Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
205

“Vətənpərvərlik Kinosu Günləri” çərçivəsində Milli qəhrəmanlarımızın şərəfli ömür yolu vərəqlənir

“Vətənpərvərlik Kinosu Günləri” çərçivəsində yanvarın 16-da Suraxanı rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Rövşən Əliyevə həsr olunan “Rövşən” filminin təqdimatı keçirilib.   

Tədbirdə çıxış edən mərkəzin baş məsləhətçisi Zəkiyyə Hacıyeva Mədəniyət Nazirliyinə və filmin rejissoru Namiq Qurbanova filmin ərsəyə gəlməsində öz minnətdarlığını bildirərək bu cür filmlərin gənclərdə vətənpərvərlik hissinin daha da möhkəmləndirilməsində böyük rol oynadığını söyləyib. Filmin nümayişindən sonra şəhidin bacısı, Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtım İctimai Birliyinin sədr müavini Fəranə Alıyeva qardaşı haqqında xatirələrini tədbir iştrakçııları ilə bölüşüb.

A.R.Qobustanlı adına Mədəniyyət Evində rejissor Emin Əfəndiyevin Milli qəhrəman Məmməd Hüseynova həsr olunmuş “Müəllim” sənədli filmi nümayiş olunub. Emin Əfəndiyev çıxış edərək qəhrəmanın həyat və fəaliyyəti haqqında məlumat verib.

Şüvəlan qəsəbə Mədəniyyət evində “Salnaməfilm” studiyasında istehsal olunan Azərbaycanın Milli Qəhrəmanı Səhavət Məhərrəmova həsr olunmuş “Məni yada salarkən” filminin nümayişi olub. Tədbirdə Nazirliyin Kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadə, rejissor Yavər Rzayev, Milli Qəhrəmanın uşaqlıq dostu Fəqan Bəhrəmov, Qarabağ müharibəsinin iştirakçısı Əbdüləli Həsənov çıxış ediblər. Baxışdan sonra S.Məhərrəmovun əmisi oğlu Seymur Məhərrəmov filmin yaradıcılarına və tamaşaçılara təşəkkürünü bildirib.

Qeyd edək ki, mədəniyyət müəssisələrində tədbirlər dövlət himninin səslənməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

XƏBƏRLƏR

22.02.2020 10:50
Muğam Mərkəzində Xalq artisti Rübabə Muradovanın xatirəsi anılıb
22.02.2020 10:47
Musiqili Teatrda “Beş manatlıq gəlin” komediyasının premyerası olacaq
21.02.2020 17:28
Muzey Mərkəzində “Xocalıda can qaldı” adlı tədbir keçirildi
21.02.2020 16:28
Teatr Muzeyində " 21 Fevral -Ana Dili Günü" nə həsr olunmuş tədbir keçirildi
21.02.2020 15:56
Gənclər Kitabxanasında “Xocalı harayı” adlı tədbir keçirilib
21.02.2020 11:26
Mədəniyyət nazirinin müavinləri regionlarda vətəndaşlarla görüşüb
21.02.2020 11:18
İrəvan Dövlət Azərbaycan Dram Teatrı qastrol səfərinə yola düşür
21.02.2020 11:14
Özbəkistanın Gənc Tamaşaçılar Teatrı Bakıda çıxış edəcək
21.02.2020 11:07
“Ən böyük sərvətimiz - Ana dili” adlı tədbir keçirilib
21.02.2020 10:01
“Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda Respublika Müşavirəsi keçiriləcək
21.02.2020 09:37
Mariinski Teatrı “Məhəbbət əfsanəsi” tamaşasını Arif Məlikova həsr edib
21.02.2020 09:06
Azərbaycan-İtaliya sənədləri mübadilə edilib
20.02.2020 17:27
Ağsuda Əlibaba Məmmədovun 90 illiyi qeyd olunub
20.02.2020 16:32
Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın geniş tərkibdə görüşü olub
20.02.2020 15:48
“Türkologiya” jurnalı və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi arasında memorandum imzalanıb
20.02.2020 15:13
Sahənin inkişafı naminə elmi metodların inteqrasiyası
20.02.2020 11:09
“Doğma dilim, ana dilim” adlı tədbir keçirildi
20.02.2020 10:46
Gənc fotoqrafın fərdi sərgisi
20.02.2020 10:44
Gənc pianoçu Estoniyada Qran-pri mükafatına layiq görülüb
20.02.2020 10:41
Xocalı faciəsi bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır