Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1968

Əliqismət Lalayev Mədəniyyət kanalında “Premyera” verilişini aparacaq

Teleməkanda tamaşaçıların bədii-estetik zövqünün formalaşmasına, onlarda teatra, incəsənətə olan maraqlarının daha da artırılmasına təkan verə biləcək “Premyera” verilişi efirə vəsiqə alıb.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrın mətbuat xidmətindən bildirilib ki, tanınmış rejissor, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev Mədəniyyət kanalında start götürən “Premyera”nin ilk sayına aparıcılıq edib və bu verilişdə rəhbəri olduğu teatrın son və uğurlu yaradıcılıq işi olan dünya şöhrətli Antuan De - Sent Ekzüperi və bəstəkar, Amerikada yaşayan soydaşımız Ruslan Ağababayevin “Balaca Şahzadə” tamaşası barədə ətraflı söhbət açıb və yaradıcı heyətin üzvləri ilə geniş müzakirələr apararaq tamaşa haqqında izləyicilərə ətraflı məlumatlar verib.

Əsərin quruluşçu rejissoru, Azərbaycan teatrlarında ən yaxşı əsərlərin müəllifi kimi tanınan Xalq artistimiz, “Şöhrət” ordenli rejissor Cənnət Səlimova, libretto müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, yazıçı-publisist İlqar Fəhmi, bu tamaşada müxtəlif rolların ifaçiları - istedadlı aktyor Əmrah Dadaşov, beynəlxalq müsabiqələr laureatı Aydan Həsənova, tamaşanın “Balaca Şahzadə”si, adı gənc istedadların “Qızıl kitab”ına düşən Prezident təqaüdçüsü Atilla Məmmədov verilişin qonaqları olublar.

Onlar bu tamaşanın ərsəyə gəlməsində əməyi olan yaradıcı heyətin digər üzvlərindən və onların qarşılaşdığı çətinliklərdən, tamaşa öncəsi yaddaqalan pərdəarxası maraqlı və unudulmaz məqamlardan danışıblar. Veriliş boyu tamaşadan maraqlı parçalar göstərilib.

 Qeyd edək ki, Heydər Əliyev Fondunun layihəsi və fondun Vitse- prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə hazırlanan bu tamaşa noyabr ayının 29 və 30-da saat 19:00-da Akademik Musiqili Teatrın səhnəsində yenidən göstəriləcək.

Biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN xidmət” mərkəzlərindən və “iticket.az” saytından əldə etmək olar.

Azərbaycanda teatr sənəti ilə bağlı lazımi təbliğatın aparılmasında “Premyera”nın rolunun çox böyük olacağına ümid etdiyini bildirən Əliqismət Lalayev bu verilişin növbəti buraxılışlarında təkcə paytaxt teatrlarından deyil, ölkədə fəaliyyət göstərən digər teatrlarda hazırlanan yeni tamaşaların premyeralarından ətraflı söhbət açacaqları barədə də danışıb. “Biz teatrlarımızın ən yaxşı tamaşalarını elan etməklə Azərbaycan teatrında, Azərbaycan səhnəsində hazırlanan ən yaxşı sənət nümunələrini televiziya tamaşaçılarına təqdim edəcəyik. "Premyera" verilişində eyni zamanda bölgələrdə fəaliyyət göstərən teatrlarımıza gedəcəyik və o səhnələrdə yaranan yeni əsərləri geniş ictimaiyyətə təqdim edəcəyik. Bilirsiniz ki, son vaxtlar ölkəmizin teatr aləmi çox zənginləşib. Teatrlarımızın əksəriyyəti təmirdən çıxıb və çox gözəl şəraitdə çalışırlar… Aktyorlar, rejissorlar, eləcə də bölgələrdə yaşayan insanlar üçün də teatr sənəti - yeni tamaşalar çox maraqlıdır... Teatr və səhnə müqəddəsdir. Səhnə bir məbəddir və burada çalışanlar sizi hər zaman gözləyirlər”, - deyə Əliqismət Lalayev üzünü televiziya izləyicilərinə tutaraq, onlara teatrı həyat tərzlərinə çevirmələrini arzulayıb.

XƏBƏRLƏR

25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel