Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3198

Nizami Gəncəvinin türk dilində nəşr olunan "Xəmsə"sinin təqdimatı keçirildi

Məlum olduğu kimi, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin və onların əsərlərinin digər ölkələrdə təbliği məqsədilə 2016-cı ildən etibarən "Azərbaycan kitabının dünyada tanıdılması" layihəsi həyata keçirilir.

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə”sinin də ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə") layihə çərçivəsində Türkiyə türkcəsində nəşri başa çatdırılıb.

Dekabrın 6-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında yeni işıq üzü görən “Xəmsə”nin təqdimat mərasimi keçirildi.

Tədbirdə rəsmilər, tanınmış elm və ədəbiyyat xadimləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan Mədəniyyət naziri Əbülfəs Qarayev bildirdi ki, Azərbaycan cəmiyyətində kitaba olan maraq getdikcə artır: "Bu il ölkəmizdə, eləcə də Milli Kitabxanada kitabla bağlı bir sıra tədbirlər keçirilib. Onlardan biri də bu il 6-cı dəfə təşkil olunan Bakı Kitab Sərgi-Yarmarkası oldu. Sevindirici haldır ki, Azərbaycan kitabı tək bizim oxucular tərəfindən deyil, beynəlxalq aləmdə də tanınır, müxtəlif dillərə tərcümə edilərək təqdim olunur. Bu da, təbii ki, dünyada Azərbaycan kitabına marağı artırır”.
Nazir son illərdə Mədəniyyət Nazirliyi və Türkiyənin nəşriyyatları tərəfindən müxtəlif layihələrin həyata keçirildiyini vurğuladı: "Xüsusilə “Zengin Yayıncılık” nəşriyyatının fəaliyyətini yüksək qiymətləndirirəm. Bu nəşriyyat Azərbaycan kitablarının Türkiyədə nəşri sahəsində böyük işlər görüb. Son illərdə nəşriyyat tərəfindən 30 müəllifin kitabı türk dilində çap edilib. Belə nəşrlərdən biri də bu gün təqdimatı keçirilən, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, fəlsəfəsinin zirvəsi hesab olunan dahi Nizami Gəncəvinin əsərləridir. “Xəmsə” Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “Azərbaycan kitabının dünyada tanıdılması” layihəsi çərçivəsində türk dilində nəşr edilib. Bu işlərdə əməyi keçmiş hər kəsə təşəkkür edirəm. Əminəm ki, Nizaminin ədəbi irsi türk oxucusu tərəfindən yenidən rəğbətlə qarşılanacaq və Azərbaycan xalqının böyük mədəniyyətə malik xalq olduğu bir daha sübuta yetiriləcək".
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qeyd etdi ki, iki qardaş ölkənin xalqlarını bir-birinə bağlayan ən möhkəm bağlardan biri də mədəniyyətdir: "Türkiyədə klassik ədəbiyyatdan söz açarkən Nizaminin, Füzulinin adını çəkməmək mümkün deyil. Biz bu şairlərin mədəniyyətimizin ən dəyərli parçaları olduğunu bilirik. Lakin Azərbaycan ədəbiyyatının Türkiyədə tanıdılması məqsədilə hələ çox işlər görülməlidir. 70 illik sovet dövrü bu iki xalqı bir-birindən ayırıb. Biz biri-bizimizi daha yaxşı tanımaq, daha da yaxınlaşmaq üçün keçmişimizi dərindən öyrənməliyik. Bu gün təqdimatı keçirilən Nizami Gəncəvinin "Xəmsə"si də bir-birimizi yaxından tanımağa vəsilədir”.

“Zengin Yayıncılık” nəşriyyatının direktoru Sevinc Fırat vurğuladı ki, Azərbaycanın Mədəniyyət Nazirliyi ilə qurulan əməkdaşlıq nəticəsində bu günə qədər layihə üzrə ümumilikdə 30 müəllifin 46 adda kitabı türk dilində nəşr edilərək Türkiyəli oxucuların diqqətinə təqdim olunub. Bu nəşrlərin üçü elmi, 23-ü bədii, , 20 adda kitab isə uşaq ədəbiyyatıdır: “Nəşriyyat kitabların keyfiyyətli tərcüməsi və çapı ilə yanaşı, Türkiyədə yayılması və tanıtımına da geniş diqqət ayırıb. Kitablarla bağlı mətbuatda məlumatlar dərc olunub, videosüjetlər yayımlanıb. Eyni zamanda Türkiyənin ən nüfuzlu təhsil müəssisələrinin qarşısındakı reklam lövhələrində elanlar yerləşdirilib”.
Daha sonra çıxış edən xalq yazıçıları Elçin, Afaq Məsud, Mövlud Süleymanlı, akademiklər – AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, Nizami Cəfərov, əsərləri türkcəyə uyğunlaşdıran Yurtseven Şen Nizami dühasının zənginliklərindən söz açdılar. Nizami irsinin qardaş ölkədə təbliği yüksək qiymətləndirildi. Natiqlər belə layihələrin davamlı olmasının əhəmiyyətini vurğuladılar.
Qeyd edək ki, nəşr olunan kitabların ilk növbədə Türkiyədəki elmi-kütləvi kitabxanaların, ali təhsil ocaqlarının və s. aidiyyəti qurumların kitab fonduna daxil edilməsi nəzərdə tutulur.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb