Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1053

Növbəti birgə səyyar təlimlər Göyçayda

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi yeni tədris modulları əsasında təlimlər təşkil edir. Bu günə qədər Bakı, Lənkəran, Şamaxı, Gəncə və Gədəbəydə müxtəlif ixtisasartırma kursları uğurla həyata keçirilib.

Təlimlərin qısa müddətdə daha da səmərəli keçirilməsini təmin etmək məqsədilə, Elmi-Metodiki və İxtisasartırma Mərkəzi və Bakı şəhər Mədəniyyət Baş İdarəsi oktyabr-dekabr aylarında mədəniyyətin səyyar briqadalarından istifadə etmək qərarına gəlib.

Göyçay rayonunda Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Ağdaş Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə mədəniyyətin səyyar briqadaları silsilənin növbəti qısamüddətli təlim keçirilib.

Respublikamızda reallaşan mədəniyyət siyasətinin qarşısında duran strateji məqsədlərdən biri də mədəniyyət müəssisələrində çalışan əməkdaşların hazırlıq səviyyəsinin artırılmasıdır.

Tədbirdə “Yeni formatlı tədbirlərin təşkili: xüsusiyyətləri və qaydaları”, “Mədəniyyət evlərinin müasir fəaliyyət növləri”, “Mədəniyyət evlərinə gənclərin cəlb olunması formaları”, “Mədəniyyət müəssisələrində pullu xidmətlərin təşkili: xüsusiyyətlər və problemlər” mövzularda təlimlər təqdim edilib.

Daha sonra məruzələr ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, növbəti dəfə səyyar briqadalar Tovuz rayonuna yola düşəcəklər.

XƏBƏRLƏR

07.08.2020 16:22
“Qarabağın mədəni irsi” layihəsi davam edir
07.08.2020 16:19
“Peşəkarlığın qapısını açan könüllülük fəaliyyəti”
06.08.2020 15:47
Mədəniyyət Nazirliyinin ictimaiyyətə müraciəti
06.08.2020 15:33
Qubada “Xalçaçılığın təbliği, mədəni və maddi irsinin qorunması” mövzusunda təlimlər keçirilib
06.08.2020 10:47
Vyana şəhərində keçirilən festivalda “Min bir gecə“ baleti nümayiş olunub
05.08.2020 17:51
Tbilisidə “Era Teatrı”nın yeni ofisinin açılışı olub
05.08.2020 15:59
Şamaxıda Antik dövrə aid nekropol aşkar olunub
05.08.2020 14:23
Gənclər Kitabxanası Milli Qəhrəman Mübariz İbrahimov haqqında virtual kitab sərgisi hazırlayıb
05.08.2020 10:28
“Hər kitab bir dünyadır” layihəsi davam edir
04.08.2020 16:56
III ANİMAFİLM-in MÜSABİQƏ İŞTİRAKÇILARI BƏLLİ OLDU
04.08.2020 09:39
Arif Məlikovun əsəri ABŞ-da festivalda səslənib
02.08.2020 10:37
Avqustun 2-si Azərbaycan Kinosu Günüdür
30.07.2020 17:15
Mədəniyyət Nazirliyi Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
30.07.2020 14:41
Mədəniyyət Nazirliyi ölkəmizin kino ictimaiyyətini təbrik edib
30.07.2020 12:32
“Xəzərin dalğaları” adlı Beynəlxalq Sulu Boya Festivalına 500-dən çox sənət əsəri göndərilib
30.07.2020 12:31
Respublika Gənclər Kitabxanası yeni aksiyaya start verib
29.07.2020 13:58
“Sevilənlər, sevənlər” rubrikasının növbəti uğurlu görüşü
28.07.2020 16:50
Azərbaycan musiqisi naminə birləşən peşəkarlar
28.07.2020 09:50
Xəzər rayon Mərkəzi Kitabxanası onlayn tədbirlərini davam etdirir
27.07.2020 16:49
Qısa Filmlər Festivalına filmlərin qəbulu başlayıb
27.07.2020 16:45
Azərbaycan yazıçısı “2015-2019-cu illərin ən yaxşı yazıçısı” adına layiq görülüb
27.07.2020 15:46
Gənclər Kitabxanası Antarktida haqqında biblioqrafik icmal hazırlayıb
27.07.2020 10:53
Milli Kitabxana not məcmuələrinin onlayn kitabxanasını oxuculara təqdim edib
27.07.2020 09:49
Mədəniyyət işçiləri üçün açıq təlimlər davam edir