Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1139

Çingiz Fərzəliyevin “Zamanın pillələri ilə” adlı fərdi sərgisi açılıb

Noyabrın 6-da Azərbaycan Milli İncəsənət Muzeyində Çingiz Fərzəliyevin “Zamanın pillələri ilə” adlı fərdi sərgisi açılıb.

Sərgi Əməkdar incəsənət xadimi, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Təsviri Sənət üzrə Dövlət Ekspert Komissiyasının sədri, professor Çingiz Fərzəliyevin yaradıcılıq fəaliyyətinin 50 illiyinə və Azərbaycan Respublikası Prezidenti tərəfindən təsviri sənətinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilməsinə həsr olunub.

Görkəmli mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbirdə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov çıxış edərək Çingiz Fərzəliyevin rəssamlıq fəaliyyətindən danışıb. Bildirib ki, Ç.Fərzəliyev bir rəssam kimi nəyinki Azərbaycanda, həm də ölkəmizdə uzaqlarda tanınır və sevilir.

Çingiz Fərzəliyevin Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru kimi fəaliyyətinə toxunan Fərhad Xəlilov deyib ki, onun gördüyü işlər göz önündədir. O, zövqü, işgüzarlığı, yorulmaz fəaliyyəti nəticəsində muzeyi yüksək səviyyəyə qaldırıb. Burda keçirilən sərgilər, görüşlər çox yüksək səviyyədə təşkil olunur. Bu da Çingiz Fərzəliyevin zəhməti ilə bağlıdır: “Rəssam nə qədər ictimai işlərlə məşğul olsa da, onun həyatı emalatxanasındadır. Bu gün isə biz Çingiz Fərzəliyevin bu həyatı ilə tanış olacağıq".

Bugünkü sərginin çoxdan gözlənildiyini bildirən Mədəniyyət naziri Əbülfəs Qarayev deyib ki, bu gün maraqlı bir gündür. Çingiz Fərzəliyevin yubileyi ərəfəsində Prezident İlham Əliyev onun zəhmətini yüksək qiymətləndirərək "Şöhrət" ordeni ilə təltif etdi. O, bir rəssam kimi ölkəmiz üçün xeyli işlər görüb. Təsadüfi deyil ki, onun fəxri adları sırasında müxtəlif ölkələrin nüfuzlu orden və mükafatları yer alır: “Biz bu sərgini çoxdan gözləyirdik. Onun yaradıcılıq yenilikləri bizim hamımızın diqqət mərkəzində idi. Çingiz müəllim öz yaradıcılığını səfərbər edərək, ölkə başçısının qiymətini yüksək dəyərləndirərək bu sərgini təşkil etdi. Əminəm ki, o, bundan sonra da öz yaradıcılığına davam edəcək”.

Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov, Gürcüstanın keçmiş Mədəniyyət naziri Valeri Asatiani, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov və başqaları çıxış edərək Çingiz Fərzəliyevin özünəməxsus yaradıcılıq yolundan və bir mədəniyyət xadimi kimi gördüyü işlərdən danışıblar.

Diqqətə çatdırılıb ki, Çingiz Fərzəliyev Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Tbilisi Dövlət Rəssamlıq Akademiyasının fəxri doktoru, Özbəkistan Rəssamlıq Akademiyasının, Kembric Universitetinin Beynəlxalq Bioqrafik Mərkəzinin və V.İ.Surikov adına Moskva Dövlət Akademik Rəssamlıq İnstitutunun fəxri professorudur. O, bir çox mükafatlara, orden və medallara layiq görülüb.

Bildirilib ki, tanınmış fırça ustası Çingiz Fərzəliyev muzey rəhbəri kimi böyük təcrübəyə malik olmaqla yanaşı, həm də Azərbaycan incəsənətinə həsr edilmiş silsilə kitabların müəllifidir. O, tədris vəsaitinə çevrilən - XX əsr Azərbaycan təsviri incəsənətinin 45 görkəmli nümayəndəsinə həsr edilmiş 36 kitabdan ibarət "Sərvət" fundamental silsiləsinin, “Azərbaycan rəngkarlığının antologiyası”, “Azərbaycan xalq sənəti”, “Natürmort”, “Mənzərə”, “Portret” və digər fundamental əsərlərin müəllifidir. Müəllifi olduğu bu nəfis nəşrlər incəsənətimizə dəyərli töhfələr verib.

Sonda Çingiz Fərzəliyev çıxış edərək yaradıcılığına verilən qiymətə və Azərbaycan Milli İncəsənət Muzeyinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Qonaqlar daha sonra sərgi ilə tanış olublar.

Çingiz Fərzəliyev yaradıcılığının bütün sahələrini əhatə edən sərgidə rəssamın ilk sənət təcrübələri zamanından bu günümüzədək ərsəyə gətirdiyi əsərləri təqdim edilib. Eləcə də, iştirakçılar ekspozisiyada Çingiz Fərzəliyevin tədqiqat fəaliyyəti ilə də tanış olublar.

XƏBƏRLƏR

20.02.2020 17:27
Ağsuda Əlibaba Məmmədovun 90 illiyi qeyd olunub
20.02.2020 15:48
“Türkologiya” jurnalı və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi arasında memorandum imzalanıb
20.02.2020 15:13
Sahənin inkişafı naminə elmi metodların inteqrasiyası
20.02.2020 11:09
“Doğma dilim, ana dilim” adlı tədbir keçirildi
20.02.2020 10:46
Gənc fotoqrafın fərdi sərgisi
20.02.2020 10:44
Gənc pianoçu Estoniyada Qran-pri mükafatına layiq görülüb
20.02.2020 10:41
Xocalı faciəsi bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır
20.02.2020 10:40
Masallı Tarixi-Diyarşünaslıq Muzeyinə gənclərin ekskursiyası təşkil edilib
20.02.2020 10:38
Şəki Xan Sarayı ilə tanışlıq Qış məktəbinin iştirakçılarında böyük maraq doğurub
20.02.2020 10:34
“Baladadaşın toy hamamı” tamaşası yenidən səhnədə
20.02.2020 09:18
Ankarada türk dünyasının görkəmli şairi Kojogeldi Kuluyevin yubileyi qeyd olunub
20.02.2020 09:07
Kitabxana məktəblərin tələbatına uyğun olaraq məlumat bazaları yaradır
19.02.2020 16:43
Mədəniyyət naziri Əbülfəs Qarayevin Böyük Britaniyada görüşləri davam edir
19.02.2020 11:27
Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında bir qrup könüllülərlə görüş keçirilib
19.02.2020 10:30
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin bölgüsü təsdiq edilib
19.02.2020 09:14
Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin 80 illiyinə həsr olunmuş tədbir keçirilib
19.02.2020 09:02
Görkəmli bəstəkar Vasif Adıgözəlovun yaşadığı evin qarşısında barelyefi açılıb
19.02.2020 08:59
İstiqlal Muzeyində “Xocalıda can qaldı” adlı tədbir təşkil olunacaq