Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1608

Mədəniyyət və İncəsənət Universitetində “Muzeyşünaslığın tədrisi problemləri” mövzusunda elmi konfrans keçirilib

Noyabrın 29-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ölkəmizdə muzeylərin yaradılmasının 100 illiyinə həs olunmuş “Muzeyşünaslığın tədrisi problemləri” mövzusunda elmi konfrans keçirilib.

Ənənəvi olaraq üçüncü dəfə təşkil olunan hazırkı konfransın əsas məqsədi, mütəxəssis hazırlığı prosesində respublikada fəaliyyət göstərən muzeylərlə tədris müəssisələri arasında əməkdaşlığının gücləndirilməsi, bu işdə birgə fəaliyyətə nail olunmasıdır.

Tədbirdə çıxış edən universitetin rektoru, professor Ceyran Mahmudova bildirib ki, Azərbaycanda muzeylərin qeyri-rəsmi şəkildə yaradılması görkəmli dramaturq Cəlil Məmmədquluzadənin adı ilə bağlı olsa da, dövlət tərəfindən Azərbaycanda ilk muzey AXC-nin qərarı ilə 1919-cu il dekabrın 7-də yaradılmış “İstiqlal” muzeyi olub. Respublikada sovet hakimiyyətinin qurulması ilə muzey fəaliyyətini dayandırıb. Bu hadisə Azərbaycan tarixinə muzeylərin yaranması tarixi kimi daxil oldu. Bu il həmin tarixi hadisənin 100 ili tamam olur.

Qeyd edib ki, əsası bu tarixi hadisədən başlanan 100 il ərazində Azərbaycanda muzeylərin sayı artaraq böyük şəbəkəsi yaranıb. Statistik məlumatlara əsasən hazırda Azərbaycanda 240 müxtəlif profilli muzey fəaliyyət göstərir. Yaranma tarixinə görə dünya ölkələri ilə müqayisədə bir əsrlik müddət üçün bu rəqəm, əlbəttə, yüksək göstəricidir. Müqayisə üçün o, Azərbaycandan dəfələrlə böyük olan İtaliyada 320 muzeyin olduğunu nümunə gətirib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov bildirib ki, ilk zamanlar muzeylər tədris məqsədi üçün yaradılıb. Tədris vasitəsi, öyrədici, bilikləri yayan qaynağa çevrilməyin muzey anlayışının təməlində dayanan bir prinsip olduğunu deyən akademik Nəsrəddin Tusinin təsis etdiyi Marağa və XIII əsrdə Təbrizdə Rəşidiyyə mədrəsəsində yaradılmış muzeyin də vaxtilə bir universitet olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, muzeylər yarandığı vaxtdan üzərinə öyrətmək öhdəliyi götürüb: “Elə bir zaman çatıb ki, tədris prosesi ilə muzeylərin inkişafı ön plana çıxıb. Muzeyin dili başqa, fərqli dildir. Muzeyin dili yalnız sözlərlə ifadə edilmir, həm də göstərməklə bəyan edilir. Muzeylərdə təqdim edilən əşyaların “danışması” bizi onların qarşısında dayanmağa vadar etməlidir. Buna görə də tədris prosesində muzeylərə daha da diqqətlə yanaşmalıyıq, elə etməliyik ki, onlar canlı orqanizmə çevrilsin, insanları özünə cəlb etsin, öyrədici funksiyanı daşıya bilsin. Ölkə boyu mədəni yüksəlişə nail olmaq üçün kitabxana, muzey və digər mədəniyyət ocaqlarının yüksək səviyyədə fəaliyyət göstərməsinə nail olmaq lazımdır ki, bu da mədəni təfəkkürün yüksəlişinə gətirib çıxara bilsin”.

Ölkəmizdə yenicə açılmış muzeyşünaslıq ixtisasının əhəmiyyətindən danışan R.Hüseynov gələcəkdə universitetlərin bu sahədə əsl mütəxəssislər yetişdirəcəyini əminliklə vurğulayıb. Bildirib ki, dərslərin muzeylərdə aparılması çox vacibdir. “Güman edirəm ki, Azərbaycan dünya muzeyçiliyinin ən mütərəqqi vəzifəsini mənimsəyib. Belə ki, muzeylərimizdə artıq müasir texnologiyalardan istifadə olunmağa başlanıb. Muzey açıq kitabdır və heç kimə oranı ziyarət etməyə məhdudiyyət qoymur”, - deyə Rafael Hüseynov əlavə edib.

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxışında Azərbaycanda fəaliyyət göstərən muzeylər, orada saxlanılan eksponatlar haqqında məlumat verib. Bildirib ki, müstəqilliyimiz dövründə muzeylərdə nümayiş etdirilən əşyaların sayı nəzərəçarpacaq dərəcədə artıb. Muzeylərdə saxlanılan eksponatlar Azərbaycanı mədəni, zəngin tarixə malik və inkişaf etmiş bir ölkəyə çevirən sübutlardır.

Konfrans mövzuya uğun məruzələrin dinlənilməsi ilə davam edib.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb