Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2661

“Gələcəyin konsepsiyalarında mədəniyyət amili” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib

Oktyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində “Gələcəyin konsepsiyalarında mədəniyyət amili” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirildi.

Konfrans Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) və AMEA-nın Fəlsəfə İnstitutunun birgə təşkilatçılığı ilə gerçəkləşdi.

MEMİM-in direktoru Asif Usubəliyev tədbiri açıq elan edərək bildirdi ki, mədəniyyət dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, insanları bir araya gətirən qüvvədir. Hələ ilk dövlətlər yaranana qədər insanların həyatında ibtidai formada belə mədəniyyət mövcud idi. Məhz bu mövcudluq insanlarda şüuru formalaşdıran mühüm amil kimi əks olunur. Dünyanın hər bir ölkəsində milli-mənəvi dəyərlərin təbliği mühüm yer tutur. Dünya sivilizasiyasının inkişafına töhfə verən konsepsiya, paradiqma və digər fəaliyyətlərin proqramı hazırlanır. Davamlı inkişafın təmin olunmasında bu konsepsiyaların böyük əhəmiyyəti var.

Konfransda AMEA Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə, millət vəkili Qənirə Paşayeva, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, AMEA Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, sənətşünaslıq üzrə elmlər doktoru Rəna Abdullayevanın çıxışları dinlənildi.

Qeyd olundu ki, gələcəyin konsepsiyalarının formalaşdırılması və mədəniyyət amilinin önə çəkilməsi qarşıya qoyulan əsas məqsədlərdən biridir. Dünyanın bir çox aparıcı elm, təhsil və mədəniyyət müəssisələrindən dəvət olunan alim, tarixçi, həmçinin mədəniyyət xadimləri tərəfindən gələcək konsepsiyalar üçün aparılan müzakirələr mühüm əhəmiyyət kəsb edir.

Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetinin professoru Tair Maxamatov, AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri, professor Akif Musayev, Fəlsəfə İnstitutunun şöbə müdiri Könül Bünyadzadə, Qazaxıstan Respublikası Tarix İnstitutunun elmi katibi Anara Qabdullina, MEMİM-in sektor müdiri Ceyhun Əhmədov və başqaları “Mədəniyyət fəlsəfənin əsas obyekti kimi”, “Mədəniyyətlərarası kommunikasiyaların gələcəyi ilə bağlı elmi araşdırmalar”, “Müasir Azərbaycan mədəniyyətlərin kəsişməsində” və s. mövzularda məruzələrlə çıxış etdilər.

Konfrans çərçivəsində MEMİM-in nəzdində təsis olunmuş “Mədəniyyət naminə elm” debat klubunun təqdimatı keçirildi. Klubun fəxri üzvlərinə vəsiqələr təqdim olundu.

Sonda iştirakçılar "Kapellhaus" Azərbaycan-Alman Mədəniyyət Mərkəzi, Bakı Amerika Mərkəzi, Misir, Rusiya və Fransanın mədəniyyət mərkəzlərinin fəaliyyətini əks etdirən sərgi ilə tanış oldular.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb