Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3445

Yaradıcı əməyə verilən qiymət

Oktyabrın 18-də Azərbaycan Milli İncəsənət Muzeyində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş bir qrup mədəniyyət xadiminə mükafatların təqdim olunması mərasimi keçirildi.

Mədəniyyət naziri Əbülfəs Qarayev tədbir iştirakçılarını 18 Oktyabr - Müstəqillik Günü münasibətilə təbrik etdi. Bildirdi ki, mədəniyyət və incəsənət sahəsində çalışan insanlar müstəqil Azərbaycanın inkişafı naminə öz istedad və bacarıqlarını əsirgəmir, mədəni mirasımızı ölkəmizin hüdudlarından kənarda da layiqincə təbliğ edirlər. Onlar həm də köklü ənənələrə malik olan mədəniyyətimizin gənc nəsillərə ötürülməsində səylə çalışırlar.

Nazir qeyd etdi ki, Azərbaycanın mədəniyyətinin inkişafına töhfə verən insanların əməyi dövlət tərəfindən mütəmadi olaraq qiymətləndirilir: "Məlum olduğu kimi, 2 Avqust – Milli Kino Günü və 18 Sentyabr – Milli Musiqi Günü münasibətilə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə bir qrup mədəniyyət və incəsənət xadimi təltif edilib. Bundan əlavə, mədəniyyət sahəsində, dövlət qulluğunda çalışan bir neçə əməkdaşımız da mükafatlandırılıb. Bu gün həmin insanlara mükafatlar təqdim olunacaq".

Əbülfəs Qarayev Mədəniyyət Nazirliyinin qurumlarında 70 minə qədər insanın çalışdığını, yüz minlərlə şəxsin yaradıcılıqla məşğul olduğunu diqqətə çatdırdı. Söylədi ki, ildən-ilə artan tədbirlər, həyata keçirilən layihələr, bu sahədə qazanılan nailiyyətlər onu deməyə əsas verir ki, mədəniyyət sahəsində inkişaf sistemli şəkildə davam edir: “Nazirliyin qarşısında duran əsas məsələlərdən biri də Azərbaycanda yaradıcılıq sənayesinin formalaşdırılması, bu sahənin dünya standartları səviyyəsinə qaldırılmasıdır. Bu gün mükafatlandırılanlar arasında bu istiqamətdə çalışan insanlara nümunə ola biləcək əməkdaşlar da var. Əgər bir insan cənab Prezident tərəfindən yüksək ada layiq görülürsə, deməli, o, mədəniyyət sahəsində uğur qazanıb. Mən hər birinizi cənab Prezidentin adından təbrik etmək istəyirəm. Ölkə başçısı tərəfindən təltif edilmək hər kəsə qismət olmur. Siz əməyinizlə, yaradıcılıq və istedadınızla bu adları qazanmısınız. Dövlət başçısının verdiyi bu qiymət sizlərin xalqımıza, cəmiyyətimizə gərəkli insanlar olduğunuzun bir göstəricisidir. Çünki sizin töhfələriniz də cəmiyyətimizin inkişafına  xidmət edir. Ona görə də mən bu sahədə uğurlu işlərin daimiliyini arzulayıram”.

Nazir mükafatlandırma mərasiminin Azərbaycan Milli İncəsənət Muzeyində keçirilməsinin təsadüfi olmadığını bildirdi: "Bu bina Azərbaycan memarlıq məktəbinin müstəsna nümunələrindəndir. Məlumdur ki, muzeyin binası Prezident İlham Əliyevin sərəncamı ilə təmir edildi. Hazırda bu mədəniyyət ocağında həm yerli, həm də xarici rəssamların əsərləri nümayiş olunur. Mən sizləri də, vətəndaşlarımızı da bu muzeyi ziyarət etməyə, burdakı nadir incəsənət nümunələri ilə tanış olmağa dəvət edirəm”.  

Əbülfəs Qarayev çıxışının sonunda mədəniyyət anlayışının sənət adamlarının yaradıcılığı ilə məhdudlaşmadığını, bu məfhumun həm də həyat normasına çevrilən zaman böyük ictimai əhəmiyyət kəsb etdiyini vurğuladı.

Daha sonra nazir mükafatları sahiblərinə təqdim etdi.

Dövlət başçısının sərəncamları ilə Quliyeva Xalidə Camal qızı, Allahverdiyev Vasif Kərim oğlu, Fərəcov Sərdar Fərəculla oğlu “Xalq artisti” fəxri adına layiq görülüblər. Azay Adil Çərkəz oğlu, Xalıqzadə Fəttah Xalıq oğlu, Rəcəbov Oqtay Məmmədağa oğlu “Əməkdar incəsənət xadimi” fəxri adı, Əliyeva Günay Sabir qızı, Babayev Mobil Rəşid oğlu, Qasımova Ruhəngiz Nağı qızı isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunublar. Bundan əlavə, bir qrup mədəniyyət və incəsənət xadimi “Əməkdar artist”, “Əməkdar mədəniyyət işçisi”, “Əməkdar müəllim” fəxri adları, “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənmə” medalları ilə mükafatlandırılıb.

Bütün təltif olunanları təbrik edən Əbülfəs Qarayev mədəniyyətimizin inkişafında onlara yeni-yeni yaradıcılıq uğurları arzuladı.

Təltif olunan sənət adamları çıxış edərək onlara təqdim edilən mükafatın böyük məsuliyyət hissi yaratdığını vurğuladılar. Ölkəmizdə mədəniyyət işçilərinə göstərilən diqqət və qayğıya görə  ölkə başçısına minnətdarlıq ifadə olundu.

XƏBƏRLƏR

08.07.2020 10:37
“ Mənim yay tətilim-2020” uşaq rəsm müsabiqəsi davam edir
07.07.2020 11:58
Beynəlxalq mədəni əlaqələrin qurulmasında muzeylərin rolu
06.07.2020 14:19
Əməkdar artist Tofiq Hüseynov vəfat edib
06.07.2020 11:11
Beynəlxalq Muğam Mərkəzindən canlı yayım opera sənətimizin yaranmasına həsr olunub
03.07.2020 16:57
Dəyişən reallığa uyğunlaşan mədəniyyət
03.07.2020 16:52
Murad Hüseynov: Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına ciddi riayət etməkdir
02.07.2020 14:38
Mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş iclas keçirilib
02.07.2020 13:27
Vikipediyada Mikayıl Müşfiq haqqında özbək dilində bölmə istifadəyə verilib
01.07.2020 15:43
Beynəlxalq Muğam Mərkəzindən canlı yayımlar davam edir
01.07.2020 11:50
Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin növbəti iclası videokonfrans formatında keçirilib
30.06.2020 15:51
Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə uşaqlar üçün nəzərdə tutulan rəsm müsabiqəsi davam edir
30.06.2020 15:48
Azərbaycan və Özbəkistan məktəbliləri arasında beynəlxalq onlayn festival təşkil ediləcək
30.06.2020 15:08
Peşəkar kitabxanaçılar arasında debat keçirilib
30.06.2020 15:02
Beynəlxalq Muğam Mərkəzi tərəfindən unudulmaz xanəndənin irsi ilə bağlı tədqiqatlar davam etdirilir
30.06.2020 11:42
Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir
29.06.2020 13:22
“Tərəfdaşlarla görüş” layihəsi çərçivəsində növbəti onlayn videokonfrans təşkil olunub
26.06.2020 17:32
Respublika Gənclər Kitabxanası Silahlı Qüvvələr Günü münasibətilə videoçarxlar hazırlayıb
25.06.2020 17:09
“Birgə mütaliə” layihəsinin növbəti kitab müzakirəsi narkomaniyanın törətdiyi fəlakətlər və onlarla mübarizəyə həsr olunub
25.06.2020 11:10
“Mənim yay tətilim-2020” Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir
25.06.2020 11:09
Bölgələrdəki mədəniyyət müəssisələrinin fəaliyyəti onlayn formada davam edir
24.06.2020 17:03
Gəncədə “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksi bərpadan sonra istifadəyə verilib
24.06.2020 11:16
Açıq xarakterli mədəni konsaltinq xidmətləri davam edir