Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4559

Azərbaycan Milli Xalça Muzeyi Ermitaj Muzeyi ilə əməkdaşlıq memorandumu imzalayıb

7 fevral 2020-ci il tarixində Azərbaycan Milli Xalça Muzeyi və Dövlət Ermitajı arasında anlaşma və əməkdaşlıq haqqında Memorandumun imzalanması mərasimi keçirilib. Mərasimdə hər iki muzeyin rəhbərləri – Mixail Piotrovski və Şirin Məlikova iştirak etdilər.
Sənəddə tərəflərin Rusiya və Azərbaycan xalqlarının tarixi, mədəniyyəti, adət-ənənələri haqqında biliklərin yayılması sahəsində ikitərəfli münasibətlərin və mədəni əməkdaşlığın inkişafı və genişləndirilməsi niyyətləri öz əksini tapıb. Tərəflər birgə elmi-tədqiqat işini, informasiya və muzey işi sahəsində təcrübə mübadiləsini; birgə sərgi layihələrini, muzey əşyalarının qorunması və bərpası sahəsində bilik mübadiləsinin keçirilməsini planlaşdırır.
Memorandumda bununla yanaşı, Ermitajda saxlanılan Azərbaycan xalçalarının kataloqlaşdırması, etiketaj və annotasiyaların Azərbaycanın istehsal yeri kimi göstərilməsi baxımından dəqiqləşdirilməsi, habelə 2020-ci ilin noyabr ayında IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu çərçivəsində iki muzeyin birgə sərgisinin təşkili nəzərdə tutulub.
Əməkdaşlığın istiqamətləri arasında xüsusi qayğıya ehtiyacı olan insanlar üçün mədəni sərvətlərin əlçatan olması işinin yaxşılaşdırılması şərtləri önəmli yer tutacaq. Həmin proqramlardan biri mərasimdə təqdim olunan iki muzeyin bu sahədəki təcrübəsini birləşdirən “Pazırık xalçası” inklüziv layihəsidir. Görmə qabiliyyəti məhdud olan insanların qədim sənətkarların texnika müxtəlifliyini hiss edəcəyi, ornamenti duya biləcəkləri Ermitaj kolleksiyasından Pazırık xalçalarının fraqmentlərinin replikalarının yaradılması nəzərdə tutulur.
Layihənin əsasını Azərbaycan Milli Xalça Muzeyində işlənib hazırlanmış, özündə xovlu və xovsuz texnikalarını birləşdirən, ornamentin formasını və strukturunu taktil müəyyən etmək imkanı verən xüsusi toxuculuq metodu təşkil edir. Hər bir nümunə eksponat haqqında məlumat daşıyan Brayl şrifti ilə yazılmış mətn və tiflo şərh ilə müşayiət olunacaq. Taktil modellər xalçaya toxunmaq, onun strukturunu, texniki xüsusiyyətlərini hiss etmək istəyən muzeyin çoxsaylı ziyarətçilər üçün maraqlı olacaq.
Layihənin həm Ermitajda, həm də Azərbaycan Milli Xalça Muzeyində həyata keçirilməsi planlaşdırılıb. İki muzey arasındakı ilk layihənin koordinatorları Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova və Ermitajın qiymətli və arxeoloji metalların elmi bərpası laboratoriyasının müdiri İqor Malkieldir.
Bu muzeylər arasında artıq ikinci birgə layihədir. 2019-cu ilin noyabrında İqor Malkiel Azərbaycan Milli Xalça Muzeyinin dəvəti ilə Bakıda zərgərlik kolleksiyasının eksponatlarının konservasiyasına həsr edilmiş təlimlər keçirmişdir. Burada həmçinin inklüziv proqramların tətbiqi məsələləri də müzakirə olunmuşdur.
Azərbaycan Milli Xalça Muzeyi Ermitaj ilə əməkdaşlıq memorandumu imzalayan ölkəmizdəki ilk muzey oldu. Bu, Azərbaycanın mədəni həyatı üçün əlamətdar hadisədir.
Azərbaycan Milli Xalça Muzeyi yalnız maddi mədəni dəyərlərin saxlancı deyil, həm də mədəni-maarifləndirici mərkəz rolunda çıxış edərək ölkəmizdə xalça sənətinin və Azərbaycanın mədəni irsi siyasətinin xaricdə təbliğı ilə məşğul olur. Beynəlxalq muzey məkanında onun fəaliyyətinin ən əhəmiyyətli istiqamətlərindən biri dünyanın aparıcı muzeyləri ilə əlaqələrin qurulması və onlarla birgə layihələrin həyata keçirilməsidir.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb