2019-cu il başa çatmaq üzrədir. Kiçikdən böyüyə hər kəs Yeni il ab-havasına köklənib.
Bu il Sumqayıt üçün xüsusilə əlamətdar oldu. Şəhərin 70 illiyi çərçivəsində biri-birindən maraqlı, rəngarəng, yüksək məzmun və məna yükünə malik tədbirlər silsiləsi gerçəkləşdi. Nəhayət, dövlətimizin başçısı İlham Əliyev Sumqayıta gəldi, yeni mədəniyyət müəssisələrinin açılış mərasimində iştirak etdi. Şəhərin sosial-iqtisadi, mədəni inkişafına töhfə vermiş bir qrup şəxs mükafatlandırıldı.
“Sumqayıt Dövlət Dram Teatrının kollektivi məhz bu əzm və sevgi ilə fəaliyyətini davam etdirməkdədir”, deyən M.Həmidov dekabr ayının repertuarının yenə də zəngin olduğunu vurğulayıb. Ay ərzində Əli Əmirlinin “20 ildən sonra”, M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah”, “Hacı Qara”, Elçinin “Qatil” axşam tamaşaları oynanılacaq. Repertuarda, eyni zamanda, uşaq tamaşaları da yer alır. Bunlar Abdulla Şaiqin “Qaraca qız” və ərəb xalq nağılı əsasında səhnələşdirilən “Əlibaba və 40 quldur” tamaşalarıdır.
Yaradıcı heyət məktəblilərin qış tətilini də yaddan çıxarmayıb. Odur ki, dekabrın 29-dan yanvarın 3-dək “İlin şahı” adlı Yeni il tamaşası nümayiş olunacaq.