Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
655

Bakıda X Beynəlxalq Qısa Filmlər Festivalının açılış mərasimi keçirilib

Noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində X Bakı Beynəlxalq Qısa Filmlər Festivalının təntənəli açılış mərasimi keçirilib.

"Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Mədəniyyət, Gənclər və İdman nazirlikləri, Gənclər Fondu və Azərbaycan Prodüserlər Gildiyasının təşkilati dəstəyi ilə reallaşır.

Tədbiri festivalın direktoru Fehruz Şamıyev açaraq festivalın təşkilatçılarına təşəkkürünü bildirib. O, festivala marağın ildən-ilə artdığını və bunun da qürurverici olduğunu qeyd edib.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev tədbirdə çıxış edərək festivalın məsuliyyətli bir iş olduğunu söyləyib. Bildirib ki, festival gənc rejissorların öz fikir və təcrübələrini bölüşmək üçün əla bir platformadır. Onuncu dəfə keçirilən festivalın artıq beynəlxalq aləmdə uğur qazandığını deyən C.Quliyev ən güclülərin qalib seçilməsini arzulayıb.

Bir çox kino mükafatlarına layiq görülən kino və teatr rejissoru, ssenari müəllifi İlqar Safat (Azərbaycan), 65-ci Kann kinofestivalının “Qızıl palma” mükafatçısı, kinorejissor Rezan Yaşılbaş (Türkiyə), 60-dan çox xarici festivalda mükafatlara layiq görülən Kərim Əzimi (İran), CineDOC-Tbilisi Beynəlxalq Sənədli Film Festivalının direktoru Artçil Xetaquri (Gürcüstan) festivalın əhəmiyyətini vurğulayaraq işinə uğurlar arzulayıblar. Bildiriblər ki, festivalda qalib seçilən filmlər “YouTube” və digər platformalarda təqdim ediləcək.

Diqqətə çatdırılıb ki, beynəlxalq status daşıyan festival 35 yaşına kimi olan rejissorların maksimum 35 dəqiqəlik qısametrajlı filmlərinin müsabiqəsini və nümayişini təşkil edir. Həm yerli, həm də əcnəbi kinematoqrafçıların qatıldığı kinoforumun proqramı beynəlxalq, yerli, “Cinemobil” müsabiqə bölmələri, ustad dərslərindən ibarətdir. Festivalın baş mükafatı "Qızıl nar" uğrunda 21 ölkədən 48 film yarışır. Mükafat uğrunda yarışan filmləri yerli və xarici mütəxəssislərdən ibarət peşəkar kino xadimləri qiymətləndirirlər.

Festivalın məqsədi yerli müəllifləri stimullaşdırmaqla yanaşı, onları dünya praktikası, yeni tendensiyalarla tanış etmək, yaradıcılıq müzakirələri üçün peşəkar ortam yaratmaqdır.

Qeyd edək ki, filmlər noyabrın 9-dək saat 11:00-dan 16:00-dək Nizami Kino Mərkəzində nümayiş olunacaq. Filmlərə giriş sərbəstdir.

XƏBƏRLƏR

14.02.2020 18:10
Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
14.02.2020 16:35
“SUNLIGHT WAY” Beynəlxalq Musiqi Müsabiqəsinə qeydiyyat davam edir
14.02.2020 16:29
11 yaşlı Ləman Seyidova Cenevrə konservatoriyasının tələbəsi olub
14.02.2020 16:13
Milli Kitabxanada Beynəlxalq Kitab Bağışlama Günü ilə bağlı tədbir keçirilib
14.02.2020 14:17
Musiqili Teatrın yaradıcı heyəti görkəmli yazıçı Çingiz Aytmatovun əsərini səhnələşdirir
14.02.2020 11:00
Respublikanın Əməkdar artisti Xudayət Əsgərov mükafatlandırılıb
14.02.2020 10:16
Beynəlxalq kitab bağışlama günüdür
13.02.2020 16:52
Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılıb
13.02.2020 16:50
Kukla Teatrının hazırladığı yeni tamaşa - “Qızıl balıq”
13.02.2020 15:14
Özbəkistanda “Qarabağ-Azərbaycan mədəniyyətinin beşiyi” adlı layihə çərçivəsində tədbirlərə start verilib
13.02.2020 09:38
UNESKO-nun sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyətinin görüşü olub
12.02.2020 17:20
Beşinci Buktreyler Festivalında iştirak şərtləri açıqlanıb
12.02.2020 14:07
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Mixail Parxomovski ilə görüş keçirilib
12.02.2020 11:48
Azərbaycan Respublikasının Mədəniyyət naziri və nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək
12.02.2020 10:25
Mədəniyyət Nazirliyinin nümayəndə heyəti UNESKO-nun Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında iştirak edir
12.02.2020 09:58
Prezident İlham Əliyev Xalq artisti Əlibaba Məmmədova “Şərəf” ordenini təqdim edib
12.02.2020 09:57
Muğam Mərkəzində bəstəkar-pianoçu Cahangir Qarayevin xatirəsi anılıb
12.02.2020 09:54
Özbəkistanda “Qarabağ - Azərbaycan mədəniyyətinin beşiyi” adlı layihəyə start verilib
12.02.2020 09:50
Fikrət Əmirov adına Oonbirillik incəsənət məktəbində Ağaxan Abdullayevin xatirəsi anılıb