Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1557

Dövlət Bayrağı Günü münasibətilə regional mədəniyyət idarələrinin təşkilatçılığı ilə tədbirlər keçirilir

Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.

Bu gün münasibətilə regionlarımızda silsilə tədbirlər keçirilir.

*     *     *

Sumqayıt şəhər İcra hakimiyyətinin dəstəyi, Sumqayıt Regional Mədəniyyət idarəsinin təşkilatçılığı ilə Sumqayıt Dövlət Dram teatrının qarşısında bayram konserti keçirilib. Konsertdə ölkənin xalq və əməkdar artistləri Mübariz Tağıyev, Yusif Mustafayev, Baloğlan Əşrəfov, Nüşabə Ələsgərli və digərlərinin ifasında maraqlı konsert proqramı təqdim olunub.

Sumqayıt şəhər Q.Qarayev adına uşaq musiqi məktəbində keçirilən tədbirdə kamança və fortepiano şöbəsi şagirdlərinin ifasında musiqi nömrələri, xalq çalğı alətləri ansamblı şöbəsi şagirdlərinin ifasında xalq və bəstəkar mahnıları, şagirdlərin ifasında vətənpərvər mahnılar dinlənilib.

S.Vurğun adına Mərkəzi kitabxananın oxu zalında “Zirvələrdə dalğalanan şanlı Bayrağım” adlı ədəbi-bədii gecə keçirilib. Tədbirdə Azərbaycan bayrağına həsr olunmuş məruzələr, biblioqrafik xülasə dinlənilib, şeirlər, mahnılar səslənib. Mərkəzi kitabxanın uşaq şöbəsində, filiallarında və Mərkəzi uşaq kitabxanasında da bayram tədbiri keçirilib. Oxucuların ifasında şerilər və mahnılar dinlənilib.

Nizami Gəncəvi adına Kitabxana Klubda “Dalğalanan ulu bayraq” adlı kompozisiya keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan tədbirdə kitabxanaçı Səadət Allahverdiyeva Bayraq günü haqqında oxuculara geniş məlumat verib. Kitabxananın oxucularının “Bayraqımız tariximizdir” mövzusunda məruzələri dinləilib. Sonra bayraqa, vətənə həsr olunmuş şeirlərdən ibarət kompozisiya nümayiş olunub. Tədbirdə bayraq gününə həsr olunmuş videoçarx, kitab sərgisi və rəsm dərnəyi şagirdlərinin əl işlərindən ibarət sərgisi təqdim olunub.

Xızı rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əlamətdar gün münasibətilə məruzələr dinlənilib, məktəblilərin vətənərvərlik mövzusunda hazırladıqlar şeirlər və mahnılar səslənib, bayrağımızın şəninə həsr olunmuş bədii kompazisiyalar nümayiş etdirililib.

Şuşa şəhər Dövlət Rəsm Qalereyasında məcburi köçkün uşaqlarının əl işlərindən ibarət sərgisi nümayiş olunub. Sərgidə 30-dan artıq rəsm əsəri təqdim edilib.

*      *     *

Ağstafa Regional Mədəniyyət İdarəsinin 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə keçirdiyi silsilə tədbirlər çərçivəsində Qazax rayon mədəniyyət müəssisələri möhtəşəm bayram tədbiri təşkil edib. Tədbirdə çıxış edən regional idarənin rəisi Vüqar Qədirov bu günün əhəmiyyəti barədə məlumat verib. Tədbir Qazax rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət dərnəyinin, rayon 1 və 2 nömrəli uşaq musiqi məktəblərinin hazırladığı konsert proqramı ilə davam edib.

*     *     *

Sabirabadda Dövlət Bayrağı Günü münasibətilə “Bayraq yürüşü” adlı tədbir keçirilib. Tədbirdə Sabirabad rayon Gənclər və İdman İdarəsi, YAP Sabirabad rayon Gənclər Birliyinin üzvləri, habelə rayon Regional Mədəniyyət İdarəsinin kollektivi, Sabirabad “ASAN xidmət” mərkəzinin könüllüləri, ictimaiyyətin nümayəndələri, eləcə də qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər. Gənclər 2 kilometr məsafəni qət edərək rayon ərazisində yerləşən Dövlət Bayrağı Muzeyinə qədər 40 metr uzunluğunda olan üçrəngli bayrağımızı çiyinlərində daşıyıblar. İştirakçılar müxtəlif şüar və yüksək əhval-ruhiyyə ilə şəhər camaatının diqqətini cəlb edib. Yürüş Bayraq Meydanında “Azərbaycan” adlı flaşmob və bayram konserti ilə yekunlaşıb. Yürüşdə 2 mindən çox insan iştirak edib.

*     *     *

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bərdə və Tərtər rayon, Yevlax və Mingəçevir şəhər Heydər Əliyev Mərkəzlərində Dövlət Bayrağı gününə həsr olunmuş tədbirlər keçirilib. Tədbirlərdə çıxış edənlər iştirakçıları bu əlamətdar gün münasibətilə təbrik edərək, dövlət bayrağının hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin şərəfi və qüdrətinin rəmzi olduğunu bildiriblər. Sonda Bayraq gününə həsr edilmiş şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiya nümayiş olunub.

*     *     *

Ağdaş rayon Mədəniyyət Mərkəzində Mərkəzi kitabxananın və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Bayraq mənliyim, bayraq kimliyim” mövzusunda tədbir keçirilib.Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib. Ağdaş rayon MKS-nin əməkdaşı Vüsalə Məmmədova məruzə ilə çıxış edərək öz fikirlərinin bu gün ilə bağlı səsləndirib. Sonra Dövlət Bayrağına həsr olunmuş videoçarx nümayiş olunub.Tədbirin bədii hissəsində Ağdaş rayon Mədəniyyət Mərkəzinin bədii özfəaliyyət kollektivləri üzvlərinin ifa etdikləri Azərbaycana, bayrağımıza həsr olunmuş musiqi nömrələri, Səməd Vurğun adına 1 saylı tam orta məktəbin  şagiridlərinin hazırladıqları “Bayrağımız qürurumuzdur” adlı kompozisiya, Maqsud Şeyxzadə adına THT təmayüllü gimnaziyanın şagirdlərinin ifasında vətənpərvərlik və bayrağa həsr edilmiş şeirlər və “İgidlər” rəqs qrupunun rəqs nömrələri, “Şahinlər” qrupunun vətənə aid hazırladıqları kompozisiya tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Ucar rayon Mərkəzi Kitabxanasında “Üç rəngli bayrağınla məsud yaşa” başlığı altında tədbir keçirilib. Tədbirə  Mərkəzi kitabxananın şöbə müdiri Aynur Əliyeva məruzə ilə çıxış edib. Tədbirdə iştirak edən Uvar şəhər 4 saylı məktəbin şagirdlərinin ifasında kompozisiya təqdim olunub.Tədbirdə həmçinin Azərbaycanın Dövlət Bayrağı haqqında maraqlı videoçarx nümayiş etdirilib.

Zərdab rayon Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşlarının birgə təşkilatçılığı ilə noyabr ayının 6-da Zərdab şəhər 1 saylı məktəb liseyində 9 noyabr Bayraq Günü münasibəti ilə “Bayrağımız eşidən səsimiz, duyulan nəfəsimizdir” adlı tədbir keçirilib. Tədbirdə muzeyin əməkdaşları Şəlalə Əliyeva və Ziyalə Əliyeva çıxış edərək məktəblilərə bayraq haqqında ətraflı məlumat veriblər. 1 saylı məktəb liseyinin şagirdləri Dövlət Himnini oxuyublar və qürur mənbəyimiz olan bayraq haqqında şerlər söyləyiblər.

Göyçay rayon  Mərkəzi Kitabxanasında Bayraq günü ilə əlaqədar “Mənim Varlığımın Cilası Bayraq” adlı tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə Göyçay rayon 1 saylı məktəbin kollektivi ilə yanaşı Göyçay Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Göyçay Rayon MKS-nin direktoru Rövşən Balayeva Azərbaycan tarixində mühüm rol oynayan bu gün məlumat verib.  Sonra 1 saylı məktəbin şagirdlərinin ifasında bayrağımız haqqında şeirlər və mahnılar səsləndirilib.  Tədbirin sonunda “Mənim Varlığımın Cilası Bayraq” adlı sərgiyə baxış keçirilib.

*      *      *

İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində Bayraq Günü ilə əlaqədar silsilə tədbirlər həyata keçməkdədir. İdarəsinin  tabeliyində fəaliyyət göstərən Qəbələ, İsmayıllı, Ağsu, Qobustan, Şamaxı Tarix-Diyarşünaslıq Muzeylərində, Heydər Əliyev Mərkəzi, Mərkəzi bir sıra tədbirlər keçirilib. Məktəblilərin muzeylərə ekskursiyaları təşkil olunmuş, Mərkəzlərdə  məktəblilərin bədii-ədəbi kompozisiyaları həyata keçirilmişdir. Mərkəzi Kitabxanalarda  uşaqlar üçün bədii qiraət saatları təşkil edilmiş, klub və digər müəssisələrdə konsert proqramlarıtəqdim edilmişdir.

