Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4441

Polad Bülbüloğlunun 75 illik yubileyi cəbhə bölgəsində qeyd olunub

Görkəmli bəstəkar, müğənni və ictimai xadim, Xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun 75 illik yubileyi cəbhə bölgəsində təntənəli şəkildə qeyd olunub.

Xalq artisti Polad Bülbüloğlu, qızı Leyla, oğlu, gənc dirijor Murtuza, Milli Konservatoriyanın rektoru Səyavuş Kərimi, Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, general-mayor Mais Bərxudarov, Beyləqan və Xocavənd Rayon İcra hakimiyyətlərinin başçıları əvvəlcə N saylı hərbi hissəyə gəliblər. Qonaqlar hərbi hissədə əsgər və zabitlərin xidməti ilə maraqlanıb, ideoloji otaq, yataqxana, ərzaq anbarı, yeməkxana ilə tanış olub, əsgərlərlə birgə nahar ediblər.

Əsgərlər qarşısında çıxış edən Polad Bülbüloğlu onlara xidmətlərində uğurlar arzulayıb, qələbənin bizim olacağına inamını ifadə edib. Onu “Heydər Əliyev” ordeni ilə təltif etdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən P.Bülbüloğlu deyib: "Bu, mənim üçün çox böyük bir mükafatdır. Ömrümün sonunadək çalışacağam ki, bu ordenə layiq olum".

Xalq artistinə hərbi hissənin xatirə hədiyyəsi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbaninin müəllifi olduğu "Lələtəpə fatehləri" kitabı təqdim olunub. Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının çıxışları maraqla qarşılanıb. Polad Bülbüloğlu əsgərlərlə həmsöhbət olub, onlarla birgə rəqs edib.

Hərbi hissədə olarkən jurnalistlərə müsahibə verən Polad Bülbüloğlu deyib: “Çox duyğuluyam. Bu gün ötən 75 ildə ən gözəl ad günümü keçirirəm. Əsgərlərlə birgə, Qarabağa yaxın bir yerdə. Buradan Qarabağ dağları görünür. Əsgərlərlə bir yerdə yemək yedik, çay içdik, tort kəsdik, rəqs etdik. Bundan xoşbəxt gün tapmaq çətindir. Şah əsərim Qarabağ haqqında yazacağım Qələbə marşı olacaq. Bu marşı özüm ifa edəcəyəm. Arzum budur ki, biz Qarabağa, Şuşaya qayıdaq və Cıdır düzündə gözəl tədbirlər keçirək. Xarı Bülbül festivalını yenidən təşkil edək”.

75 illik yubileyini cəbhə bölgəsində qeyd etməsindən danışan Polad Bülbüloğlu deyib: “Biz bu nümunəni Prezident İlham Əliyevdən götürürük. O, doğum gününü əsgərlərlə, məcburi köçkünlərlə birgə keçirir. Prezident gözəl bir ənənə yaradıb. Mən də hələ yay aylarında düşünürdüm ki, Prezidentdən nümunə götürüb ad günümü əsgərlərlə bir yerdə qeyd edim. Dünən Prezidentimiz mənə "Heydər Əliyev" ordenini təqdim etdi, ünvanıma çox gözəl sözlər dedi. Mən də fürsətdən istifadə edərək işimə, yaradıcılığıma qiymət verdiyi üçün dövlətimizin başçısına dərin təşəkkürümü bildirirəm. Eyni zamanda, dünən qızım dedi ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da “Instagram” səhifəsində məni təbrik edib. Mehriban xanıma da dərin təşəkkürümü bildirirəm. Çox duyğulandım”.

Həmin gün Beyləqan Olimpiya İdman Kompleksində Polad Bülbüloğlunun “Gəl, ey səhərim!” adlı konserti olub. Əvvəlcə Xalq artistinin yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub. Rusiyanın Xalq artisti Sergey Skripkanın rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Polad Bülbüloğlunun milyonların sevə-sevə dinlədiyi mahnıları səslənib. Gecədə Polad Bülbüloğlunun oğlu Murtuza Bülbülün dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin "Rapsodiya"sı təqdim olunub.

Konsertdə Mədəniyyət naziri Əbülfəs Qarayev və Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov iştirak edib. 

Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək Polad Bülbüloğlunu görkəmli bəstəkar və müğənni, məharətli diplomat, Azərbaycanı sonsuz məhəbbətlə sevən vətənpərvər kimi səciyyələndirib, ən xoş arzularını çatdırıblar.

Tədbirdə Polad Bülbüloğlu Müdafiə nazirinin əmri ilə "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif edilib. Yubilyara Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən Qarabağ xalçası hədiyyə olunub.

Polad Bülbüloğlu yubiley konsertində iştirak edən bütün iştirakçılara təşəkkürünü bildirib.

Gecənin qonaqları Polad Bülbüloğlu haqqında fikirlərini AZƏRTAC-ın müxbiri ilə bölüşüblər:

Milli Konservatoriyanın rektoru Səyavuş Kərimi: "Polad Bülbüloğlunun öz yubileyini cəbhə bölgəsində, əsgərlərlə birgə qeyd etməsi onların ruh yüksəkliyinə səbəb olub. Onun Prezident tərəfindən “Heydər Əliyev” ordeni ilə təltif edilməsi bizi çox sevindirir. Mən də ona, ilk növbədə, cansağlığı və uğurlar arzulayıram".

Beyləqan sakini Nahidə Ağayeva: "Bu gün Beyləqan rayonu üçün çox əlamətdar bir gündür. Görkəmli bəstəkar, müğənni, Xalq artisti Polad Bülbüloğlu rayonumuzun qonağıdır. Bu, bizim üçün böyük fəxrdir. Çox sevinirik. Onun konsertində iştirak etmək böyük fəxrdir. İnanırıq ki, bu görüş uzun illər beyləqanlıların yaddaşında qalacaq".

XƏBƏRLƏR

25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!