Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2983

Dünya kinosunun dahi sənətkarı Çarli Çaplinin 130 illiyinə həsr olunmuş tədbir keçirilib

Noyabrın 28-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Film Fondunun təşkilatçılığı ilə dünya kinosunun dahi sənətkarı Çarli Çaplinin 130 illiyinə həsr olunmuş tədbir keçirilib.

Mədəniyyət və incəsənət xadimlərinin, kino təmsilçilərinin və kinosevərlərin maraqla izlədiyi gecədə böyük aktyorun yaradıcılıq yoluna geniş nəzər salınıb.

Əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayevin aparıcılığı ilə reallaşan gecədə tamaşaçılar dünya şöhrətli aktyorun haqqında son dərəcə maraqlı məlumatlar əldə edib, onun bəstələdiyi musiqiləri eşidiblər.

Ayaz Salayevin bələdçiliyi ilə Çarli Çaplin dünyasına səyahət edən kinosevərlər onu təkcə aktyor, unudulmaz obrazlara həyat verən usta oyunçu kimi yox, həm də böyük bir şəxsiyyət, musiqiçi, bəstəkar, elə ifaçı kimi də kəşf ediblər.

Qeyd olunub ki, hələ 5 yaşından ilk obrazını oynayan, uşaqlıq ağrılarını teatr səhnəsinə, kinoekrana, musiqiyə, ümumilikdə insan duyğularının bəşəri təsvir dilinə çevirən Çarli Çaplin həm də nadir sənət bilicisi idi.

Özünün bənzərsiz obrazı, aktyor ifa manerası və ən əsası tamaşaçı ilə sözsüz ünsiyyət dili olan aktyor milyonlarla tamaşaçının qəlbində hər zaman öz yerini qoruya bilib.

Vurğulanıb ki, əvvəlcə kiçik rollarda çəkilən Çarli sonralar yaratdığı obrazlarla dünya şöhrəti qazandı və təbii ki, bu uğurda bir cüt ayaqqabı, nimdaş şalvar, balaca bir pencək və Mark Svenin yalançı bığının birləşməsi bənzərsiz bir obraza çevrildi.

“Uşaq”, “Qızıl hərisliyi”, “Yeni zamanlar”, “Böyük diktator”, “Böyük şəhərin işıqları” filmləri ilə öz obrazının möhürünü vuran aktyor heç vaxt heç kimi təlqin etmədən öz aktyor ampluasını tərk etmədi. Aradan keçən uzun illər və obrazının təkrarlandığı minlərlə cəhdin heç biri tamaşaçının yaddaşındakı Çaplini dəyişə bilmədi. Çaplini sənət möcüzəsi sayan A. Salayev onu hər anımızın ekran əksi adlandırıb.

Bildirib ki, o, sanki dünyadakı bütün insanların ekran təsviri, bütün bəşəriyyətə mərhəmət ismarıcıdır.

Sənət gecəsində böyük aktyorun musiqiçi kimi də tanımaq imkanı qazanan kinosevərlər onun bəstələrindən ibarət konserti izləyiblər.

Az sayda adama bəlli olan bəstəkar Çarli Çaplinin musiqi istedadının məhsulu olan parçalar Xalq artistləri Samir Cəfərov, Cavan Zeynallı, müğənnilər Nərmin Kərimbəyova və Tünzalə Qəhrəmanın ifalarında alqışlarla qarşılanıb.

Əməkdar artist Bəhruz Vaqifoğlunun Elza Seyidcahanın məşhur “Mən aktyoram” mahnısına qurduğu səhnəcik göstərilib.

Səhnəcik tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi