Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1583

Görkəmli kinorejissor Fikrət Əliyevin xatirəsi anılıb

Dekabrın 16-da Nizami Kino Mərkəzində Azərbaycanın görkəmli kinorejissoru, Əməkdar incəsənət xadimi Fikrət Əliyevin anadan olmasının 80 illiyinə həsr edilən xatirə gecəsi keçirilib.

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə təşkil edilən xatirə gecəsində Fikrət Əliyevin sənət dostları, doğmaları, yaxınları iştirak ediblər, kinorejissorun 80 illiyi münasibətilə ekranlaşdırılan yeni film nümayiş olunub.

Gecə sənətkarın yaradıcılığından bəhs edən videoçarxın nümayişi ilə başlayıb. Təqdim edilən materialda Dövlət Film Fondunun arxivində qorunan foto və videolentlərdən istifadə edilib.

Tədbirdə “Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Xalq artisti Xamis Muradov, Əməkdar artist Elxan Qasımov, sənədli filmlər rejissoru Tofiq Məmmədov çıxış edərək rejissorun özünəməxsus yaradıcılığından söz açıb, xatirələrini bölüşüblər.

Natiqlər Fikrət Əliyevin Azərbaycan kinosunda xidmətlərindən danışıb, onun kinoya gəlişi, yaratdığı filmlərdən bəhs ediblər. Bildirilib ki, Fikrət Əliyev Arif Babayevdən sonra Abşeron koloritini ekrana gətirən görkəmli rejissor kimi kino tariximizə düşüb. Onun özünəməxsus dəstxəti, baxışı var idi.

Bildirilib ki, Fikrət Əliyev rejissorluğa “Baladadaşın ilk məhəbbəti” qısametrajlı filmi ilə başlayıb. “Qızıl uçurum”, “Yuxu”, “Axırıncı dayanacaq”, “Ölüm növbəsi” və digər filmlərin rejissoru olub, “Dəli Kür” filmində Şamxal obrazını yaradıb. O, kinorejissor Hüseyn Mehdiyevlə birlikdə “Qoca palıdın nağılı” filminə quruluş verib. Kino karyerasına aktyor kimi başlayan Fikrət Əliyev sonralar bir neçə ekran əsərində rejissor assistenti, ikinci rejissor kimi işləyib, sənədli filmlər, “Mozalan” kinosüjetləri çəkib. Onun filmoqrafiyasında 30-a yaxın ekran işi var.

Diqqətə çatdırılıb ki, düşüncələrini ekranlara köçürən, maraqlı və məzmunlu filmləri ilə tamaşaçıların sevgisini qazanan kinorejissor ekran əsərlərində həmişə müasirlərinin həyatından, onların cəmiyyətdəki rolundan, ətraf aləmə münasibətindən bəhs edib. Kinoda rahatlıq tapıb, arzularını burada gerçəkləşdirib.

Gecədə Fikrət Əliyevə həsr olunmuş film nümayiş olunub. Film ARB TV-nin “Aranfilm” Yaradıcılıq Mərkəzində ərsəyə gətirilib.

Ekran əsərinin ssenari müəllifi və rejissoru Babək Abbaszadədir. Çəkilişlər Mərdəkan, Buzovna, Balaxanı və Bilgəhdə aparılıb.

Filmin operatoru Anar Seyidov, icraçı prodüseri Qənirə Qurbanlı, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir. Baş rolu Xalq artisti Şamil Süleymanlı ifa edib. Filmdə rejissorun lentə aldığı filmlərin əksər baş qəhrəmanları yer alıb.

Daha sonra filmin yaradıcı heyətindən Tahir Əliyev və Babək Abbaszadə çıxış edərək filmin ərsəyə gəlməsində iştirak edən təşkilat və yaradıcı heyətə təşəkkür ediblər.

Qeyd edək ki, Fikrət Əliyev 1939-cu il dekabrın 13-də Bakıda anadan olub. 1966-cı ildə M.A.Əliyev adına ADİİ-nun aktyorluq fakültəsini, 1972-ci ildə Moskvada ÜDKİ-nun iki illik ali ssenari və rejissorluq kurslarını bitirib. 1966-cı ildən ömrünün sonunadək “Azərbaycanfilm” kinostudiyasında çalışıb. Onun ekranlaşdırdığı "Baladadaşın ilk məhəbbəti", "Yuxu”, “Axırıncı dayanacaq”, “Ölüm növbəsi” və s. kimi filmləri tamaşaçıların yaddaşında yaşayır.

Fikrət Əliyev 2016-cı il martın 8-də dünyasını dəyişib.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib