14.01.2020 03:19
Yanvarın 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Jorj Bizenin “Karmen” operası nümayiş ediləcək.
Operada Karmen partiyasını Xalq artisti Fidan Hacıyeva ifa edəcək. F.Hacıyeva ilə yanaşı, səhnə əsərində teatrın solistlərindən Xalq artistləri Əli Əsgərov (Suniqo), Gülnaz İsmayılova (Fraskita), Əməkdar artistlər Fərid Əliyev (Xoze), İlahə Əfəndiyeva (Mikaela), Cahangir Qurbanov (Eskamilio), Əliəhməd İbrahimov (Remendado), Tural Yahyayev (Dankayro), solist Nina Makarova (Mersedes) iştirak edəcəklər.
Opera teatrın baş dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı Əyyub Quliyev tərəfindən idarə olunacaq.