25.01.2020 05:40
Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə fevralın 3-də “Baku Book Center”də Gənclər Gününə həsr olunmuş gənc rəssamların “Axın” adlı qrup sərgisi açılacaq.
Sərgi gənclərin istedad və bacarıqlarının üzə çıxarılması, mədəni tədbir, layihələrdə iştirakını dəstəkləmək, habelə cəmiyyətdəki fəallığını təmin etmək məqsədi ilə təşkil olunacaq.
Sərgidə 30-dan çox gənc rəssamın 60-a yaxın rəsm əsəri nümayiş olunacaq.
Tədbirin sonunda rəssamlar diplomla təltif ediləcək.