Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
487

“Culture Guide” mədəniyyət bələdçisinin dekabr sayı çapdan çıxıb

Ölkəmizə təşrif buyuran qonaqlara Azərbaycanın mədəni irsi, incəsənəti, sənət ocaqlarının fəaliyyəti, eləcə də bölgələrimizin mədəni palitrası barədə dolğun məlumat vermək, onların respublikamız barədə təəssüratını yaddaqalan etmək məqsədlə ərsəyə gətirilən “Culture Guide” kataloqunun dekabr sayı çapdan çıxıb.

“Baku Guide” MMC tərəfindən ingilis və rus dillərində hazırlanaraq nəşr edilən mədəniyyət bələdçisinin yeni buraxılışı da mövzu və materiallar baxımından zənginliyi ilə seçilir.

Nəşr ilk olaraq oxuculara ölkəmizin keçmişi və bu günü, mədəniyyətimizin tarixi mənzərəsi ilə bağlı bələdçilik edir. Müsəlman Şərqində ilk peşəkar teatrın, kinematoqrafın, operanın Azərbaycanda yarandığı diqqətə çatdırılır, ölkəmizin son illər mədəniyyətlərarası dialoqa töhfələrindən, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən bəhs olunur.

“Culture Guide”ın dekabr buraxılışında ənənəvi olaraq paytaxtdakı mədəniyyət müəssisələrinin repertuarı və tədbirləri ilə bərabər, hər biri haqqında qısa təqdimat-tanıtma səciyyəli informasiyalar da verilib. Teatr və konsert müəssisələri, kino zalları, qalereyalar və əyləncə məkanlarının bu ay üçün də maraqlı tədbirlər proqramı var.

Muzeylər bölməsində şəhərdə fəaliyyət göstərən bu mədəniyyət məkanlarının bir çoxu haqqında ənənəvi təqdimatlarla yanaşı, dekabrın 16-sı xatirə günü olan əfsanəvi cazmen, pianoçu və bəstəkar Vaqif Mustafazadənin memorial muzeyinə ekskurs edilir, sənətkarın həyat və yaradıcılığından, buradakı ekspozisiyadan söz açılır.

Nəşrdə Bakının hər zaman xarici qonaqların diqqətini çəkən tarixi və müasir memarlıq nümunələri, İçərişəhər, minilliklərin daş yaddaşı olan Qobustan, Atəşgah məbədi və Yanardağ haqqında məlumatlar, turistlərin ölkəmizdən özləri ilə hansı suvenir və “dadlı xatirələr” apara biləcəklərinə dair tövsiyələr də yer alıb.

“Culture Guide” bələdçisinin hər sayında ölkəmizin bəşəriyyətin mədəniyyət xəzinəsinə töhfələri, dünya əhəmiyyətli mədəni irs nümunələri barədə yazılar dərc edilir. “Açıq səma altında muzey-şəhər” adlı yazı bu il tarixi mərkəzi və Xan sarayı UNESCO-nun Dünya irs siyahısına salınmış Şəki haqqındadır.

Bəşəriyyətin xəzinəsində yer almış qeyri-maddi mədəni irs nümunələrimizlə bağlı yazılar silsiləsində isə bu dəfə Qarabağ atları üzərində çövkən oyunu ənənəsi, habelə milli mətbəximizdə xüsusi yeri olan lavaş və dolma haqqında bəhs olunur. Qeyd edək ki, hər üç nümunə məhz dekabr ayında (2013, 2016, 2017) UNESCO-nun müvafiq siyahılarına daxil edilib.

“Qarabağ – Azərbaycanın mədəniyyət beşiyi” başlıqlı yazıda əzəli yurd yerimizin mədəni irsi, işğal altındakı torpaqlarımızdakı mədəni sərvətlərin dağılıb-talan edildiyi əcnəbi oxucuların diqqətinə çatdırılır.

