Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2349

Azərbaycan Könüllülərinin II Həmrəylik Forumu keçirilib

Dekabrın 5-də “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində 3 minə yaxın gəncin iştirakı ilə Azərbaycan Könüllülərinin II Həmrəylik Forumu keçirilib. Forum Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılıb. Forum çərçivəsində ölkədə fəaliyyət göstərən bütün könüllü hərəkatlarının və gənclər təşkilatlarının sərgisi də təşkil olunub.

Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini, Gənclər Fondunun Müşahidə Şurasının üzvü Rafiq Bayramov Forumda iştirak edib.

Tədbir dövlət himninin səsləndirilməsi və Azərbaycanda könüllülük hərəkatının inkişaf mərhələlərini əks etdirən videoçarxın nümayişi ilə başlanıb.

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə gənclər siyasəti sahəsində, xüsusilə könüllülük hərəkatının inkişafı istiqamətində həyata keçirilən tədbirlərin müstəsna əhəmiyyəti var. O, müxtəlif dövlət qurumlarında könüllülər hərəkatının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində könüllülər tərəfindən 17 şəhər və rayonda 147 şəhid ailəsi ziyarət edilib, 7 şəhər və rayonda 19 uşaq evi, internat məktəbləri və ahıllar evində sosial işlər təşkil olunub, 10 şəhər və rayonda kütləvi ekoloji aksiyalar keçirilib. Ümumilikdə, tədbirlərdə 10 mindən çox gənc könüllü iştirak edib: “Ölkəmizdə könüllülük fəaliyyəti son illər geniş vüsət alıb. Bu il fevralın 1-də dövlət başçısı gənclərlə görüşündə dövlət qurumlarına müraciət edərək Könüllülər Hərəkatının yaradılması və gənclərin bu fəaliyyətə cəlb olunması ilə bağlı çağırış edib. Bu çağırışa uyğun olaraq, təkcə bu il 9 mərkəzi icra hakimiyyəti yanında, eyni zamanda, əksər yerli icra hakimiyyəti orqanları yanında Könüllülük Hərəkatı təsis edilib. Bu gün də onlar çox uğurla fəaliyyət göstərir”.

Təhsil nazirinin müavini Firudin Qurbanov hazırda gənclərdən bilik və bacarıqlardan yanaşı, digər keyfiyyətlər tələb olunduğunu bildirib. O, qeyd edib ki, araşdırmalara görə, əmək bazarında üstünlük verilən komanda mühitində işləmək və ünsiyyət bacarıqları könüllülük fəaliyyəti ilə məşğul olanlarda daha yüksək səviyyədədir.

Firudin Qurbanov minlərlə könüllü tələbənin ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə uğurla iştirak etdiyini də diqqətə çatdırıb.

Gənclər və İdman nazirinin müavini İntiqam Babayev bildirib ki, dövlət tərəfindən könüllülük fəaliyyətinə böyük dəstək göstərilir, könüllülük fəaliyyəti gənclərin həyatlarında, xüsusilə də karyera qurmalarında əhəmiyyətli yer tutur.

İ.Babayev nazirlik tərəfindən gənclərin təşəbbüslərinin bundan sonra da dəstəklənəciyini və bu kimi tədbirlərin davamlı olaraq keçiriləciyini qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov 1985-ci ildə BMT-nin dekabrın 5-ni Beynəlxalq Könüllülər Günü kimi təsis etdiyini diqqətə çatdırıb: “Həmin ildən etibarən BMT-yə üzv olan ölkələrdə, eyni zamanda, Azərbaycanda da bu gün Könüllülər Günü kimi qeyd edilir.

“ASAN xidmət” mərkəzləri yarandığı gündən könüllülərin fəaliyyətindən geniş istifadə olunur. Könüllülər “ASAN xidmət”in ayrılmaz tərkib hissəsidir. İndiyədək 20 mindən çox könüllü “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərib. Onlar 550-dən çox fərqli layihələr həyata keçiriblər, müxtəlif təlim və treninqlərə cəlb ediliblər. Bu tədbirlərin hər biri könüllülərin fərdi inkişafında müstəsna rol oynayıb. “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində dekabrın 6-dan 9-dək Qusarda geniş könüllü düşərgəsinin keçirilməsi nəzərdə tutulub. Düşərgə zamanı 300-dən çox gəncin müxtəlif tədbirlərə, panellərə və diskussiyalara cəlb olunması planlaşdırılıb”.

C.Salmanov ölkəmizdə gənclər siyasətinə və könüllülük hərəkatına böyük önəm verildiyini vurğulayıb. O, bildirib ki, indiyədək 30 minə yaxın könüllü müxtəlif dövlət qurumlarında könüllülük fəaliyyətinə cəlb edilib. Keçirilən tədbirlər ölkəmizdə vüsət almış gənclər siyasətinin tərkib hissəsidir.

“Sevinirik ki, könüllülük hərəkatının formalaşması və böyüməsində, “ASAN xidmət” və onun könüllülərinin böyük payı var”, - deyə agentliyin sədr müavini qeyd edib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai könüllülərin xeyirxah missiya həyata keçirdiyini, onların fəaliyyətinin göz önündə olmasa da hər kəsə təmənnasız yardım etdiyini bildirib. Q.İshaqzai Azərbaycan könüllülərinin fəaliyyətindən məmnunluğunu ifadə edib. Sonra o, BMT Baş katibinin Beynəlxalq Könüllülər Günü münasibətilə müraciətini oxuyub.

Forum könüllülər təşkilatları və hərəkatlarının təmsilçilərinin “TEDx” formatında çıxışları və il ərzində fəallıq nümayiş etdirmiş könüllülərin mükafatlandırılması, həmçinin beynəlxalq müsabiqələrdə nailiyyətlər əldə edən istedadlı gənclərin təqdimatında musiqi nömrələri ilə davam etdirilib.

Sonda rəsmi qonaqlar və könüllü təşkilatlarının təmsilçiləri birgə xatirə şəkli çəkdiriblər.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi