Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1633

VIII Sankt-Peterburq Mədəniyyət Forumunda ölkəmiz də təmsil edilib

Rusiyada VIII Sankt-Peterburq Mədəniyyət Forumu çərçivəsində təşkil edilmiş silsilə tədbirlərdə ölkəmizi M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov təmsil edib.

Əvvəlcə forum çərçivəsində Rusiya Milli Kitabxanasının yeni binasında, Asiya və Afrika ədəbiyyatları şöbəsində “Koreyaya Pəncərə” layihəsi çərçivəsində “Koreya Mədəniyyəti Kabineti”nin təntənəli açılışı mərasimi keçirilib.

Açılış mərasimində Koreya Respublikasının Sankt-Peterburqdakı baş konsulu Kvon Donq Sok, Mədəniyyət üzrə vitse-konsul Çon Kvonse, həmçinin Koreya Milli Kitabxanasının icraçı direktoru So Xe Ran ilə birgə bir sıra kitabxanaların nümayəndələri, o cümlədən Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov da iştirak edib.

Tədbirin açılışı Koreya Respublikasının təbiəti və turizm məkanlarına dair “Koreyaya Pəncərə: adaların gözəlliyi” adlı sərgi ilə başlayıb. Sərgidə texnoloji tərəqqi və təbiətə qayğı, əsrlərboyu davam edən ənənələr və son tendensiyaları birləşdirən ölkənin tarixi və mədəniyyətindən bəhs edən əsərlər nümayiş olunub.

Daha sonra növbəti tədbir Rusiya Milli Kitabxanasının baş binasında “Rəqəmsal əsrdə kitabxanaların və nəşriyyatların beynəlxalq əlaqələri” mövzusuna həsr edilmiş simpoziumla davam edib.

Simpoziumda Sankt-Peterburq Dövlət Mədəniyyət İnstitutunun Kitabxana-informasiya fakültəsinin dekanı Valentina Brejneva, Rusiya Milli Kitabxanasının baş direktoru Aleksandr Verşinin, Qırğızıstan Respublikası Milli Kitabxanasının direktoru Jıldız Bakaşova, Qazaxıstan Respublikası Milli Kitabxanasının direktoru Bakıtjamal Ospanova, Koreya Respublikası Milli Kitabxanasının icraçı direktoru So Xe Ran, Rusiyanın “Elsevier” nəşriyyatının vitse-prezidenti Marat Fatxullin, Polşa Milli Kitabxanasının Kitab və Mütaliə İnstitutunun rəhbəri Tomaş Şvaçinski, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Rusiya Dövlət Kitabxanasının baş direktoru Vadim Duda, Belarus Milli Kitabxanasının direktoru Roman Motulski, Slovakiyanın Bratislava Universitet Kitabxanasının baş direktoru Silviya Stasellova qlobal informasiya mübadiləsində beynəlxalq kitabxana əməkdaşlığının rolu, onun müxtəlif ölkələrdə elm, mədəniyyət və təhsilin inkişafına təsiri barədə məruzələrlə çıxış ediblər.

Kərim Tahirov simpoziumda “Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələri” mövzusunda çıxış edərək Azərbaycan Milli Kitabxanasının son illərdə genişlənən beynəlxalq əlaqələrindən, o cümlədən Beynəlxalq Kitabxana təşkilatlarında təmsilçiliyindən, beynəlxalq kitab mübadiləsi imkanlarından istifadədən, beynəlxalq kitab sərgilərində və elmi konfranslarda iştirakdan, habelə Bakıda beynəlxalq elmi konfransların, simpoziumların, treninqlərin keçirilməsindən və bu yolla Milli Kitabxananın beynəlxalq əlaqələrinin möhkəmlənməsindən bəhs edib.

Sonda istifadəçilərin məlumat istəklərini təmin etmək üçün istifadə olunan rəqəmsal mənbələrin həcminin artması, eləcə də mədəni irsin qorunmasında müasir informasiya texnologiyalarının rolu baxımından kitabxanaların fəaliyyəti ilə əlaqəli geniş məsələlər müzakirə edilib.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib