Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1760

M.A.P. festivalında “Universal hadisə”

YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə keçirilən M.A.P. (Musiqi. Sənət. Performans) festivalı çərçivəsində oktyabrın 15-də YARAT Mərkəzində Devid Espinoza Kukla Teatrının (İspaniya) təqdimatında “Universal hadisə” tamaşası nümayiş olundu.

Hər şey əslində sadədir: dördbucaq örtük üzərində, məhdud çərçivənin içində yuvarlaq olan dünya, daha doğrusu, o dünyanın başına gətirilən oyunlar göstərilir. Fərqli predmetlər bizə hələ bəşər sivilizasiyasının o tayından boylanır. Çiy ət yeyən adamdan müasir güc göstəricisi superqəhrəmanlar və onları icad edən super dövlətlər, hökm və hakimlər, demokratiya, bəşəri dəyərlər, sülh və azadlıqları rəmzləşdirən atribut və onları usta saxtakarlıqla insanların beyninə, həyatına və hələ də dağıla bilməyən dünyaya pərçim edənlər proses olaraq göstərilir. Və sən də böyük led işıqlar, dinamikasını ən minimalistcəsinə icra edən aktyor və onu müşayiət edən OM səs-avazının müşayiətində izləyirsən. Beləcə gözünün qarşısında dünyanın elədən-belə çevrilməsinə heyrətlənirsən...

Səhnə performansı haqqında qısa annotasiyaya nəzər salaq. Obyektlərin hekayə elementi kimi tədqiqi nəticələrinə əsaslanaraq, bu tamaşanın müəllifləri dünya tarixini öz nöqteyi-nəzərlərindən göstərməyə çalışıb, bəşəriyyətin inkişafını təşkil edən bəzi hadisələr üzrə audiovizual səyahət yaradıblar. Müəlliflər obyektlərin manipulyasiyası, xoreoqrafik hərəkətlər və işıq proyeksiyalarının vəhdəti nəticəsində qısa hekayə şəklində unikal bir tarix dərsi yaratmışlar.

Haqlıdırlar, “Universal hadisə”nin yaradıcı beyinləri – ideya və həll müəllifi olan Devid Espinoza və onun məhdud çevrəsindəkilər – dünyanı real teatr səhnəsi kimi göstərmək istəyərkən bizə həm sadə sənət həqiqətini, həm də mürəkkəb həyat gerçəyini anlatdılar.

Ümumiyyətlə, 42 yaşlı aktyor-rejissor Devid Espinoza bu səhnə interpretasiyasını təhlil edərkən deyir ki “Təsiredici bir element kimi obyektlə sınaq keçirməyə davam edərək, bəşəriyyətin inkişafını təşkil edən bəzi hadisələrin audio-vizual turunu yaradaraq öz nöqteyi-nəzərimizdən bir teatr, daha doğrusu, universal tarix yaratmağa çalışdıq. Bu bənzərsiz bir hekayə növü, qısa və yarımçıq bir nəqldir. Niyə yarımçıq, çünki dünya və insan hələ də var və yaşadıqca o dünyanı öz bildiyi kimi fırladır. Həm də dünyanın nə istədiyini vecinə almadan”.

Nəzərinizə çatdıraq ki, Devid Espinozanın işi teatr hədləri haqqında bir araşdırma aparmaq və "səhnə tənliyi"nin elementlərini idarə etmək fikrini şübhə altına almaqdır. Adam cəsarətlidir, deyilmi? O, cəmiyyət və sənət dünyası ilə bağlı tənqidi bir ruhu saxlayaraq, hər yaradıcılığında tamaşaçıları təəccübləndirən vizual sənət, rəqs və teatrın vəhdətində bir oyun hazırlamağa çalışır. Forma, işıq və səs arasındakı əlaqə vasitəsilə məna yaratmağa çalışan aktyor təhlükəli metodlar və "aşağı texnologiya" ilə teatrallığa yüklənmiş mürəkkəb effektlər yaradan performans konsepsiyasını təklif edən qurğulara da əl atır ki, çağdaş tamaşaçının diqqətini bu sənət hiyləsi ilə cəlb etmək daha ağıllı addımdır.

Qəhrəmanımız Devid Espinozanın bu və daha öncəki illərdə ərsəyə gətirdiyi teatr nümunələri dəfələrlə beynəlxalq teatr və sənət festivallarında maraqla qarşılanıb və mükafatlara layiq görülüb. Sadə, daha çox mətləbə ilk baxışdan dəxli olmayan, bir növ, adda-budda səpələnmiş əşyaların kontrastından fikir formalaşdırmağa çalışan postmodernist müəllifin bizim üçün ənənəvi olmayan səhnə cəhdi maraqlı olduğu qədər də gerçəkçi idi...

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi