Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1641

“Mədəniyyətlərin dialoqu – xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirildi

Yanvarın 24-də “Hilton” hotelində “Mədəniyyətlərin dialoqu – xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirildi. Tədbir “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində gerçəkləşdi.

Konfrans Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Moskva Hökuməti və Rusiyanın TASS İnformasiya Agentliyinin dəstəyi ilə təşkil edilib. Konfransla bağlı Rusiyanın dövlət və hökumət rəsmiləri, tanınmış mədəniyyət, elm, təhsil  xadimləri, media nümayəndələrindən ibarət böyük nümayəndə heyəti Bakıya gəlib.

Tədbirin açılışında Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək qonaqları salamladı. Bildirdi ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” artıq qlobal platforma kimi nüfuz qazanıb və Azərbaycanda beş dəfə Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Eyni zamanda “Bakı Prosesi” BMT tərəfindən qlobal platforma kimi yüksək dəyərləndirilib.

"Moskva-Bakı: mədəniyyətlərin dialoqu" konfransının əhəmiyyətindən bəhs edən nazir qeyd etdi ki, Azərbaycanda bu il növbəti Humanitar Forum keçiriləcək. Bu gün təşkil olunan tədbir də Foruma hazırlıq məqsədi daşıyır. Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüs ilə reallaşan Humanitar Forum xalqlarımız arasında əlaqələrin daha da inkişafına zəmin yaradır, mədəniyyətlərarası dialoqa xidmət edir. Mədəniyyətlərarası dialoq isə ümumilikdə zorakılıq və qeyri-bərabərliyə qarşı birgə mübarizəyə töhfə verir.

Əbülfəs Qarayev bildirdi ki, konfransda Rusiyadan 150 nəfərə yaxın müxtəlif sahələri təmsil edən nümayəndə iştirak edir: “Tədbirə Azərbaycan tərəfdən də nüfuzlu mütəxəssislər qatılıb. Üç gün ərzində keçiriləcək tədbirlər Azərbaycanla Rusiya arasında əlaqələrin genişləndirilməsinə və Humanitar Forum çərçivəsində müzakirə olunacaq məsələlərin müəyyənləşdirilməsinə xidmət edəcək. Eyni zamanda tədbir çərçivəsində maraqlı mədəni proqram tərtib olunub. Qonaqlar Azərbaycanın bir sıra muzeylərini, teatr-konsert müəssisələrini, ali təhsil ocaqlarını ziyarət edəcəklər”.

Nazir həmçinin diqqətə çatdırdı ki, konfrans çərçivəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi ilə Moskva Şəhər Mədəniyyət Departamenti arasında əməkdaşlığa dair protokol imzalanacaq: “Bu sənəd qarşılıqlı mədəni əlaqələrin inkişafına töhfəsini verəcək. Həmçinin çox şadıq ki, bu dəyirmi masa Mixail Qusmanın yubileyinə təsadüf edir və Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə o, "Şərəf" ordeni ilə təltif edilib. Bu münasibətilə bir daha bütün qonaqlar adından Mixail Qusmanı təbrik edirəm”.  

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə hazırda Rusiya kitabxanaçılardan ibarət böyük bir nümayəndə heyətinin Azərbaycana təşrif gətirdiyini diqqətə çatdıran nazir dedi ki, qonaqlar Azərbaycan Milli Kitabxanasında və digər kitabxanalarımızda görüşlər keçiriblər: “Bu cür münasibətlər, sözün əsl mənasında, mədəniyyətlərarası dialoq, mədəniyyət sahəsində təcrübə mübadiləsi deməkdir. Əminəm ki, bu görüşlər müxtəlif sahələrdə əlaqələrin inkişafına böyük töhfə verəcək”.  

Rusiyanın TASS İnformasiya Agentliyi baş direktorunun birinci müavini Mixail Qusman çıxış etdi. O, fəaliyyətinə verdikləri dəyərə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirdi. M.Qusman dəyirmi masanın təşkilinə görə Azərbaycan Mədəniyyət Nazirliyinə minnətdarlığını ifadə etdi. Dedi ki, Azərbaycan xalqı hər zaman sülhsevər və qonaqpərvər olub. Bu gün Rusiya və Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir. Heydər Əliyev hər zaman Rusiya-Azərbaycan mədəni əlaqələrinə böyük diqqət yetirirdi.

Rusiya Prezidentinin beynəlxalq mədəni əlaqələr üzrə müşaviri, Moskva Müzikl Teatrının bədii rəhbəri Mixail Şvıdkoy çıxışı zamanı diqqətə çatdırdı ki, dəyirmi masa xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır: “Biz hər zaman bir-birimizə yaxın olmuşuq və bugünkü görüş bu yaxınlığı daha da möhkəmləndirməyə, özülü bərkitməyə xidmət edir”.