*     *     * 

Xaçmaz Heydər Əliyev Mərkəzində 9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş "Ucalardan uca bayraq" mövzusunda dəyirmi masa, Xaçmaz rayon Mərkəzi  Kitabxanasının oxu zalında Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr edilmiş “Bayrağımız and yerimizdir” adlı tədbir keçirilmişdir.

Quba Heydər Əliyev Mərkəzində  əlaqədar gənclərin, ictimaiyyət nümayəndələrinin və tarixçilərin iştirakı ilə “Azərbaycan bayrağı” mövzusunda seminar, Quba rayon Mərkəzi kitabxanasında “Üçrəngli bayrağımız qürur mənbəyimizdir” adlı tədbir keçirilib.

Qusar rayon Heydər Əliyev Mərkəzində Dövlət Bayrağı Günü münasibətilə "Bir kərə yüksələn bayraq bir daha enməz" mövzusunda rayon gənclərinin iştirakı ilə tədbir keçirilmişdir. Həmçinin 9 noyabr Dövlət Bayrağı günü münasibətilə Qusar Dövlət Rəsm Qalereyasında  məktəblilərin əl işlərindən ibarət sərgi nümayiş olunur.

Şabran rayon Heydər Əliyev Mərkəzində "Bayraq Günü" münasibətilə "101 yaşlı Bayrağımız", Şabran Tarix Diyarşünaslıq Muzeyində isə "Bayraqlar Arasında Dalğalanan Bayrağım" adı dəyirmi masa təşkil edilmişdir..

Siyəzən rayon  Mərkəzi Kitabxanasında“Dövlət Bayrağı Günü” ilə əlaqədar dəyirmi masa keçirilmiş və “Bayraq Bayramınız Mübarək” adlı sərgi təşkil olunub.

Keçirilən tədbirlərdə “Azərbaycan bayrağı mövzusunda mühazirələr oxunmuş, dövlət bayrağının tarixi haqqında geniş məlumat verilmişdir.

XƏBƏRLƏR

03.07.2020 16:57
Dəyişən reallığa uyğunlaşan mədəniyyət
03.07.2020 16:52
Murad Hüseynov: Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına ciddi riayət etməkdir
02.07.2020 14:38
Mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş iclas keçirilib
02.07.2020 13:27
Vikipediyada Mikayıl Müşfiq haqqında özbək dilində bölmə istifadəyə verilib
01.07.2020 15:43
Beynəlxalq Muğam Mərkəzindən canlı yayımlar davam edir
01.07.2020 11:50
Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin növbəti iclası videokonfrans formatında keçirilib
30.06.2020 15:51
Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə uşaqlar üçün nəzərdə tutulan rəsm müsabiqəsi davam edir
30.06.2020 15:48
Azərbaycan və Özbəkistan məktəbliləri arasında beynəlxalq onlayn festival təşkil ediləcək
30.06.2020 15:08
Peşəkar kitabxanaçılar arasında debat keçirilib
30.06.2020 15:02
Beynəlxalq Muğam Mərkəzi tərəfindən unudulmaz xanəndənin irsi ilə bağlı tədqiqatlar davam etdirilir
30.06.2020 11:42
Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir
29.06.2020 13:22
“Tərəfdaşlarla görüş” layihəsi çərçivəsində növbəti onlayn videokonfrans təşkil olunub
26.06.2020 17:32
Respublika Gənclər Kitabxanası Silahlı Qüvvələr Günü münasibətilə videoçarxlar hazırlayıb
25.06.2020 17:09
“Birgə mütaliə” layihəsinin növbəti kitab müzakirəsi narkomaniyanın törətdiyi fəlakətlər və onlarla mübarizəyə həsr olunub
25.06.2020 11:10
“Mənim yay tətilim-2020” Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir
25.06.2020 11:09
Bölgələrdəki mədəniyyət müəssisələrinin fəaliyyəti onlayn formada davam edir
24.06.2020 17:03
Gəncədə “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksi bərpadan sonra istifadəyə verilib
24.06.2020 11:16
Açıq xarakterli mədəni konsaltinq xidmətləri davam edir
23.06.2020 12:32
“Minnətdarıq” adlı respublika rəsm müsabiqəsinin onlayn sərgisi açılıb
23.06.2020 10:11
“Birgə mütaliə” adlı layihə davam edir
22.06.2020 11:02
INTERACT layihəsi çərçivəsində Andrey Zvyaqintsevlə onlayn ustad dərsi baş tutub
22.06.2020 10:43
Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov beynəlxalq onlayn konfransda iştirak edəcək
22.06.2020 10:35
Bədii təhsilin perspektivliyi müzakirə edilib