Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3287

Bakı Tanqo Festivalı Qala gecə ilə davam edib

Noyabrın 30-da Nizami Kino Mərkəzində Argentina səfirliyinin təşəbbüsü ilə üçüncü Beynəlxalq Bakı Tanqo Festivalı çərçivəndə Qala gecə keçirilib.

Gecədə xüsusi qonaq qismində nüfuzlu rəqqaslar, dünya və Avropa çempionları Aqustina Piyacco və Maksim Gerasimov (Argentina/Rusiya), Xulio Saavedra və Tekla Qoqriçyani (Argentina/Gürcüstan), Yakof Şonski və Maryam Rossa (Gürcüstan), Sesilia Akosta və Levan Qomelauri (Argentina/Gürcüstan) performans göstəriblər. Onlar rəqs elementlərinin zərifliyi ilə hər kəsi heyran ediblər.

Argentinanın Azərbaycandakı səfiri Serxio Osvaldo Perez Qunella çıxışında festivalın təşkilatçılarına, xüsusilə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib. Səfir qeyd edib ki, Bakıda dörd tanqo məktəbi var və onların nümayəndələri də gecədə iştirak edirlər. 

“United Cultures” şirkətinin icraçı direktoru Paola Casagrande bildirib ki, festivalın keçirilməsi təşəbbüsü Argentina səfirliyindən gəlib. “İnanıram ki, festival möhtəşəm keçəcək. Biz artıq Bakı Tanqo Festivalı-2020 haqda düşünürük. Belə festivallar tanqonun populyarlaşmasına gətirib çıxaracaq”, - deyə P.Casagrande bildirib.

Qeyd olunub, tanqo XIX əsrdə Argentinaya gələn xalqların mədəniyyətinin sintezindən yaranıb. O, yalnız ehtiraslı rəqs və melanxolik musiqi deyil, müxtəlif insanların bir mövzu ətrafında sevinib kədərlənməsidir.

Qala gecədə, həmçinin tanqo rəqsləri muğamla sintez olunub. Tarda Sahib Paşazadə, gitarada Lautaro Tissera, bandoleonda isə Viktor Hugo Villena ifa ediblər.

Festival dekabrın 1-dək davam edib.

Qeyd edək ki, festival Mədəniyyət Nazirliyi, “United Cultures”, “The Landmark”, “Bakı Metropoliteni”, Nizami Kino Mərkəzi, “Nizami Restaurant & Lounge”, ADA Universiteti, Bakı Xoreoqrafiya Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, “NESS Company”, “IN Tango Baku”, “Tango On”, “EI Club de Tango”, “Badi Kubə”, “R&N-project Dance School in Baku” və “Macrobiosis Tango School”un dəstəyi ilə keçirilib.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb