Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2311

Qusarda beynəlxalq konfrans keçirildi

Cari ilin 28 oktyabr tarixində “Simurq” Mədəniyyət Assosiasiyası tərəfindən və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatı dəstəyi ilə “Dünya dəyərlərinin, humanizmin və insan həmrəyliyinin təsdiqi naminə mədəniyyətlərin, xalqların və sivilizasiyaların dialoqu” adlı Beynəlxalq konfrans təşkil olunmuşdur.

Qeyd edək ki, sözügedən konfransda həmçinin M.V.Lomonosov adına MDU-nin Qlobal problemlərin araşdırması üzrə YUNESKO kafedrasının, Rusiya Prezidenti yanında Dövlət qulluğu və idarəçilik İnstitutunun (Rusiya, Moskva), “Avropa-Asiya” Beynəlxalq Humanitar Akademiyası və Dünya Mədəniyyəti İnstitutunun (Kazan), “Brahma Kumaris” Ümumdünya mənəvi universitetinin (Hindistan) nümayəndələri, digər yerli və xarici alim və mütəxəssislər də iştirak ediblər.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Elm və Tədqiqatlar sektorunun müdiri Vüqar Baxışov cənab nazir Əbülfəs Qarayev adından tədbir iştirakçılarını salamladı.

Tədbirin həmtəşkilatçısı olan Nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev dövlətlərin inkişafında mədəniyyət amili, o cümlədən dövlətlərarası sabit münasibətlərin qurulmasında mədəni mexanizmlərdən danışarkən Azərbaycan və Rusiya dövlətləri arasında uğurlu əməkdaşlıqdan söhbət açıb.

Moderatorlar – kulturoloq, professor Fuad Məmmədov və YUNESKO-nun Dünya Mədəniyyəti İnstitutunun rektoru, akademik Engel Tahirov konfransın yaradıcı məqsədləri və vəzifələri haqqında danışaraq iştirakçılara yeni imkanların açılışında müsbət nəticələr əldə olunmasını arzuladılar. Tədbirin məqsədi  yüksək mədəniyyətli insanların, şəxsiyyətlərin və liderlərin meydana gəlməsi, insan kapitalının nüvəsi və sosial-mədəni inkişafının hərəkətverici qüvvəsi olduğu üçün həm milli dövlətlər səviyyəsində həm də qlobal məkanda beynəlxalq təkliflər və proqramlar ilə tanış olmaq, “homo cultureis” (mədəni insanın) “istehsalı" - sosial-mədəni tərəqqi, mədəni dialoq, davamlı problemlərin həllində elmi yardım məqsədi daşıyan yüksək mədəniyyətli insanları yetişdirməkdir.

Bu problemlərin həlli üçün təsirli vasitələrdən biri də YUNESKO proqramları üzrə beynəlxalq əməkdaşlıqdır. Bunun nəticəsində Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Mədəniyyət qlobal problem kimi" mövzusunda YUNESKO-nun Universitetlərarası Şəbəkə kafedrasının açılması ilə əlaqədar ilkin razılaşma əldə edildi.

Həmçinin “Böyük Volqa Yolu” Beynəlxalq İctimai Təşkilatının İdarə Heyətinin sədri akademik Engel Tahirov Bakıda təşkilatın Azərbaycan bölməsinin  açılması barədə iştirakçılara məlumat verdi.    

Professor Fuad Məmmədov  intellektual və əxlaqi inkişafı təşviq etmək, mədəni və beynəlxalq fəaliyyətlərdə yüksək mədəniyyətli insanları meydana gətirmək məqsədi ilə bütün dünyada "Homo meritus" (Layiqli İnsan) beynəlxalq medalının təsis edilməsini təklif etdi.

Məşhur rus kulturoloq, YUNESKO kafedra müdiri müavini, Rusiya Prezidenti yanında Dövlət qulluğu və idarəçilik İnstitutunun “Vətəndaş Cəmiyyəti və Sosial Rabitə Tədqiqatları” Təhsil Mərkəzinin direktoru, professor Olga Astafyeva Beynəlxalq Kulturoloq Assosiasiyasının və Beynəlxalq Kulturoloq gününün yaradılması üçün YUNESKO-ya müraciət etmək təklifi ilə çıxış etdi. 

Qeyd edək ki, konfrans iştirakçıları üçün Mədəniyyət Nazirliyinin Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən rəsm sərgisi və bədii proqram təşkil olunmuşdur.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb