Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2235

“Trubadur” Opera və Balet Teatrının səhnəsində

Noyabrın 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Xalq artisti Fidan Hacıyevanın iştirakı ilə Cüzeppe Verdinin “Trubadur” operası nümayiş olunub.

Səhnə əsərində ilk dəfə Leonora partiyasını teatrın aparıcı solistlərindən biri - Əməkdar artist İlahə Əfəndiyeva canlandırıb.

Operada, həmçinin Xalq artisti Əkrəm Poladov, Əməkdar artistlər Fərid Əliyev, Əliəhməd İbrahimov, solistlər Taleh Yahyayev, Nina Makarova (İnes) çıxış ediblər.

Operanı teatrın baş dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı Əyyub Quliyev idarə edib.

Qeyd edək ki, C.Verdi “Trubadur” operasının musiqisini cəmi 29 gün ərzində yazıb. Operanın librettosunu isə ispan dramaturqu A.Quteresin eyniadlı pyesi əsasında C.Kammarano qələmə alıb. Tamaşanın premyerası 1853-cü il yanvarın 19-da Romada baş tutub. “Trubadur” elə ilk tamaşadan sonra tamaşaçılar tərəfindən sevilib və Verdinin ən populyar əsərlərindən birinə çevrilib. Dörd pərdədən ibarət olan bu möhtəşəm opera 160 ilə yaxındır ki, operasevərlər tərəfindən böyük maraqla qarşılanır. “Trubadur” operası Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 2005-ci ildə Əməkdar artist, rejissor Hüseyn Əliyevin quruluşu və dirijor - Xalq artisti, professor Cavanşir Cəfərovun təfsirində səhnəyə qoyulub, 2009-cu ildə bərpa edilib. Hazırda repertuarda ən baxımlı tamaşalardan biridir.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib