Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2065

“Mədəniyyət.AZ” jurnalının “Nəsimi-650” adlı xüsusi buraxılışı işıq üzü görüb

“Mədəniyyət.AZ” jurnalı bu dəfə oxucularla görüşə dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimiyə həsr olunmuş xüsusi buraxılışla gəlib.

Növbəti nömrənin özəlliyi isə böyük ustadın həyat və yaradıcılığına dair indiyə qədər açıqlanmayan məqamlara – ölkəmizdə kifayət qədər tanınmayan əsərlərinə, hətta dəhşətli edamı ilə bağlı mətləblərə işıq salmasıdır.

Jurnal ümummilli lider Heydər Əliyevin 1970-ci ildə Suriyaya səfəri zamanı Nəsiminin uyuduğu məkanı ziyarəti, şairin 600 illiyinin keçirilməsi və məqbərəsinin təmiri istiqamətində göstərişləri, eləcə də Prezident İlham Əliyevin 2019-cu ilin “Nəsimi ili” elan olunması və şairin 650 illik yubileyinin keçirilməsi barədə müvafiq sərəncamları ilə açılır. Bu haqda 1973-cü ildə UNESKO-nun “Courier” nəşrində Vaqif Aslanov imzası ilə dərc olunmuş məqaləyə də yer ayrılıb.

“Nəsimi soraqlı tədbirlər” bölümündə Prezident və Birinci vitse-prezidentin Şamaxıya səfəri zamanı Şah Xəndan türbəsini ziyarətləri və il ərzində keçirilən yubiley mərasimləri haqqında məlumat verilir.

Əməkdar incəsənət xadimi Cahangir Səlimxanovla müsahibədə Nəsimi festivalı çərçivəsində poeziya, incəsənət, mənəviyyat müzakirələrindən bəhs olunur, bu istiqamətdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyətindən söhbət açılır.

Ölməz ədəbi irsin dünyada layiqli təbliğatçılarından biri, alman nəsimişünası Mixael Hess isə müsahibəsində ümumən Şərq ədəbiyyatı kontekstində Nəsimi yaradıcılığının cazibəsindən, tərcümə işinin məziyyətlərindən danışır.

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor İmamverdi Həmidovun qələmə aldığı “Nəsimi ərəb ədəbiyyatşünaslığında”, iranlı tədqiqatçı Məhəmmədrza Bağban Kəriminin “Nəsiminin bilinməyən “Təriqətnamə” əsəri”, türk alim Fatih Usluerin “Nəsimi və Hürufilik”, Nizami adına Ədəbiyyat muzeyinin şöbə müdiri, professor Şəfəq Əlibəylinin “Nəsiminin farsca “Divan”ının özəllikləri” məqalələri, fransız və rus dillərində digər araşdırmalar dahi şairimizin beynəlxalq miqyasda, dünya oxucusu tərəfindən necə sevildiyinin göstəricisidir.

“Mədəniyyət.AZ” jurnalı 50 il öncəyə müraciətlə ustadın 600 illik yubileyi ərəfəsində mərhum filoloq alim Qulamhüseyn Əliyevin 1973-cü yubiley ilində səslənən “Dünyaya sığmayan məhəbbətin tunc heykəli” məruzəsi və az qala bu mövzuda ilk tədqiqat olan “Nəsimi və özbək ədəbiyyatı” məqalələrini də təqdim edib. Filologiya üzrə fəlsəfə doktoru Akif Azalpın “Sığmazam” harayının ümumşərq əhəmiyyətindən bəhs edən qeydlərində isə Özbəkistanın XVII əsr klassiki, eynən Nəsimi taleyi yaşayan Babarəhim Məşrəbin keşməkeşli həyat və yaradıcılığına nəzər salınır, türk aləminin iki dühasının oxşar və fərqli cəhətləri təhlil olunur.

Jurnalın elmi məsləhətçisi, AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva həm Nəsiminin indiyədək geniş yayılmayan nəsri-mənsur şeirləri barədə geniş məqalə ilə çıxış edir, həm də müsahibəsində o dövrün ictimai-siyasi mənzərəsini aydın boyalarla cızır.

Filologiya üzrə elmlər doktorları Yaşar Qasımbəyli XX əsr şeirimizin zirvələri Əli Kərim, Tofiq Bayram və Xəlil Rzanın poeziyasında Nəsimi mövzusuna toxunursa, Firudin Qurbansoy tədqiqi qeydlərində İmadəddin Nəsiminin həqiqətən Şamaxıda dünyaya gəlməsini elmi-ədəbi faktlarla sübuta yetirir.

Bütün bunlardan başqa dünya şöhrətli müğənni Sami Yusufun “Nəsimi”si, Xalq artisti Firəngiz Əlizadənin “Nəsimi Passion” əsəri, korifey sənətkarımız Tofiq Quliyevin “Nəsimi” filminə yazdığı musiqi barədə fikirlər, əbədiyaşar şairimizin rəngkarlıqda, heykəltəraşlıqda, kitab qrafikasında, xalçalarda yaradılmış obrazları barədə məqalələr təqdim olunur.

İnanırıq ki, “Mədəniyyət.AZ” dərgisinin bu nömrəsi da əvvəlkilər kimi, oxucuların stolüstü məlumat mənbəyi olacaq.

XƏBƏRLƏR

25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib