Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2530

“Uşaq kitab karvanı – bölgələrdə” layihəsi çərçivəsində bölgələrdə səyyar kitab sərgiləri təşkil olunur

Mədəniyyət Nazirliyinin dəstəyi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Uşaq kitab karvanı – bölgələrdə” layihəsi çərçivəsində səyyar kitab sərgisi Zərdab rayonunda baş tutub.

Uşaq kitab karvanını ilk qarşılayan Zərdab rayon Mərkəzi Kitabxanası olub. Tədbirdə Zərdab rayon ziyalıları, mədəniyyət işçiləri, müəllimlər, uşaq və yeniyetmələr iştirak edib. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova tədbiri açaraq layihə haqqında ətraflı məlumat verib. Bildirib ki, “Nəsimi ili” çərçivəsində keçirilən tədbirin məqsədi, səyyar sərgilər vasitəsilə uşaq ədəbiyyatına olan marağı artırmaq, uşaqları mütaliəyə cəlb edərək onların oxu ehtiyacını təmin etməklə bölgələrdə ictimaiyyətin diqqətini kitab və kitabxanaya yönəltməkdir. O, uşaq və yeniyetmələrin görüşünə gələn uşaq yazarlarını tədbir iştirakçılarına təqdim edib.

Görüşdə Azərbaycan uşaq ədəbiyyatının inkişafında öz yaradıcılıq axtarışları ilə seçilən, uşaqların sevimli yazıçısı Zahid Xəlil, gözəl povest və hekayələri, şirin, məzəli, yaddaqalan şeirləri ilə daim uşaqların əhatəsində olan Sevinc Nuruqızı, elmi fantastik əsərlərin müəllifi Reyhan Yusifqızı, Avropa Təbii Elmlər Akademiyasının professoru və akademiki, uşaq yazıçısı, “İRS” fənninin müəllifi Solmaz Amanova iştirak edib.

Yazarlar, çıxışlarında uşaqlar üçün yazılan hər bir əsərin ədəbiyyatın çox vacib tərkib hissəsi kimi yaş, estetik zövq və anlam səviyyəsi baxımından böyük əhəmiyyət daşıdığını qeyd edərək son illərdə nəşr olunmuş kitablar haqqında məlumat veriblər. Sonra uşaqların suallarını cavablandırıblar.

İ.Nəsimiyə həsr olunmuş kompozisiya tədbirə xüsusi rəng qatıb.

Layihə çərçivəsində Zərdab MKS-nin uşaq şöbəsinə 400 kitab hədiyyə edilib. Qeyd edək ki, “3 alma” TEAS Press Nəşriyyat evinin də hər bir bölgə üçün kitab hədiyyəsi olub. Hədiyyə olunan nəşrlərin kənd kitabxana filialları arasında bölüşdürülərək il ərzində səyyar xidmətlə uşaqların mütaliəsinə verilməsi tövsiyə edilib.

Kiçik yaşlı uşaqlar arasında “Mütaliə, müasir kitabxana və kitabxanaçı” adlı rəy sorğusu keçirilib, fəal oxuculara kitab və “Göy qurşağı” uşaq jurnalı hədiyyə edilib.

Qeyd edək ki, “Uşaq kitabı karvanı”nın növbəti ünvanı Ağdaş rayonudur.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi