Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3839

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanın mədəniyyət təqvimi” elektron kataloqu hazırlanıb

Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan layihə əsasında “Azərbaycanın mədəniyyət təqvimi” adlı elektron kataloq hazırlanıb. Kataloq-təqvim üç dildə – Azərbaycan, rus, ingilis dillərində tərtib edilib. Layihənin məqsədi Azərbaycanın zəngin mədəniyyətinin təbliğinə, tanıdılmasına, mədəniyyətlərarası informasiya mübadiləsinə praktik töhfə verməkdir.

Layihə “Mədəniyyət” qəzetinin təşəbbüsü və Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Setline” MMC tərəfindən həyata keçirilib.

Elektron kataloqda Azərbaycanın mədəniyyət, incəsənət və ədəbiyyat xadimlərinin doğum və vəfat tarixi, fəaliyyəti, müxtəlif dövrlərdə mədəniyyət sahəsində baş vermiş hadisələr, eləcə də ölkəmizdə tarixi və əlamətdar günlər, mədəniyyətlə bağlı milli və beynəlxalq peşə bayramları, digər mühüm faktlar barədə yığcam ensiklopedik məlumatlar ilin müvafiq ay və günləri üzrə (1 yanvardan 31 dekabradək) təqdim edilir.  Təqvimin mətnləri hər ay üzrə günbəgün, artan xronologiya üzrə verilib.

Kataloqa Azərbaycan Respublikasının, eləcə də keçmiş SSRİ-nin fəxri adlarına layiq görülmüş, həmçinin mədəniyyət, incəsənət və ədəbiyyat sahələrində mühüm xidmətləri olan, elmi və yaradıcılıq fəaliyyəti göstərən insanlar barədə məlumatlar daxil edilib. Dünyasını dəyişmiş mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri haqqında ayrı-ayrı mətnlər fotolarla müşayiət olunur. Təqvimdə şəxsiyyətlərlə bağlı mətn-məlumatlar, əsasən, onların doğum günləri üzrə təqdim olunur. Eyni zamanda mədəniyyət, incəsənət və ədəbiyyat tariximizdə xüsusi yeri, xidmətləri olmuş şəxsiyyətlər vəfat günləri üzrə də xatırlanır.

Həmçinin Azərbaycanın mədəniyyət, incəsənət, ədəbiyyat tarixinin mühüm səhifələri, hadisə və faktları, ölkəmizdə keçirilən beynəlxalq mədəniyyət tədbirləri, Azərbaycan Respublikası Prezidentinin mədəniyyət sahəsinə dair fərman və sərəncamları, o cümlədən dövlət başçısının sərəncamları əsasında qeyd olunan yubileylər, müxtəlif mərasimlər, Milli Məclisin, Nazirlər Kabinetinin mədəniyyətlə bağlı  qəbul etdiyi qanun və qərarlar elektron kataloqda müvafiq günlər üzrə əksini tapıb.  

Kataloq-təqvimin hazırlanmasında bu sahə üzrə mövcud olan geniş ədəbiyyat – Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, o cümlədən teatr, kino, musiqi, təsviri sənət və digər sahələr, muzey, kitabxana işi və s. haqqında kitablar, ensiklopedik toplu və nəşrlər nəzərdən keçirilib, eləcə də mövzu üzrə müvafiq elektron mənbələrdən istifadə olunub. Bununla yanaşı, mədəniyyət, incəsənət və ədəbiyyat xadimləri haqqında bioqrafik  məlumatların bir qismi Mədəniyyət Nazirliyinin idarə və təşkilatlarından, mədəniyyət müəssisələrindən, incəsənət ocaqlarından, yaradıcılıq təşkilatlarından, bədii təhsil müəssisələrindən əldə olunub, həmçinin mövcud məlumatlar dəqiqləşdirilib.

Eyni zamanda, Mədəniyyət Nazirliyinin müvafiq müraciəti əsasında respublikamızın yaradıcılıq təşkilatları – Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı, Teatr Xadimləri İttifaqı və digər qurumlar layihə ilə bağlı rəy və təkliflərini bildiriblər. Qeyd olunan rəylər tərtibçi heyəti tərəfindən diqqətə alınıb, o cümlədən kataloqda mətnlər üzrə elektron axtarış (PDF formatda) imkanı təmin edilib.

“Azərbaycanın mədəniyyət təqvimi” elektron kataloqu Mədəniyyət Nazirliyinin rəsmi internet saytında (www.mct.gov.az) yerləşdirilərək istifadə üçün açıq olacaq, həmçinin elektron formatda nazirliyin idarə və təşkilatlarına, respublikamızın mədəniyyət müəssisələrinə, eləcə də kütləvi informasiya vasitələrinə göndəriləcək.

Elektron kataloqdan Azərbaycanın mədəni irsi, ədəbiyyatı, incəsənəti, bu sahələrdə fəaliyyət göstərən şəxsiyyətləri barədə tarixi-bioqrafik məlumatlar əldə etmək – təqvimin hər gününün mədəniyyət tarixi və məzmunundan xəbərdar olmaq istəyən hər kəs faydalana bilər.

İlk dəfə mədəniyyətimizin günbəgün tarixi üç dildə və belə geniş formatda oxucu və istifadəçi auditoriyasına təqdim olunur. Layihə qlobal internet məkanında Azərbaycan mədəniyyəti haqqında mövcud informasiya bazasının genişlənməsinə xidmət edəcək.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib