12 nömrəli nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdləri hesabat konserti ilə çıxış edib
1642
12.04.2019
12.04.2019 04:27
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin T.Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında hesabat konserti verib.
Konsert dirijor Mustafa Mehmandarovun rəhbərliyi, Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin müşayiəti ilə baş tutub.
Məktəbin şagirdləri İ.Bax, V.Motsart, L.Bethoven, E.Qriq, D.Kabalevskiy, A.Rzatevin və T.Quliyevin əsərlərini səsləndiriblər.
Konsertdə respublika və beynəlxalq müsabiqələrin qalibləri ilə yanaşı, səhnədə ilk addımlarını atan şagirdlər də iştirak ediblər.
Həmçinin respublika xor kollektivləri müsabiqəsinin qalibi olmuş məktəbin birləşmiş xor kollektivi konsertdə uğurla çıxış edib.