M.Şvıdkoy həmçinin vurğuladı ki, hər bir xalqın tarixi zənginliyi onun zəngin incəsənəti ilə müəyyən olunur: “Bu sənət zənginliyindən söz açarkən biz dahi Qara Qarayevin adını da qeyd etməliyik. Bu gün Moskva Konservatoriyasının dəhlizlərini onun musiqisi olmadan təsəvvür etmək mümkün deyil. Qara Qarayevin Rusiya-Azərbaycan mədəniyyəti, musiqisi sahəsində xidmətləri hər kəsə məlumdur”.

Natiq çıxışının sonunda Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevin dostluq münasibətlərinin iki xalq arasında əlaqələrə müsbət təsir göstərdiyini vurğuladı.

Daha sonra Bakı Şəhər Mədəniyyət Baş İdarəsi ilə Moskva Şəhər Mədəniyyət Departamenti arasında əməkdaşlığa dair protokol imzalandı. Sənədi Azərbaycan tərəfdən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Rusiya tərəfindən isə Moskva Hökumətinin naziri, Moskva Şəhər Mədəniyyət Departamentinin rəhbəri Aleksandr Kibovski imzaladı.

Dəyirmi masada sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, şair Aleksandr Qorodnkçski, "Soyuzmultfilm"in baş direktoru Yuliana Slyaşova, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq artisti Fərhad Bədəlbəyli və başqaları çıxış edərək tədbirin əhəmiyyətindən, iki ölkə arasında əlaqələrin perspektivindən söz açdılar.

XƏBƏRLƏR

25.11.2020 16:41
Müvəqqəti komendantlıqlar üzrə Mədəniyyət Nazirliyinin fəaliyyəti ilə bağlı Koordinasiya qrupunun iclası keçirildi
25.11.2020 10:09
Əjdər Qüdrət oğlu Həmidov
25.11.2020 09:54
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
24.11.2020 17:53
Anar Kərimov ilə BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinos arasında onlayn görüş keçirildi
24.11.2020 12:45
Harvard İncəsənət Muzeyləri ilə əməkdaşlıq davam edir
23.11.2020 18:05
UNESCO və ISESCO-ya işğaldan azad olunmuş ərazilərdə aparılan ilkin monitorinqin nəticələri təqdim edilib
23.11.2020 16:48
V Buktreyler Festivalı qaliblərinin mükafatlandırılması mərasimi keçirildi
23.11.2020 15:44
Mədəniyyət Nazirliyi Fransanın tanınmış mədəniyyət xadimlərini dürüst olmağa və qərəzsiz mövqe tutmağa çağırır
23.11.2020 14:50
“Qarabağ mədəniyyətimizin beşiyi” layihəsinin növbəti təqdimatı Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyinə həsr edilib
23.11.2020 10:11
Anar Kərimov AZƏRTAC-a müsahibə verib
20.11.2020 15:32
Mədəniyyət Nazirliyində Yunus Əmrə İnstitutunun rəhbəri ilə görüş keçirildi
20.11.2020 12:22
Anar Kərimov ICESCO-nun baş direktoru ilə onlayn görüş keçirdi
19.11.2020 14:31
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Metropolitan İncəsənət Muzeyinin qərəzli mövqeyinə etiraz edir
19.11.2020 11:10
Anar Kərimov İsrailin Azərbaycandakı səfiri ilə görüşdü
19.11.2020 11:05
MDB iştirakçı dövlətlərinin Mədəni əməkdaşlıq üzrə Şurasının iclası keçirilib
18.11.2020 18:23
Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
18.11.2020 14:16
Mədəniyyət Strategiyasının hazırlanması ilə bağlı ictimai rəy sorğusu keçirilir
16.11.2020 15:02
Azərbaycanın xalça sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salınmasının 10 illiyi münasibətilə tədbir keçirildi
13.11.2020 18:28
İşğaldan azad olunmuş ərazilərdə tarix və mədəniyyət obyektləri üzrə monitorinqlərin ilkin nəticələri açıqlandı
12.11.2020 17:19
Azərbaycan ərazisində xristian dini mirasının qorunmasını daim diqqətdə saxlayacağıq
12.11.2020 15:42
Tarixi abidəyə müdaxilənin qarşısı alınıb
12.11.2020 15:00
Şuşanın Tarixi Mərkəzi Dünya irsi elan edilməsinə layiqdir
11.11.2020 19:08
Azıx mağara düşərgəsində aparılmış qanunsuz arxeoloji qazıntı işlərinə hüquqi qiymət verilməlidir
09.11.2020 15:33
Mədəniyyət Nazirliyinin rəhbərliyi və tanınmış mədəniyyət xadimləri Fəxri xiyabanı ziyarət etdi
09.11.2020 09:30
Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə yerləşən Azərbaycanın mədəni irsinə həsr olunmuş brifinq keçirilib
06.11.2020 17:13
Mədəniyyət Nazirliyinin Qubadlı rayonundakı məscidin ermənilər tərəfindən təhqir olunması ilə bağlı BƏYANATI
06.11.2020 09:42
Anar Kərimov Tacikistan Respublikasının ölkəmizdəki səfiri Rustam Soli ilə görüşdü