Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3252

Mədəniyyət naziri “Crafting Futures” proqramının nümayəndələri ilə görüşüb

Mədəniyyət naziri Əbülfəs Qarayev oktyabrın 28-də “Crafting Futures” proqramının (Böyük Britaniya) nümayəndələri Matiyas Şortkuk və Kim Baqli ilə görüşüb.

Görüşdə qonaqlar layihə haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, “British Council”un (Britaniya Şurası) dəstəyi ilə həyata keçirilən “Crafting Futures” proqramı Britaniya ilə digər ölkələr arasında təcrübə mübadiləsi üçün yeni tərəfdaşlıq əlaqələri və imkanlar yaradır. Proqram tətbiqi sənətin və sənətkarlığın inkişafına istiqamətlənmiş aktual tədqiqat və maarifləndirmə təşəbbüslərini dəstəkləyir. Beynəlxalq əməkdaşlıq sayəsində Britaniya ilə xarici ölkələr arasında ortaq öyrənmə üçün yeni şəbəkələr və imkanlar formalaşdırır. Proqram həmçinin sənətkarlıq sahəsində tədqiqat və təhsilin təmin olunmasını, layihələrin aktuallığını, habelə yaradıcı təcrübənin keyfiyyətinin qorunub saxlanılmasını və inkişafını davam etdirir.

“Crafting Futures” dizaynerlərə və sənətkarlara bilik və təcrübə, yeni bazarlar və yeni auditoriya əldə etmək şəraiti yaradır, sənətkarlığın dəyərinin daha geniş qiymətləndirilməsini və biliklərin sektor daxilində bölüşdürülməsini təmin edir.

Nazir Əbülfəs Qarayev layihənin ölkəmizdə həyata keçirilməsində maraqlı olduqlarını bildirərək bu sahədə həyata keçirilən işlərdən bəhs edib. Bildirib ki, ölkəmizdə sənətkarlığın müxtəlif sahələri geniş inkişaf edib və bu istiqamətdə mütəmadi sərgilər və festivallar keçirilir. 

 “Crafting Futures” proqramının ölkəmizdə tətbiqinin bu sahədə həyata keçirilən layihələrə öz töhfəsini verəcəyini qeyd edən nazir bu istiqamətdə baş verən yeniliklər, texnoloji proseslərlə bağlı təlimlərin keçirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, bu sahənin yaradıcı mədəniyyət sənayeləri ilə birbaşa bağlılığı var və bu da birgə əməkdaşlığa öz töhfəsini verə bilər.

Nazir əlavə edib ki, təbliğat və brendləşmənin düzgün aparılmasına dəstək olacaq bu proqramın Azərbaycanın sənətkarlıq məhsullarının dünya bazarlarına çıxarılması üçün də bir platforma rolunu oynayacaq.

Görüşdə “Crafting Futures” proqramının paytaxt Bakı ilə yanaşı, regionlarda fəaliyyət göstərən sənətkarlara da tətbiq olunması barədə razılıq əldə olunub.

Sonda görüşdə iştirak edən “British Council”un Azərbaycan üzrə direktoru Samr Şah bu layihələrin iki ölkənin mədəniyyət və incəsənət müəssisələri arasında səmərəli əməkdaşlığın qurulmasına və mövcud əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyini bildirib.

XƏBƏRLƏR

25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel