Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1787

“Cəfər Cabbarlı həftəsi”ndə daha bir tamaşa

"Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında" ölkə başçısının müvafiq sərəncamının icrası ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən “Cəfər Cabbarlı həftəsi” davam edir.

Xatırladaq ki, yubiley münasibətilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəfər Cabbarlının “Yaşar”, Akademik Rus Dram Teatrında “Aydın”, Dövlət Gənc Tamaşaçılar Teatrında “Oqtay Eloğlu”, Şəki Dövlət Dram Teatrında “Sevil”, Lənkəran Dövlət Dram Teatrında “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş”, Sumqayıt Dövlət Dram Teatrında “Solğun çiçəklər”, Gəncə Dövlət Dram Teatrında “Dönüş” tamaşaları dövlət sifarişi ilə hazırlanıb. Noyabrın 23-də başlanan həftə çərçivəsində sözügedən tamaşalar Bakı şəhərində sənətsevərlərə nümayiş olunur.

Noyabrın 28-də Akademik Rus Dram Teatrının səhnəsində Şəki Dövlət Dram Teatrının təqdimatında “Sevil” tamaşası nümayiş olundu.

Tamaşanın quruluşçu rejissoru Orxan Həmidli, səhnə tərtibatçısı və geyim üzrə rəssamı Sahib Əhmədov, bəstəkarı Firudin Allahverdidir.

“Sevil” pyesinin budəfəki rejissor yozumu səhnədən tamaşaçı salonuna ünvanlanan “ailənizin qədrini bilin, ey cavanlar” ismarışıdır. Təcrübəsiz, savadsız Sevil ilə yad dəyərlərin təmsilçisi Dilbərin maraqlarının toqquşması Sevilin sonradan savadlanaraq, hətta kitab müəllifi səviyyəsinədək yüksəldikdən sonra da davam edir.

Onu da qeyd edək ki, Sevil obrazı 18 yaşlı aktrisa Zümrüd Əliyevanın debütüdür. Digər rollarda əməkdar artistlər Xanlar Həşimzadə, Akif Yusifov və Rəhim Qocayev, aktyorlar Pərviz İsmayılov, Lalə Məmməd, Arzu Mustafayeva, Fərahim Fətəliyev, Nazilə İmamhüseynova və Aysun Mustafazadə çıxış edirlər.

Noyabrın 29-da “Cəfər Cabbarlı həftəsi”ndə daha bir tamaşa nümayiş olunacaq. Cabbarlı dramaturgiyası pərəstişkarlarını çoxdan bəri Azərbaycan səhnəsində görünməyən “Oqtay Eloğlu” ilə görüş gözləyir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının təqdim edəcəyi səhnə əsərinə Xalq artisti Vaqif Əsədov quruluş verib.

XƏBƏRLƏR

25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel