Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
919

Ölkəmiz "Özbəkistan bizim ümumi evimizdir" adlı konsertdə təmsil olunub

BMT Baş Məclisinin qərarı ilə noyabrın 16-sı bütün dünyada Beynəlxalq Tolerantlıq Günü kimi qeyd olunur.

Bu tarixin Özbəkistanda qeyd edilməsi də yaxşı ənənəyə çevrilib. Cəmiyyətdə millətlərarası harmoniya və qarşılıqlı anlaşma ruhunun gücləndirilməsi, milli mənsubiyyətindən asılı olmayaraq, bütün ölkə vətəndaşları üçün bərabər hüquq və imkanların təmin edilməsi Özbəkistanda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bununla bağlı ölkədə Beynəlxalq Tolerantlıq həftəsi ərzində müxtəlif mədəni-humanitar, elmi-praktiki tədbirlər keçirilir.

Belə tədbirlərdən biri də "Türküstan" İncəsənət Sarayında "Özbəkistan bizim ümumi evimizdir" devizi altında incəsənət ustalarının və milli mədəniyyət mərkəzlərinin bədii kollektivlərinin qala – konserti olub. Konsertdə Özbəkistan, Azərbaycan, Türkiyə, Rusiya və digər ölkələr milli mədəniyyət mərkəzlərinin bədii kollektivlərinin ifasında sülh, dostluq və mehribanlığın möhkəmlənməsinə həsr olunmuş mahnılar səslənib.

Ölkəmizi bu tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı təmsil edib. Ansamblın üzvləri bir-birindən gözəl milli rəqslərimizi təqdim ediblər.

Tədbirdə çıxış edən xarici ölkələrlə millətlərarası münasibətlər və dostluq əlaqələri Komitəsinin sədri Rustambek Qurbanov bütün iştirakçılara təşəkkürünü bildirərək qeyd edib ki, belə tədbirlər əhalinin, xüsusilə gənclərin cəmiyyətin inkişafına cəlb olunmasına, onların vətənpərvərlik, tolerantlıq hisslərinin daha da möhkəmləndirilməsinə, respublikada yaşayan müxtəlif millətlərin dilinin, mədəniyyətinin, adət-ənənələrinin qorunub saxlanılmasına xidmət edir.

Tədbir konsertin bütün iştirakçıları tərəfindən "Özbəkistan bizim Vətənimizdir" mahnısının ifası ilə başa çatıb.

XƏBƏRLƏR

06.07.2020 14:19
Əməkdar artist Tofiq Hüseynov vəfat edib
06.07.2020 11:11
Beynəlxalq Muğam Mərkəzindən canlı yayım opera sənətimizin yaranmasına həsr olunub
03.07.2020 16:57
Dəyişən reallığa uyğunlaşan mədəniyyət
03.07.2020 16:52
Murad Hüseynov: Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına ciddi riayət etməkdir
02.07.2020 14:38
Mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş iclas keçirilib
02.07.2020 13:27
Vikipediyada Mikayıl Müşfiq haqqında özbək dilində bölmə istifadəyə verilib
01.07.2020 15:43
Beynəlxalq Muğam Mərkəzindən canlı yayımlar davam edir
01.07.2020 11:50
Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin növbəti iclası videokonfrans formatında keçirilib
30.06.2020 15:51
Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə uşaqlar üçün nəzərdə tutulan rəsm müsabiqəsi davam edir
30.06.2020 15:48
Azərbaycan və Özbəkistan məktəbliləri arasında beynəlxalq onlayn festival təşkil ediləcək
30.06.2020 15:08
Peşəkar kitabxanaçılar arasında debat keçirilib
30.06.2020 15:02
Beynəlxalq Muğam Mərkəzi tərəfindən unudulmaz xanəndənin irsi ilə bağlı tədqiqatlar davam etdirilir
30.06.2020 11:42
Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir
29.06.2020 13:22
“Tərəfdaşlarla görüş” layihəsi çərçivəsində növbəti onlayn videokonfrans təşkil olunub
26.06.2020 17:32
Respublika Gənclər Kitabxanası Silahlı Qüvvələr Günü münasibətilə videoçarxlar hazırlayıb
25.06.2020 17:09
“Birgə mütaliə” layihəsinin növbəti kitab müzakirəsi narkomaniyanın törətdiyi fəlakətlər və onlarla mübarizəyə həsr olunub
25.06.2020 11:10
“Mənim yay tətilim-2020” Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir
25.06.2020 11:09
Bölgələrdəki mədəniyyət müəssisələrinin fəaliyyəti onlayn formada davam edir
24.06.2020 17:03
Gəncədə “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksi bərpadan sonra istifadəyə verilib
24.06.2020 11:16
Açıq xarakterli mədəni konsaltinq xidmətləri davam edir
23.06.2020 12:32
“Minnətdarıq” adlı respublika rəsm müsabiqəsinin onlayn sərgisi açılıb
23.06.2020 10:11
“Birgə mütaliə” adlı layihə davam edir