Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
471

Vyanada Çingiz Babayevin xalçalardan ibarət sərgisi açılıb

Yanvarın 15-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində tanınmış rəssam və heykəltəraş Çingiz Babayevin xalçaçılıq əsərlərindən ibarət sərgisi açılıb.

Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova qonaqlara Çingiz Babayevin yaradıcılığı haqqında məlumat verib. Qeyd edilib ki, istedadını bir sıra incəsənət istiqamətləri üzrə isbata yetirən Çingiz Babayev rəssam və heykəltəraş olmaqla yanaşı, xalça dizayneri, zərgər, mum fiqurları ustası kimi uğurlu əsərlərin müəllifidir. Müxtəlif materiallarla işləməyi sevən incəsənət xadiminin xalçalar üçün naxış və eskizləri diqqəti cəlb etdiyinə görə, onun Vyanada ilk xalça sərgisini təşkil etmək ideyası meydana gəlib.

L.Qasımova, həmçinin bildirib ki, qədim Azərbaycan xalçaçılıq sənətinə müasir yanaşma üslubu maraqla qarşılanır və müəllifin xalçaları eyni zamanda Azərbaycan Milli Xalça Muzeyinin eksponatları sırasına daxil edilib. Vyanada təşkil edilən hazırkı sərgidə müəllifin dizayn verdiyi xalçalarla yanaşı eskizlər, eləcə də gümüş məmulatlar nümayiş olunur.

Çingiz Babayev bu sərginin ərsəyə gəlməsində göstərilən dəstəyə görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkür edib. O, sərgidə nümayiş olunan əsərlər haqqında məlumat verərkən bildirib ki, onun müəllifi olduğu xalçalar ilk baxışda izləyicidə qədim xalçalarla oxşarlıq təsəvvürü yaradır. Lakin onun xalçaları orta əsr xalçaları ilə məzmun və ideyaca fərqlənir, müasir dünyamızın aktual mövzuları, gündəlik həyatın problemlərinə müəllif baxışı bu xalçalarda öz əksini tapır.

Sərgidə Çingiz Babayevin yaradıcılığına həsr olunmuş film nümayiş olunub. Filmdə müəllifin yaradıcılıq emalatxanasında xalça eskizlərinin yaranması və peşəkarlar tərəfindən toxunması barədə görüntülər təqdim olunub.

Sərgi fevral ayının ortalarına kimi davam edəcək.

XƏBƏRLƏR

22.02.2020 10:50
Muğam Mərkəzində Xalq artisti Rübabə Muradovanın xatirəsi anılıb
22.02.2020 10:47
Musiqili Teatrda “Beş manatlıq gəlin” komediyasının premyerası olacaq
21.02.2020 17:28
Muzey Mərkəzində “Xocalıda can qaldı” adlı tədbir keçirildi
21.02.2020 16:28
Teatr Muzeyində " 21 Fevral -Ana Dili Günü" nə həsr olunmuş tədbir keçirildi
21.02.2020 15:56
Gənclər Kitabxanasında “Xocalı harayı” adlı tədbir keçirilib
21.02.2020 11:26
Mədəniyyət nazirinin müavinləri regionlarda vətəndaşlarla görüşüb
21.02.2020 11:18
İrəvan Dövlət Azərbaycan Dram Teatrı qastrol səfərinə yola düşür
21.02.2020 11:14
Özbəkistanın Gənc Tamaşaçılar Teatrı Bakıda çıxış edəcək
21.02.2020 11:07
“Ən böyük sərvətimiz - Ana dili” adlı tədbir keçirilib
21.02.2020 10:01
“Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda Respublika Müşavirəsi keçiriləcək
21.02.2020 09:37
Mariinski Teatrı “Məhəbbət əfsanəsi” tamaşasını Arif Məlikova həsr edib
21.02.2020 09:06
Azərbaycan-İtaliya sənədləri mübadilə edilib
20.02.2020 17:27
Ağsuda Əlibaba Məmmədovun 90 illiyi qeyd olunub
20.02.2020 16:32
Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın geniş tərkibdə görüşü olub
20.02.2020 15:48
“Türkologiya” jurnalı və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi arasında memorandum imzalanıb
20.02.2020 15:13
Sahənin inkişafı naminə elmi metodların inteqrasiyası
20.02.2020 11:09
“Doğma dilim, ana dilim” adlı tədbir keçirildi
20.02.2020 10:46
Gənc fotoqrafın fərdi sərgisi
20.02.2020 10:44
Gənc pianoçu Estoniyada Qran-pri mükafatına layiq görülüb
20.02.2020 10:41
Xocalı faciəsi bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır