Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1753

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi yeni pilot sorğu keçirmək niyyətindədir

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) mədəniyyət sahəsində ilin sorğusunu keçirəcək.

Qurumun yerli və xarici tərəfdaş təsisatların, habelə digər sahələrin alim və mütəxəssislərinin iştirakı ilə keçirəcəyi “Mədəni-istehlakçı səbəti” adlı pilot sorğusu sahənin sosial-siyasi aktuallığının artmasına, qarşıda duran cari vəzifələrin icrasının rasionallaşmasına, habelə elmi proqnoz metodları vasitəsilə sahənin perspektiv vəzifələrinin müəyyən olunmasına xidmət edəcək. Belə ki, əldə olunacaq ilkin indikatorlar növbəti addımların hansı istiqamətdə atılması üçün zəmin yaradacaq. Mədəniyyət sahəsində ilin sorğusu statusuna iddialı olacaq sözügedən layihənin hər bir mərhələsi barəsində ictimaiyyət geniş şəkildə məlumatlandırılacaq.

Qeyd edək ki, BMT-nin insan inkişaf indeksinə əsasən, hər bir insanın yaşayış minimumunu təmin etmək məqsədilə müxtəlif dövlətlərdə fərqli minimum istehlak səbəti tərtib olunur. İnsanların yaşayışını təmin edə biləcək ərzaq, qeyri-ərzaq malları və xidmətlərə olan tələbatlar qəbul olmuş metod və düsturlarla elmi normalar əsasında müəyyənləşdirilir.

Qaçılmaz qloballaşma prosesləri nəticəsində müxtəlif təhdidlərlə rastlaşan milli identiklik məfhumu, müxtəlif keçid mərhələləri yaşayan ölkələrdə sahələr üzrə müşahidə olunan transformasiya təzahürləri, davamlı yeniləşən sosial reallıq, təhsil formatlarının dəyişikliyi, modernləşmə tendensiyaları, ictimai zövqün həssaslığı, habelə insanın mədəni özünüdərketməsinə, dünyagörüşünə və mədəni seçimlərinə təsir edə biləcək onlarla digər obyektiv səbəbləri nəzərə alaraq, insanın mənəvi ehtiyaclarını ödəyən minimum mədəni-istehlakçı səbətinin müəyyən olunması strateji əhəmiyyət kəsb edən vəzifələrdəndir.

Rəqəmsal texnologiyaların sürətli artım dinamikası müasir dövrdə paytaxt və regionlarda yaşayan orta statistik vətəndaşın minimum mədəni-istehlakçı səbətinin müəyyən olunması mədəniyyət siyasətinin qarşısında duran strateji vəzifələrin icrası prosesinin effektivliyini artıracaq. Eyni zamanda mövcud istiqamətdəki hədəflərə nail olmaq üçün rasional, habelə effektiv metod və mexanizmlərin müəyyən olunması üçün minimum mədəni-istehlakçı səbəti universal alətlərdən biri kimi sayıla bilər. Sözügedən məfhum mədəniyyət siyasətinin davamlılığını təmin edəcək və vəzifələrin icrasına maneə ola biləcək amillərdən də sığortalanmaya xidmət edəcək. Beynəlxalq təcrübəni nəzərə alaraq, mədəni-istehlakçı səbəti eyni zamanda ictimai şüurda düzgün mədəni tələbat və oriyentirlərin formalaşması prosesinə də dəstək göstərmək iqtidarındadır.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi