Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
5304

Görkəmli şərqşünas alim Aida İmanquliyevaya həsr olunan biblioqrafiya və elektron məlumat bazasının təqdimatı keçirildi

Noyabrın 5-də M.F.Axundzadə adına Milli Kitabxanada “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr edilən “Aida İmanquliyeva. Biblioqrafiya” kitabının və “Aida İmanquliyeva - 80” elektron məlumat bazasının təqdimat mərasimi keçirildi.

Tədbirdə Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Fikrət Babayev, AMEA-nın əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edirdi.

Kitabxananın direktoru, professor Kərim Tahirov tədbiri açaraq bildirdi ki, görkəmli Azərbaycan şərqşünası, tərcüməçi, professor Aida İmaquliyevanın 80 illiyinə həsr edilmiş biblioqrafiya alimin yubileyinə Mədəniyyət Nazirliyi və Milli Kitabxananın kiçik töhfəsidir. Biblioqrafiyada Aida xanımın kitabları, dövri mətbuatda, dərsliklərdə çap olunmuş əsərləri, alimin həyat və yaradıcılığını əks etdirən zəngin materiallar yer alıb.

Direktor həmçinin diqqətə çatdırdı ki, Aida İmanquliyevanın əsərləri Azərbaycan elmi inkişaf etdikcə yaşayacaq və neçə-neçə gənc nəslin yetişməsində öz sözünü deyəcək, dəyərli mənbə rolunu oynayacaq.

Kərim Tahirov Aida xanımın qiymətli elmi əsərlərindən əlavə, xalqımız üçün dəyərli övladlar yetişdirdiyini və onların Azərbaycan dövlətçiliyinin, elminin inkişafında müstəsna xidmətlər göstərdiklərini vurğuladı.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova biblioqrafiyanı yüksək dəyərləndirdi və Aida xanımın irsinin öyrədilməsi baxımından nəşrin əhəmiyyətini qeyd etdi. Bildirdi ki, görkəmli şərqşünas alim fəaliyyəti boyu gənc alimlərə dəstək olub, onlara yol göstərib. Gözəl alim, istedadlı tərcüməçi və ədəbiyyatşünas olan Aida xanım həm də mahir natiq idi. Həmkarları onu böyük mütəfəkkir, görkəmli ictimai xadim və müdrik filosof kimi tanıyırdılar.

AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi Nərgiz Axundova bildirdi ki, Aida xanım tədris prosesində ədəbiyyatla, fəlsəfə ilə bağlı fikirləri həmişə tələbələri heyran edirdi: “O, gözəl müəllim idi və tələbələrinin ərəb ədəbiyyatına marağı məhz onun sayəsində artırdı. Professor Aida İmanquliyeva Azərbaycanda şərqşünaslıq tədqiqatlarının istiqamətini ilk dəfə olaraq ədəbiyyatşünaslıq səmtinə yönəldib. O, bu sahədə özünəməxsus yol açan, məktəb yaradan alimdir. Ümumiyyətlə, Aida xanımın elmi fəaliyyətinin əhatə dairəsi çox geniş idi. Elmi əsərlərində Qərb və Şərq ədəbi-mədəni əlaqələrinin sintezi yeni bədii cərəyanların təşəkkülü kontekstində tədqiq olunub ki, bu da təkcə ərəb ədəbiyyatının deyil, bütünlükdə Şərq ədəbiyyatının öyrənilməsində mühüm əhəmiyyətə malikdir”.

AMEA Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, akademik Gövhər Baxşəliyeva çıxışında dedi: “Dərin nəzəri bilikləri, analitik təfəkkürü, zəngin mütaliəsi və bir neçə dil bilməsi, eləcə də apardığı tədqiqatlar, yazdığı əsərlər qısa vaxt ərzində Aida xanıma bütün sovetlər birliyində və onun hüdudlarından kənarda şöhrət qazandırmışdı. Elm aləmində nadir istedada malik elə şəxsiyyətlər var ki, onların elmə gətirdiyi yenilik və çəkdikləri zəhmətin tam həcmi zaman və elmi təfəkkür inkişaf edib zənginləşdikcə aydın dərk edilir. İstedadlı alim, ictimai xadim, gözəl qadın və ana olan Aida İmanquliyeva belə alimlərdən, belə şəxsiyyətlərdəndir”.

Qeyd olundu ki, Aida Nəsir qızı İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində anadan olub. Atası görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquliyev Azərbaycan mətbuatının inkişafında mühüm xidmətləri olub, uzun müddət "Bakı" və "Baku" qəzetlərinin baş redaktoru işləyib. Anası Gövhər İmanquliyeva (Sultanzadə) Şamaxıda əsilzadə ailəsində anadan olub.

Bildirildi ki, Aida xanımda Azərbaycan qadınlarına xas olan ən nəcib keyfiyyətlər təcəssüm edirdi. O, elmin bütün enişli-yoxuşlu yollarını pillə-pillə keçmiş, öz zəhməti, istedadı, zəkası, qabiliyyəti sayəsində kiçik elmi işçidən, baş elmi işçi, şöbə müdirinin müavini və Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinəcən yüksəlmişdi. Aida İmanquliyeva elmi-təşkilati fəaliyyətində yüksəkixtisaslı ərəbşünas kadrların hazırlanmasını daim diqqət mərkəzində saxlayırdı. Onun rəhbərlik etdiyi Ərəb filologiyası şöbəsində qısa müddətdə 10-dan artıq namizədlik dissertasiyası müdafiə edilmişdi. Bu gün də gənc nəsil Aida xanımın elmindən bəhrələnir, onun tədqiqatlarına müraciət edir. Ömrünü şərqşünaslıq elminin inkişafına həsr edən Aida İmanquliyeva 19 sentyabr 1992-ci ildə vəfat edib. Gələcək nəsillər onu daim minnətdarlıqla yad edəcək.

Millət vəkili, akademik Nizami Cəfərov, Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin dekanı, professor Elxan Əzizov Aida İmanquliyevanın elmi ictimaiyyətin hörmətini qazanmış nüfuzlu alim kimi fəaliyyətindən söz açdılar. Qeyd olundu ki, Azərbaycanın elm tarixində ilk ərəbşünas qadın olan Aida xanım ictimai həyatla yanaşı, Şərq qadının özünəməxsusluğunu qoruyan gözəl ana, qayğıkeş insan idi. Onun haqqında danışdıqca gözlər önündə xeyirxah, nəcib və mütəfəkkir bir insan, mədəni-intellektual qadın obrazı canlanır.

Çıxışlardan sonra Milli Kitabxana tərəfindən hazırlanan “Aida İmanquliyeva - 80” elektron məlumat bazası təqdim olundu.

Tədbirdə görkəmli şərqşünas alimə həsr olunan sənədli filmdən fraqmentlər nümayiş etdirildi. Sonra sözləri alimin qızı, akademik Nərgiz Paşayevaya, musiqisi Əməkdar incəsənət xadimi Nailə Mirməmmədliyə məxsus olan “Əlvida” mahnısı Xalq artisti Brilliant Dadaşovanın ifasında səsləndirildi.

Qeyd edək ki, “Aida İmanquliyeva. Biblioqrafiya” kitabının tərtibçisi Mədinə Vəliyeva, elmi redaktoru, professor Kərim Tahirov, redaktoru Mehriban Cəfərovadır.

XƏBƏRLƏR

16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb