Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
358

Azərbaycan Milli Xalça Muzeyi Mərakeş muzeyləri ilə əməkdaşlığa başlayıb

Azərbaycan Milli Xalça Muzeyi bu gün dünyanın aparıcı muzeyləri ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində muzeylər arasında imzalanmış Anlaşma Memorandumlarına əsasən xarici muzeylərdə Azərbaycan xalçalarından ibarət tematik sərgilər və mühazirələr təşkil olunur, iki ölkə mədəniyyət sahəsində birgə layihələr həyata keçirilir, elmi konfranslar təşkil olunur, xarici kolleksiyalarda qorunan Azərbaycan xalçaları üzərində elmi-tədqiqat işləri aparılır, xalçalarımız kataloqlaşdırılır. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalça sənətinin qorunması, saxlanılması və inkişaf etdirilməsi sahəsində imzalanmış sərəncamlara əsasən həyata keçirilir.

Ölkəmizin muzey tarixində ilk dəfə olaraq Azərbaycan Milli Xalça Muzeyi Afrika-Ərəb regionuna daxil olan Mərakeş muzeyləri ilə əməkdaşlıq əlaqələri qurub.

Mərakeş Krallığının Azərbaycan Respublikasındakı Səfirliyi və bu ölkənin Milli Muzeylər Fondunun dəstəyi ilə Mərakeşdə səfərdə olan Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova bir sıra görüşlər keçirib, əməkdaşlıq protokolu imzalayıb.

Mərakeş Krallığının Mədəniyyət, Gənclər və İdman naziri cənab Əlhəsən Abyaba ilə görüş zamanı nazir iki ölkənin mədəniyyətini birləşdirən proqramın keçirilməsini təklif edib. Proqram çərçivəsində ölkələrimizin musiqisi, muzey işi və milli mədəni irsin təbliği sahəsində müxtəlif layihələrin keçirilməsi nəzərdə tutulub.

Nazir Ə.Abyaba ilə görüş zamanı Ş.Məlikova Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayevin salamlarını ona çatdırmış, ölkəmizdə dövlət tərəfindən aparılan siyasi-iqtisadi və mədəni sahədə, xüsusilə milli irsin qorunması istiqamətində aparılan uğurlu işlər barədə ətraflı məlumat verib, iki ölkə arasında mədəni əlaqələrin qurulması, birgə layihələrin həyata keçirilməsi məsələlərini müzakirə edib.

Görüşün sonunda Azərbaycan Milli Xalça Muzeyinin 50 illik fəaliyyətinə həsr olunmuş kitab Mərakeş nazirinə hədiyyə olunub.

Səfər zamanı Mərakeş Milli Muzeylər Fondunda da görüş keçirilib. 2011-ci ildə yaranmış Mərakeş Milli Muzeylər Fondunun məqsədləri – ölkədə muzey sahəsinin inkişafı, muzey kadrlarının yetişdirilməsi, dünyada tanınmış muzey sərgilərinin Mərakeşdə nümayiş olunması, Mərakeş incəsənətinin dünyaya təbliğidir. Bu günə qədər təşkilat tərəfindən beş muzey fəaliyyətə başlayıb. Onların sırasında Tarix və Sivilizasiyalar Muzeyi, VI Məhəmməd Müasir İncəsənət Muzeyi və Milli Fotosənəd Muzeyi (Rabat şəhəri), Dar Al Başa Muzeyi və Dar Si Said Xalça və Toxuculuq Muzeyi (Marrakeş şəhəri) qeyd etmək olar. Təqdirəlayiq haldır ki, muzeylər tarixi binalarda yerləşdirilərək onların bərpası və qorunması da həyata keçirilir. Bütün quruculuq və konsepsiya işləri yerli mütəxəssislər tərəfindən reallaşdırılır.

Bu gün Mərakeş Milli Muzeylər Fondu Quqqenhaym, Dövlət Ermitajı, Çin Milli Muzeyi, Luvr, Orsey, Jorj Pompidu Mədəniyyət Mərkəzi kimi mədəniyyət ocaqları ilə əməkdaşlıq edir, birgə layihələr həyata keçirir. Sevindirici haldır ki, bu muzeylər sırasında Azərbaycan Milli Xalça Muzeyi də var.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova Mərakeş Milli Muzeylər Fondunun prezidenti Mehdi Qotbi ilə görüş keçirib. İkitərəfli görüşdə birgə layihələr müzakirə olunub və əməkdaşlıq memorandumu imzalanıb. Xüsusi ilə qeyd edək ki, muzey sahəsində Azərbaycanda ilk dəfə Mərakeş muzeyləri ilə əməkdaşlıq sazişi imzalanıb. Fondun prezidenti cənab Mehdi Qotbi bildirmişdir ki, dost Azərbaycanın milli mədəni irsi, adət-ənənələri və müasir incəsənəti 44 milyon əhalisi olan Mərakeş Krallığında böyük maraqla qarşılanacaq. Bu gün dünyada xalça sahəsində qabaqcıl muzeylərdən biri olan Azərbaycan Milli Xalça Muzeyi tərəfindən tekstil eksponatlarının qorunması, sərgilənməsi və bərpa təcrübəsinin Mərakeş muzeylərində tanıdılması, Azərbaycan-Mərakeş ənənəvi xalça toxuculuğu üzrə mübadilə proqramları, birgə sərgilərin keçirilməsi məsələləri müzakirə olunub.

Mərakeş Milli Muzeylər Fonduna “Ənənəvi texnologiya” şöbəsində hazırlanan “Malıbəyli” xalçası və muzeyin nəşrləri – “Azərbaycan Xalça Muzeyi 50”, “Azərbaycan Xalça Muzeyinin kolleksiyasından bədii tikmələr” və “Lətif Kərimov” kitabları hədiyyə edilib.

Mərakeş Krallığına səfər zamanı Şirin Məlikova Rabat şəhərində fəaliyyət göstərən muzeylər – Tarix və Sivilizasiyalar Muzeyi, VI Məhəmməd Müasir İncəsənət Muzeyi ilə tanış olub. Müasir İncəsənət Muzeyinin direktoru Abdelaziz El İdrissi ilə görüş zamanı bu muzeylərdə birgə layihələrin keçirilməsi, iki ölkənin xalça irsinin təbliği məqsədi ilə sərgilərin təşkili haqqında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, VI Məhəmməd Müasir İncəsənət Muzeyi Mərakeşin aparıcı muzeyidir. Burada Fransanın Luvr və Orsey, Jorj Pompidu Müasir İncəsənət muzeyləri, İspaniyanın Pablo Pikasso Muzeyinin sərgiləri keçirilib, Rabat incəsənət biennaleləri təşkil olunur.

Mərakeş Krallığına səfər çərivəsində Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova Marrakeş şəhərinin Dar El Başa Muzeyi, Dar si Said xalça və toxuculuq muzeyi, Bərbər tayfalarına həsr olunan muzeyi və İv San Loran muzeyinin ekspozisiyası ilə tanış olub. Dar El Başa Muzeyi və Dar Si Said Xalça və Toxuculuq Muzeyinin direktoru Salima Aitmbareklə görüş zamanı iki mədəniyyət ocaqları arasında gələcək əməkdaşlıq, o cümlədən, xalça toxuculuğu üzrə ustad dərsləri və mühazirələrin mübadilə proqramları, bizim və bərbər tayfalarının xalçaçılıq sənəti sahəsində mədəni irsin elmi araşdırılması müzakirə olunub.

Qeyd edək ki, Marrakeş şəhəri ölkənin turist paytaxtı sayılır. Bura il ərzində çoxsaylı qonaqlar gəlir, beynəlxalq musiqi və film festivalları təşkil olunur, bunun nəticəsində muzeyləri ziyarət edən qonaqlar sırasında dünya şöhrətli simalar da var.

Mərakeş Krallığının mədəniyyət ocaqları və Azərbaycan Milli Xalça Muzeyinin əməkdaşlığı iki dost xalq arasında mədəni əlaqələrin inkişafına böyük təkan verəcək.

XƏBƏRLƏR

22.02.2020 10:50
Muğam Mərkəzində Xalq artisti Rübabə Muradovanın xatirəsi anılıb
22.02.2020 10:47
Musiqili Teatrda “Beş manatlıq gəlin” komediyasının premyerası olacaq
21.02.2020 17:28
Muzey Mərkəzində “Xocalıda can qaldı” adlı tədbir keçirildi
21.02.2020 16:28
Teatr Muzeyində " 21 Fevral -Ana Dili Günü" nə həsr olunmuş tədbir keçirildi
21.02.2020 15:56
Gənclər Kitabxanasında “Xocalı harayı” adlı tədbir keçirilib
21.02.2020 11:26
Mədəniyyət nazirinin müavinləri regionlarda vətəndaşlarla görüşüb
21.02.2020 11:18
İrəvan Dövlət Azərbaycan Dram Teatrı qastrol səfərinə yola düşür
21.02.2020 11:14
Özbəkistanın Gənc Tamaşaçılar Teatrı Bakıda çıxış edəcək
21.02.2020 11:07
“Ən böyük sərvətimiz - Ana dili” adlı tədbir keçirilib
21.02.2020 10:01
“Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda Respublika Müşavirəsi keçiriləcək
21.02.2020 09:37
Mariinski Teatrı “Məhəbbət əfsanəsi” tamaşasını Arif Məlikova həsr edib
21.02.2020 09:06
Azərbaycan-İtaliya sənədləri mübadilə edilib
20.02.2020 17:27
Ağsuda Əlibaba Məmmədovun 90 illiyi qeyd olunub
20.02.2020 16:32
Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın geniş tərkibdə görüşü olub
20.02.2020 15:48
“Türkologiya” jurnalı və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi arasında memorandum imzalanıb
20.02.2020 15:13
Sahənin inkişafı naminə elmi metodların inteqrasiyası
20.02.2020 11:09
“Doğma dilim, ana dilim” adlı tədbir keçirildi
20.02.2020 10:46
Gənc fotoqrafın fərdi sərgisi
20.02.2020 10:44
Gənc pianoçu Estoniyada Qran-pri mükafatına layiq görülüb
20.02.2020 10:41
Xocalı faciəsi bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır