Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
462

Milli İncəsənət Muzeyində “Qan yaddaşımız” adlı sərgi açılıb

Yanvarın 17-də Milli İncəsənət Muzeyində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Qan yaddaşımız” adlı rəsm və heykəltəraşlıq sərgisi açılıb.

Muzeyin elmi işlər üzrə direktor müavini Xədicə Əsədova çıxış edərək bildirib ki, 20 Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, Azərbaycan xalqının iradəsinin sarsılmazlığının, mətinliyinin göstəricisidir. O, bu qanlı cinayətin insanların azadlıq eşqini söndürə bilmədiyini, xalqımızın qanı bahasına da olsa, öz dövlət müstəqilliyini qazandığını vurğulayıb: "Xalqın mübarizə əzmini təcəssüm etdirmək, tarixi yaddaşlara həkk etmək üçün sənətkarlarımız bu mövzuda əsərlər ərsəyə gətiriblər. Bu qəbildən əsərlərin əksər hissəsi Milli İncəsənət Muzeyinin fonduna da daxil edilib. Bugünkü sərgidə 70-ə qədər əsər nümayiş olunur. Bura rəngkarlıq, qrafika işləri ilə yanaşı, heykəltəraşlıq nümunələri də daxildir".

Muzeyin Bədii tərtibat şöbəsinin müdiri Araz Osmanov deyib ki, sərgidə xalq rəssamları Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Arif Hüseynov, Elmira Şahtaxtinskaya, Xanlar Əhmədov, eləcə də Hafiz Məmmədov, Əmirbəy Nərimanbəyov, Sara Manafova, Şamo Abbasov, Cahangir Rüstəmov, Fərman Qulamov və Sahib Quliyevin “Bakı müsibəti”, “19 yanvar 1990-cı il”, “Şəhidlər”, “Narahat axşam”, “Təcavüz”, “Şəhidlərə ithaf”, “Allah bizə kömək olsun” və başqa əsərləri nümayiş olunur.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Bildirək ki, Milli İncəsənət Muzeyində “Qan yaddaşımız” sərgisi yanvarın sonuna qədər davam edəcək.

XƏBƏRLƏR

22.02.2020 10:50
Muğam Mərkəzində Xalq artisti Rübabə Muradovanın xatirəsi anılıb
22.02.2020 10:47
Musiqili Teatrda “Beş manatlıq gəlin” komediyasının premyerası olacaq
21.02.2020 17:28
Muzey Mərkəzində “Xocalıda can qaldı” adlı tədbir keçirildi
21.02.2020 16:28
Teatr Muzeyində " 21 Fevral -Ana Dili Günü" nə həsr olunmuş tədbir keçirildi
21.02.2020 15:56
Gənclər Kitabxanasında “Xocalı harayı” adlı tədbir keçirilib
21.02.2020 11:26
Mədəniyyət nazirinin müavinləri regionlarda vətəndaşlarla görüşüb
21.02.2020 11:18
İrəvan Dövlət Azərbaycan Dram Teatrı qastrol səfərinə yola düşür
21.02.2020 11:14
Özbəkistanın Gənc Tamaşaçılar Teatrı Bakıda çıxış edəcək
21.02.2020 11:07
“Ən böyük sərvətimiz - Ana dili” adlı tədbir keçirilib
21.02.2020 10:01
“Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda Respublika Müşavirəsi keçiriləcək
21.02.2020 09:37
Mariinski Teatrı “Məhəbbət əfsanəsi” tamaşasını Arif Məlikova həsr edib
21.02.2020 09:06
Azərbaycan-İtaliya sənədləri mübadilə edilib
20.02.2020 17:27
Ağsuda Əlibaba Məmmədovun 90 illiyi qeyd olunub
20.02.2020 16:32
Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın geniş tərkibdə görüşü olub
20.02.2020 15:48
“Türkologiya” jurnalı və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi arasında memorandum imzalanıb
20.02.2020 15:13
Sahənin inkişafı naminə elmi metodların inteqrasiyası
20.02.2020 11:09
“Doğma dilim, ana dilim” adlı tədbir keçirildi
20.02.2020 10:46
Gənc fotoqrafın fərdi sərgisi
20.02.2020 10:44
Gənc pianoçu Estoniyada Qran-pri mükafatına layiq görülüb
20.02.2020 10:41
Xocalı faciəsi bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır