verir.

“Naxçıvan müqaviləsi”ni böyük tarixi hadisə kimi xarakterizə edib və onun türkdilli dövlətlərin əməkdaşlığında yeni bir səhifə açdığını bildirən Günay Əfəndiyeva hazırda türkdilli xalqların inteqrasiyasına xidmət göstərən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun reallaşdırdığı layihələrdən söz açıb. Bildirib ki, Fond dörd türkdilli ölkə - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan dövlətləri tərəfindən təsis edilib. Fondun məqsədləri layihə və proqramları dəstəkləmək və maliyyələşdirməklə türk mədəniyyətini və irsini qorumaq, araşdırmaq, tanıtmaq və gələcək nəsillərə ötürməkdir. Həmçinin bu il Macarıstan türk dünyası ilə ortaq mədəni dəyərləri əsas gətirərək Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda müşahidəçi statusu almaq istəyini ifadə edib. Bu mənada bu sərgi çox böyük əhəmiyyət daşıyır.

Ölkəsinə məxsus mədəni dəyərlərin Şərqlə bağlı olduğunu söyləyən Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi sərgi haqqında məlumat verib. Bildirib ki, qobelen hiss və duyğuların sənətidir, düşüncə tərzidir. Qobelen sənəti dünyada geniş yayılıb və macarıstanlı sənətkarlar da bu sənət növünə bənzərsiz əsərlər yaradırlar. Bakıdakı bu əhatəli sərgi sizi qobelen sənətkarlarının şah əsərləri vasitəsilə onların müxtəlifliyi, fantaziyası və bacarıqları ilə tanış etmək məqsədi ilə təşkil edilib. Qobelen Avropa sənət tarixində əsrlərdən bəri davam edən unikal, suveren bir janrdır.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

XƏBƏRLƏR

13.11.2019 16:52
Prezident İlham Əliyev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13.11.2019 15:33
Mədəniyyət sahəsinin könüllüləri sırasına Azərbaycan Turizm və Menecment Universiteti də qoşulub
13.11.2019 15:29
Özbəkistanın Urgənc şəhərində Azərbaycan milli rəqslərinin təqdimatı keçirilib
13.11.2019 12:25
Milli Kitabxanada əlillər gününə aid sərgi açılıb
13.11.2019 11:22
Bakıda tanınmış bolqarıstanlı fotoqrafın sərgisi açılıb
13.11.2019 10:04
Azərbaycan komandası “Liqa smexa” mövsümünün ən yaxşı nömrəsinə görə kubok qazanıb
13.11.2019 09:03
Bakıda “Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri” mövzusunda konfrans təşkil ediləcək
12.11.2019 15:35
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcəkdir
12.11.2019 14:13
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12.11.2019 09:24
Almatıda Azərbaycan mədəniyyəti və ənənələri günü keçirilib
12.11.2019 09:21
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
12.11.2019 09:12
Musiqili Teatrda mövsümün ilk premyerası – “Paris Notr-Dama ithaf”
12.11.2019 09:08
Azərbaycan-Özbəkistan dostluğuna aid sənədli film nümayiş etdirilib
12.11.2019 09:05
“Müəmmalı bir qətlin üç versiyası” növbəti dəfə “Yuğ” Teatrında
12.11.2019 09:02
“Müqəddəs Azərbaycan bayrağı” adlı musiqili ədəbi-bədii gecə təşkil edilib
09.11.2019 11:21
Filarmoniyada Yalçın Adıgözəlovun 60 illiyinə həsr olunmuş konsert keçirilib
09.11.2019 11:12
Azərbaycan Milli Xalça Muzeyinin fiziki imkanları məhdud şəxslərə uyğunlaşdırılmış ikinci mərtəbəsinin açılışı olub
09.11.2019 10:55
Şirvan aşıqları Beynəlxalq Muğam Mərkəzində geniş konsert proqramı ilə çıxış ediblər
08.11.2019 17:04
Azərbaycan və Özbəkistan ədəbi əlaqələrinə dair beynəlxalq konfrans keçirilib
08.11.2019 16:45
Mərkəzi İncəsənət məktəbində “BAYRAĞIMIZ- QÜRURUMUZDUR!” adlı tədbir keçirildi
08.11.2019 16:20
Dövlət Bayrağı Günü münasibətilə regional mədəniyyət idarələrinin təşkilatçılığı ilə tədbirlər keçirilir