Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1571

“Bakı-Moskva: Mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə Milli Məclisdə görüş olub

Yanvarın 24-də Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda keçirilən “Bakı-Moskva: Mədəniyyətlərin dialoqu” adlı konfransın iştirakçıları ilə görüşüb.

Oqtay Əsədov əvvəlcə Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanı yubileyi münasibətilə təbrik edib. Sədr bildirib ki, Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. Siyasi əlaqələrin inkişafında dövlətlərimizin başçılarının şəxsi münasibətlərinin və qarşılıqlı səfərlərin böyük rolu var. Hökumətlərimiz və parlamentlərimiz arasında da əlaqələr davamlı olaraq genişlənir. 2019-cu ildə ölkələrimiz arasındakı ticarət dövriyyəsi 3 milyard dollardan artıq olub və bunun daha da artması gözlənilir. Siyasi-iqtisadi münasibətlərimizlə yanaşı, humanitar əlaqələrimiz də getdikcə genişlənir. Bunu bu günlərdə ölkəmizdə keçirilən “Bakı-Moskva: Mədəniyyətlərin dialoqu” adlı konfrans bir daha sübut edir.

Oqtay Əsədov diqqətə çatdırıb ki, Azərbaycanda rus dilinə böyük hörmət var, Bakıda Slavyan Universiteti fəaliyyət göstərir, 338 orta məktəbdə rus dilində fənlər tədris olunur, 27 ali məktəbdə isə tədris rusca aparılır. Bundan başqa, Azərbaycanda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir.

Sədr bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya son səfəri zamanı keçirilmiş görüşlər, Moskvada təşkil olunmuş 10-cu Regionlararası Forum yaxşı nəticələr verib. Həmin səfər zamanı Mehriban Əliyevaya ölkələrimiz arasında münasibətlərin inkişafına verdiyi töhfələrə görə Prezident Vladimir Putin tərəfindən Rusiyanın “Dostluq” ordeni təqdim olunub. Ölkələrimiz arasında münasibətlərin səviyyəsini ən yaxşı xarakterizə edən Prezident İlham Əliyev bildirib ki, əgər bütün ölkələr arasındakı əlaqələr Rusiya və Azərbaycanın münasibətləri kimi olsaydı, dünyada problem qalmazdı.

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov Bakıda keçirilən “Bakı-Moskva: Mədəniyyətlərin dialoqu” konfransında iştirak etmək məqsədilə ölkəmizə səfər çərçivəsində keçirilən görüşləri yüksək qiymətləndirib. Bildirib ki, bu cür tədbirlər ölkələrimiz arasındakı münasibətlərin inkişafına mühüm töhfədir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan İlyas Umaxanov deyib ki, Rusiya bu münaqişənin beynəlxalq hüququn prinsiplərinə uyğun həllinə tərəfdardır.

Görüşdə Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, parlamentin aparat rəhbəri Səfa Mirzəyev, deputat Mixail Zabelin, Mədəniyyət naziri Əbülfəs Qarayev və digər rəsmi şəxslər iştirak ediblər.

XƏBƏRLƏR

19.09.2020 17:43
“İrsimiz məsuliyyətimizdir” adlı layihənin ilk tədbiri keçirilib
18.09.2020 18:16
“İrsimiz Məsuliyyətimizdir” layihəsinə start verilir
18.09.2020 17:20
Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin əsaslı təmirdən sonra açılışı keçirilib
18.09.2020 16:41
“Güllələnmiş heykəllər” ziyarət olunub
18.09.2020 16:37
Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli Çıraqqalada aparılan bərpa işləri ilə tanış olub
18.09.2020 15:50
Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub
18.09.2020 15:45
Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi qeyd olunub
18.09.2020 14:33
Musiqi Mədəniyyəti Dövlət Muzeyi Milli Musiqi Günü münasibətilə tədbir keçirib
18.09.2020 12:32
Milli Məclisin Mədəniyyət komitəsinin iclasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov iştirak edib
17.09.2020 14:19
Milli Musiqi Günündə “O olmasın, bu olsun” yenidən nümayiş ediləcək
17.09.2020 11:32
Mədəniyyət Nazirliyinin ictimaiyyətə müraciəti geniş maraq doğurub
16.09.2020 16:39
“Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsinin qalibləri mükafatlandırıldı
16.09.2020 14:44
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin 10 illik yubileyi münasibəti ilə sənədli film hazırlanır
16.09.2020 09:37
Özbəkistan mətbuatında qədim və orta əsrlərdə Azərbaycan-özbək xalqları arasındakı əlaqələrə dair məqalə dərc olunub
16.09.2020 09:29
“Öncə Vətəndir” adlı onlayn fotoplakat sərgisi açılıb
16.09.2020 09:27
Özbəkistan portalı Azərbaycanın işğal edilmiş torpaqlarında tarixi abidələrin dağıdılması ilə bağlı məqalə yayıb
15.09.2020 10:49
Dövlət Rəsm Qalereyası tərəfindən növbəti onlayn sərgi - “Öncə Vətəndir”
15.09.2020 09:08
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə rəis müavini təyin edildi
14.09.2020 18:15
Uşaqlar və böyüklər üçün nəzərdə tutulan ustad dərsləri keçiriləcək
14.09.2020 12:36
Gənclər Kitabxanası “Əhmədiyyə Cəbrayılov 100” adlı biblioqrafik icmal tərtib edib
14.09.2020 10:48
Dövlət Rəsm Qalereyasının “Digitalart-lab” adlı layihəsi davam edir
14.09.2020 10:27
“Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür