Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1323

Milli Kitabxanada Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub

Noyabrın 7-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanada nüfuzlu elm və təhsil ocağı, ölkədə ali təhsilin və elmin inkişafında mühüm xidmətləri olan Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbir Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universiteti və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq əlamətdar yubiley münasibətilə BDU-nun bütün kollektivini, professor-müəllim–tələbə heyətini ürəkdən təbrik edib. O, Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında və inkişafında, ölkədə maarifçiliyin, elmin tərəqqisində, milli ideologiyanın formalaşmasında Bakı Dövlət Universitetinin misilsiz xidmətləri olduğunu qeyd edib.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev universitetin kollektivini təbrik edərək bildirib ki, Xalq Cümhuriyyətinin yadigarı olan BDU 100 il ərzində keşməkeşli yol keçib. Dövlətçiliyimizin inkişafında, milli kadrlarımızın yetişdirilməsində, Azərbaycan dilinin inkişafinda mühüm rol oynayıb. Vurğulayıb ki, ölkədə təhsilin və elmin inkişafına verdiyi böyük töhfələrə, Azərbaycana dəyərli ziyalılar ordusu bəxş etdiyinə görə ümummilli lider Heydər Əliyev “Bakı Dövlət Universitetini Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırıb.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev universitetin tarixi, inkişafı və yubiley tədbirlərinin beynəlxalq səviyyədə qeyd edilməsinə diqqət çəkib. Bakı Dövlət Universitetinin müsəlman Şərqində yeni tipli ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçdiyini söyləyən rektor Prezident İlham Əliyevin “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamından bəhs edərək, ali təhsil ocağının yubiley tədbirlərinin həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda geniş qeyd edildiyini bildirib.

Qeyd olunub ki, Bakı Dövlət Universitetinin məzunlarının qazandığı nailiyyətlər respublikamızın elmi həyatının ayrılmaz tərkib hissəsi olmaqla xalqımızın qədim tarixinin, mədəniyyətinin araşdırılmasında, milli mədəniyyətimizin, ana dilimizin qorunub-saxlanılmasında, vətənpərvərlik, azərbaycançılıq ideologiyasının təbliğində böyük rol oynayır.

Tədbirdə Milli Məclisin deputatları Musa Qasımlı, Hüseynbala Mirələmov, BDU-nun professorları Abuzər Xələfov, Cahangir Məmmədli və başqaları çıxış edərək Azərbaycan elminin və təhsilinin inkişafında, yüksəkixtisaslı kadrların yetişdirilməsində və onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında BDU-nun böyük xidməti olduğunu diqqətə çatdırıblar.

Tədbirdə, həmçinin BDU-nun fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

XƏBƏRLƏR

03.07.2020 16:57
Dəyişən reallığa uyğunlaşan mədəniyyət
03.07.2020 16:52
Murad Hüseynov: Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına ciddi riayət etməkdir
02.07.2020 14:38
Mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş iclas keçirilib
02.07.2020 13:27
Vikipediyada Mikayıl Müşfiq haqqında özbək dilində bölmə istifadəyə verilib
01.07.2020 15:43
Beynəlxalq Muğam Mərkəzindən canlı yayımlar davam edir
01.07.2020 11:50
Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin növbəti iclası videokonfrans formatında keçirilib
30.06.2020 15:51
Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə uşaqlar üçün nəzərdə tutulan rəsm müsabiqəsi davam edir
30.06.2020 15:48
Azərbaycan və Özbəkistan məktəbliləri arasında beynəlxalq onlayn festival təşkil ediləcək
30.06.2020 15:08
Peşəkar kitabxanaçılar arasında debat keçirilib
30.06.2020 15:02
Beynəlxalq Muğam Mərkəzi tərəfindən unudulmaz xanəndənin irsi ilə bağlı tədqiqatlar davam etdirilir
30.06.2020 11:42
Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir
29.06.2020 13:22
“Tərəfdaşlarla görüş” layihəsi çərçivəsində növbəti onlayn videokonfrans təşkil olunub
26.06.2020 17:32
Respublika Gənclər Kitabxanası Silahlı Qüvvələr Günü münasibətilə videoçarxlar hazırlayıb
25.06.2020 17:09
“Birgə mütaliə” layihəsinin növbəti kitab müzakirəsi narkomaniyanın törətdiyi fəlakətlər və onlarla mübarizəyə həsr olunub
25.06.2020 11:10
“Mənim yay tətilim-2020” Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir
25.06.2020 11:09
Bölgələrdəki mədəniyyət müəssisələrinin fəaliyyəti onlayn formada davam edir
24.06.2020 17:03
Gəncədə “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksi bərpadan sonra istifadəyə verilib
24.06.2020 11:16
Açıq xarakterli mədəni konsaltinq xidmətləri davam edir
23.06.2020 12:32
“Minnətdarıq” adlı respublika rəsm müsabiqəsinin onlayn sərgisi açılıb
23.06.2020 10:11
“Birgə mütaliə” adlı layihə davam edir
22.06.2020 11:02
INTERACT layihəsi çərçivəsində Andrey Zvyaqintsevlə onlayn ustad dərsi baş tutub
22.06.2020 10:43
Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov beynəlxalq onlayn konfransda iştirak edəcək
22.06.2020 10:35
Bədii təhsilin perspektivliyi müzakirə edilib