Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
694

Azərbaycan və Özbəkistan ədəbi əlaqələrinə dair beynəlxalq konfrans keçirilib

Əl-Xarəzmi adına Urgənc Dövlət Universitetində “Azərbaycan və Özbəkistanın ədəbi əlaqələri: Hüseyn Cavid və Abdulhəmid Çolpan-dünya dramaturgiyasının zirvəsi” adlı beynəlxalq konfrans keçirilib.

Tədbirdə Azərbaycan və özbəkistanlı alimlər, elm, mədəniyyət və incəsənət xadimləri, universitetin professor-müəllim heyəti, tələbələr, jurnalistlər iştirak ediblər.

Əvvəl universitetin foyesində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər nümayiş etdirilib.

Universitetin prorektoru, professor Dilşod Qaipov konfransı açaraq ölkələrimiz arasındakı dostluq əlaqələrindən danışıb, bildirib ki, indiki dövrdə də bütün istiqamətlərdə, o cümlədən ədəbi, mədəni-humanitar sahələrdə əməkdaşlıq durmadan inkişaf edir.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində universitetdə iki ölkə arasında ədəbi əlaqələrə həsr olunmuş konfransın əhəmiyyətindən danışıb, ötən əsrin əvvəllərində Azərbaycan maarifçilərinin, ziyalılarının Orta Asiyaya gəlişi, insanların maariflənməsində yaxından iştirakı, tarixən şair və yazıçılarımız arasında olan yaradıcılıq əlaqələri haqqında söhbət açıb.

Konfransın dahi dramaturqlarımız Hüseyn Cavid və Abdulhəmid Çolpan yaradıcılığına həsr edildiyinin təsadüfi olmadığını, hər iki şəxsin Azərbaycan və özbək xalqlarının azadlığı, maariflənməsi üçün mücadilə etdiklərini və bu yolda öz canlarını fəda edərək, repressiya qurbanları olduğunu bildirib. Dövlətlərimizin bu azadlıq carçılarının əziz xatirəsini əbədiləşdirdiyini qeyd edən Samir Abbasov bu gün Hüseyn Cavid və Abdulhəmid Çolpan xatirəsinə ən böyük hədiyyənin dövlətlərimizin müstəqilliyi və xalqlarımızın azadlığa qovuşması olduğunu söyləyib. S.Abbasov vurğulayıb ki, foyedə keçirilən kitab sərgisindəki əsərlər universitetə hədiyyə olunub.

“Kaspi” qəzetinin təsisçisi, filologiya elmləri doktoru Sona Vəliyeva Özbəkistanın Xarəzm vilayətində iki ölkə arasında ədəbi əlaqələrə işıq salan konfransın əhəmiyyətini qeyd edərək, millətlərimizin azadlığı və hürriyyəti üçün öz canlarından keçən Cavid və Çolpan yaradıcılığından danışıb.

Cavid yaradıcılığının yalnız Azərbaycan xalqının deyil, bütövlükdə türk dünyasının dramaturgiyasının zirvəsi olduğunu qeyd edən Sona Vəliyeva özbək xalqının, türk dünyasının yenilməz sərkərdəsi Əmir Teymur haqqında yaratdığı əsərlə Hüseyn Cavidin öz adını ədəbiyyat tariximizə qızıl hərflərlə yazdırdığını bildirib. Dramaturqun yaradıcılığına ən böyük töhfənin ulu öndər Heydər Əliyev tərəfindən verildiyini qeyd edən alim 1982-ci ildə məhz ümummilli liderin rəhbərliyi ilə Hüseyn Cavidin nəşinin uzaq Sibirdən doğulduğu Naxçıvan torpağına gətirilərək dəfn edildiyini vurğulayıb.

Azərbaycanlı alim, professor Kamran Əliyev, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, özbək alim və tərcüməçi Babaxan Şərif, professor Həmidulla Baltabayev, dosent Adxambek Alimbekov ədəbi əlaqələrimizdən, alim, şair və yazıçılarımızın dostluğundan danışıblar.

Sonra Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Urgənc Dövlət Universiteti arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Tərəflər elm, təhsil, mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, universitetdə Azərbaycan Dili Mərkəzinin və Fondunun yaradılmasına dair razılıq əldə ediblər.

Tədbir çərçivəsində iki ölkə arasında ədəbi əlaqələr sahəsindəki xidmətlərinə görə azərbaycanlı alim Sona Vəliyevanın Urgənc Dövlət Universitetinin fəxri professoru seçildiyi elan edilib və bununla bağlı sənəd ona təqdim olunub.

Konfransda universitetin tələbələri Sona Vəliyevanın şeirlərini də söyləyiblər.

XƏBƏRLƏR

20.02.2020 17:27
Ağsuda Əlibaba Məmmədovun 90 illiyi qeyd olunub
20.02.2020 15:48
“Türkologiya” jurnalı və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi arasında memorandum imzalanıb
20.02.2020 15:13
Sahənin inkişafı naminə elmi metodların inteqrasiyası
20.02.2020 11:09
“Doğma dilim, ana dilim” adlı tədbir keçirildi
20.02.2020 10:46
Gənc fotoqrafın fərdi sərgisi
20.02.2020 10:44
Gənc pianoçu Estoniyada Qran-pri mükafatına layiq görülüb
20.02.2020 10:41
Xocalı faciəsi bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır
20.02.2020 10:40
Masallı Tarixi-Diyarşünaslıq Muzeyinə gənclərin ekskursiyası təşkil edilib
20.02.2020 10:38
Şəki Xan Sarayı ilə tanışlıq Qış məktəbinin iştirakçılarında böyük maraq doğurub
20.02.2020 10:34
“Baladadaşın toy hamamı” tamaşası yenidən səhnədə
20.02.2020 09:18
Ankarada türk dünyasının görkəmli şairi Kojogeldi Kuluyevin yubileyi qeyd olunub
20.02.2020 09:07
Kitabxana məktəblərin tələbatına uyğun olaraq məlumat bazaları yaradır
19.02.2020 16:43
Mədəniyyət naziri Əbülfəs Qarayevin Böyük Britaniyada görüşləri davam edir
19.02.2020 11:27
Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında bir qrup könüllülərlə görüş keçirilib
19.02.2020 10:30
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin bölgüsü təsdiq edilib
19.02.2020 09:14
Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin 80 illiyinə həsr olunmuş tədbir keçirilib
19.02.2020 09:02
Görkəmli bəstəkar Vasif Adıgözəlovun yaşadığı evin qarşısında barelyefi açılıb
19.02.2020 08:59
İstiqlal Muzeyində “Xocalıda can qaldı” adlı tədbir təşkil olunacaq