Azərbaycanın zəngin irsə və adət-ənənələrə sahib olması bu mədəni potensialın beynəlxalq səviyyədə təbliğinə, ölkəyə gələn xarici qonaqlara mədəni marşrutlardan istifadə etməsinə imkanlar yaradır. Bu məqsədlə Azərbaycan 2011-ci ildən Avropa Şurasının mədəni marşrutlar proqramına qoşulub. Hazırda ölkəmiz beş belə layihədə təmsil olunur. “Azərbaycandan keçən beynəlxalq mədəni marşrutlar” yazısında bu barədə ətraflı məlumat verilir.

“Culture Guide” dekabr ayının əlamətdar günlər təqviminə də nəzər salır. “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür” adlı yazıda bu günün tarixi, 30 il əvvəl – 1989-cu ildə o taylı-bu taylı azərbaycanlıların Araz çayı üzərində qovuşması ilə başlanan milli həmrəyliyin bütün dünyadakı soydaşlarımızı əhatə etməsindən bəhs edilir.

Nəfis tərtibatda hazırlanan mədəniyyət bələdçisində hər ay tanınmış rəssamlarımızın əsərlərinin reproduksiyasına yer verilir. Bu dəfə “Culture Guide”ın üz qabığında məşhur fırça ustası, SSRİ Xalq rəssamı Mikayıl Abdullayevin “Qarabağda qış”, 1-ci səhifədə isə Xalq rəssamı Nadir Əbdürrəhmanovun “Dağlarda qış istirahəti” tabloları əks olunub. Yeri gəlmişkən, hər iki görkəmli sənətkar dekabr ayında dünyaya gəlib.

XƏBƏRLƏR

25.01.2020 20:17
Mixail Qusmanın "Hakimiyyət formulu" və "Həyat formulu" kitablarının təqdimatı keçirilib
25.01.2020 18:13
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları İçərişəhərlə tanış olublar
25.01.2020 17:26
Xalça Muzeyində “Azərbaycan xalçası və Kübra Əliyeva” mövzusunda mühazirə dinlənilib
25.01.2020 14:17
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları Milli İncəsənət Muzeyində olublar
25.01.2020 13:09
Azərbaycan Milli Xalça Muzeyi Mərakeş muzeyləri ilə əməkdaşlığa başlayıb
25.01.2020 12:38
“Bakı-Moskva: Mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə Milli Məclisdə görüş olub
25.01.2020 11:06
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
24.01.2020 18:05
Rusiya ilə mədəni əlaqələr xüsusi əhəmiyyət kəsb edir
24.01.2020 17:52
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları Prezident Kitabxanasında olublar
24.01.2020 16:19
“Mədəniyyətlərin dialoqu – xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirildi
24.01.2020 13:12
Rusiya nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
24.01.2020 13:09
UNESKO-da Daimi Nümayəndələr Dərnəyinin tədbiri keçirilib
24.01.2020 11:21
Əfsanəvi caz müğənnisi Dayan Rivs Heydər Əliyev Mərkəzində çıxış edəcək
24.01.2020 11:08
Milli Dram Teatrında Səməndər Rzayevin 75 illik yubileyi qeyd ediləcək
24.01.2020 10:31
Lənkəranda Həzi Aslanovun 110 illik yubileyi qeyd edilib
24.01.2020 09:42
Muğam Mərkəzində Xalq artisti Vəli Qədimovun xatirəsi yad edilib
24.01.2020 09:09
Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının mütəxəssisləri Milli Kitabxanada olublar
23.01.2020 14:55
Qəbələ Dövlət Tarix-Bədii Qoruğu turistlərin ən çox səfər etdiyi tarixi məkanlardandır
23.01.2020 14:20
“Azərbaycan toyu” Ginnesin Rekordlar Kitabına daxil edilə bilər
23.01.2020 14:19
Mədəniyyət nazirinin müavini Xırdalan şəhərində vətəndaşlarla görüşüb
23.01.2020 12:15
Moskvada Polad Bülbüloğlunun 75 illik yubileyi təntənəli şəkildə qeyd olunub