20.11.2019 03:46
Prezident İlham Əliyevin 14 fevral 2019-cu il tarixli Sərəncamına əsasən Sumqayıt şəhərinin 70 illik yubileyi noyabrın 19-da təntənəli şəkildə keçirilib.
Həmin gün saat 18:00-da Sumqayıt Dövlət Dram Teatrın qarşısındakı meydanda açıq havada Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı təşkil olunub.