Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3664

“Xalqların mədəniyyətləri və adət-ənənələrinin qorunmasında mədəniyyətlərarası dialoqun rolu”na həsr olunan tədbir keçirildi

Oktyabrın 11-də Beynəlxalq Muğam Mərkəzində "Xalqların mədəniyyətləri və adət-ənənələrinin qorunmasında mədəniyyətlərarası dialoqun rolu" mövzusunda tədbir keçirildi. Tədbir Rusiya Federasiyası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə reallaşdı.

Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva tədbiri açaraq bildirdi ki, Rusiya ilə Azərbaycan arasında mədəniyyət və incəsənət sahəsində səmərəli əməkdaşlıq inkişaf edir: “Bu əməkdaşlıq əlaqələrinin əsasını 6 iyun 1995-ci ildə iki ölkə arasında imzalanan mədəniyyət və elmi sahələrində əməkdaşlığa dair saziş təşkil edir. Bundan əlavə, 2 dekabr 2016-cı ildə Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi arasında 2017-2019-cu illər üçün “Mədəni əməkdaşlıq proqramı” imzalanıb. Onu da qeyd edim ki, 2012-ci ildən etibarən Sankt-Peterburqda keçirilən Beynəlxalq Mədəniyyət Forumunda ənənəvi olaraq ölkəmiz də təmsil olunur. 2018-ci ildə gerçəkləşən növbəti forumda Azərbaycana fəxri qonaq ölkə statusu verildi və biz bu statusla 2020-ci ildə forumda iştirak edəcəyik. Rusiya ilə Azərbaycan arasındakı mədəni körpülər mədəniyyətlərarası dialoq üçün bir nümunə və əsasdır”.

Prezidenti İlham Əliyev oktyabrın 2-3-də Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərində təşkil olunan “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında iştirak etdiyini deyən Sevda Məmmədəliyeva bildirdi ki, ölkəmizin başçısının beynəlxalq münasibətlərin aktual problemlərinin müzakirə olunduğu bu sessiya da dərin məzmunlu çıxışı geniş ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.

Nazir müavini diqqətə çatdırdı ki, Qafqaz ta qədimdən dünyanın çoxmillətli bölgələrindən biri olub. Azərbaycan da müxtəlif azsaylı xalqların nümayəndələri yaşayır. Bu etnik qruplar Azərbaycan xalqı mehriban şəraitdə yaşayırlar. Bu xalqlar doğma dillərindən istifadə edir, maddi və mənəvi mədəniyyətlərini, dinlərini və adət-ənənələrini qoruyur, milli-mədəni cəmiyyətlər, dərnəklər yaradaraq ölkəmizin həyatında fəal iştirak edirlər. Bu tolerantlıq nümunəsi tarixən digər xalqların və dinlərin mədəni-mənəvi dəyərlərinə hörmət edən, sülh və mehriban qonşuluq arzusunda olan azərbaycanlıların həyat tərzinin əsas hissəsini təşkil edir. 2006-cı ildən bəri hər 2 ildən bir Bakıda azsaylı xalqların mədəni irsinin təbliği məqsədilə festivallar təşkil olunur.

Qeyd olundu ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz dünyada mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib. Eyni zamanda bu mütərəqqi siyasət nəticəsində xalqımızın çoxəsrlik tolerantlıq və mehriban qonşuluq mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında örnək qəbul edilir. 2008-ci ildə dövlət başçısı tərəfindən elan olunan "Bakı Prosesi" artıq mədəniyyətlərarası dialoqa dair aparıcı platforma hesab olunur. Ölkəmizdə ənənəvi olaraq Dünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Humanitar Forumu keçirilir. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi bu sahədə ölkəmizə göstərilən yüksək etimadın bariz nümunəsidir.

Nazir müavini çıxışının sonunda "Xalqların mədəniyyətləri və adət-ənənələrinin qorunmasında mədəniyyətlərarası dialoqun rolu" tədbirinin multikultural dəyərlərin təbliğinə öz töhfəsini verəcəyini qeyd etdi.

Tədbir Rusiya Federasiyası Mədəniyyət nazirinin müşaviri Mixail Kojemyakinin moderatorluğu ilə davam etdi. Müzakirələrdə Rusiyanın Milliyyət İşləri üzrə Federal Agentlik İdarəsinin rəisi A.O.Bulatov, Komi Respublikasının Mədəniyyət, Turizm və Arxiv İşləri naziri S.V.Yemelyanov, Tatarıstan Respublikası Mədəniyyət nazirinin birinci müavini Y.İ.Adqamova, Dağıstan Respublikasının Xalq Yaradıcılıq Evinin direktoru M.V.Muqatova, Başqırdıstan Respublikası Mədəniyyət nazirinin birinci müavini N.M.Lapşına çıxış etdilər.

Çıxışlarda vurğulandı ki, milli mədəniyyətdə ənənəvi, xalq-etnoqrafik amilləri böyük əhəmiyyət kəsb edir. Ənənəvi mədəniyyətdən danışarkən özümüzdən uzaqlaşa bilmədiyimiz kimi, “tarixi yaddaş” anlayışını da diqqətdən kənarda saxlaya bilmərik. Bu geniş konsepsiyaya müxtəlif ənənələr, milli xüsusiyyətlər, mənəvi nizam, mərasimlər, bayramlar, geyimlər, sənətkarlıq növləri daxildir. Xalqlar arasında bu kontekstdə körpü yaratmalı, tolerantlığı qorumaqla sülh və qarşılıqlı anlayışa nail olmalıyıq.

Tədbir müzakirələrlə davam etdi.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb