20 Yanvar faciəsi ilə əlaqədar Biləsuvar Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrimdə mədəni-kütləvi tədbirlər davam edir.
Neftçala rayon Heydər Əliyev Mərkəzində “Müstəqilliyə gedən yol” adlı tədbir keçirilmişdir. Tədbirdə şagirdlər 20 Yanvar hadisələrini əks etdirən səhnəciklər təqdim etdilər. Mərkəzdə faciəni əks etdirən sərgi nümayiş olunmuşdur.
* * *
Biləsuvar rayon Heydər Əliyev Mərkəzində anım günü ilə əlaqədar uşaqların əl işlərindən ibarət rəsm sərgisi təşkil edilmişdir. Kino zalında vətənpərvərlik mövzusunda film nümayiş olunub. Mərkəzin əməkdaşları şəhidlərin məzarlarını ziyarət etmişlər.
* * *
Neftçala rayon Mərkəzi Kitabxananın Oxuculara xidmət şöbəsində Ümumxalq Hüzn Günü ilə əlaqədar “20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir” başlıqlı sərgi təşkil edildi. Sərgi 30 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladlarından bəhs edir.
* * *
Cəbrayıl rayon Məkəzi Kitabxanasında 20 Yanvar faciəsinin otuzuncunun ildönümünə həsr olunmuş dəyirmi masa və kitab sərgisi təşkil olunmuşdur. Tədbirdən sonra Yuxarı Mərcanlı kənd tam orta məktəbin həyətində ucaldılmış “Şəhidlər” abidəsinin qarşısına gül-çiçək dəstələri qoyulmuşdur.
* * *
Salyan rayon Mərkəzi Kitabxanası və Salyan rayon Heydər Əliyev Mərkəzinin birgə əməkdaşlığı ilə Arbatan kənd orta məktəbdə təşkil olunmuş anım tədbirini Mərkəzi Kitabxananın direktoru Səidə Əliyeva giriş sözü ilə açaraq 20 Yanvar faciəsinin xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdən olduğunu bildirmişdir. Məktəbin direktoru Aytən Ağalarova və məktəbin müəllimi Mətləb Hüseynov vətənpərvərliyin təbliği baxımından bu cür tədbirlərin davamlı olaraq keçirilməsinin əhəmiyyətindən söz açaraq, şagirdləri vətənpərvərliyə səslədilər. Şagirdlər vətənə sevgini tərənnüm edən şeirlər söyləmişlər. Daha sonra 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş edilmişdir.