Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
628

Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin 80 illiyinə həsr olunmuş tədbir keçirilib

Fevralın 18-də Azərbaycan Dövlət Film Fondunda görkəmli kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin 80 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbir Mədəniyyət Nazirliyinin dəstəyi, Dövlət Film Fondunun təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev yubilyarı təbrik edib. Diqqətə çatdırıb ki, Aydın Kazımzadə tükənməz enerji ilə daim çalışır, kino salnaməmizi zənginləşdirir. O, həyatını sevdiyi işə həsr edib və keçdiyi yol şanlı və mənalı bir yoldur: “Hesab edirəm ki, bu yanaşma həm kinomuz, həm də Aydın Kazımzadə ömrü üçün çox uğurlu olub. Keşməkeşli olsa da, çox faydalı bir həyat yaşayıb. O, öz zəhməti ilə qürurlu bir həyat yaşayıb. Apardığı bu tədqiqatlar, məqsədyönlü fəaliyyət onun üçün o qədər də asanlıqla başa gəlməyib. Amma bütün bunlara baxmayaraq, kino tariximizi, bilavasitə kino tədqiqat sahəsini daim zənginləşdirməyə çalışıb. Azərbaycan kinematoqrafçılarının taleyi onun həyatının bir hissəsinə çevrilib. Onlar haqqında yazılan məqalələr, elmi-publisistik yazılar, kitablar, ensiklopediyalar böyük zəhmət hesabına başa gəlib. Bu səbəbdən də demək olar ki, Aydın Kazımzadə xalqımız və dövlətimiz üçün çox böyük işlər görmüş vətənpərvər kino fədaisidir. O, əsl və sözün həqiqi mənasında, ziyalı bir insandır. O, dəyərli bir həyat yaşamış, gözəl pedaqoq kimi fəaliyyət göstərmiş, televiziya sahəsində kinomuzu layiqincə təmsil etmiş və zəngin irsə malik kino xadimidir. Bu zəngin irs isə həm dövlətimizə məxsusdur. Bu irsin zənginləşdirilməsində daim yubilyara dəstək olaraq ona uzun ömür və can sağlığı arzulayıram”.

Tədbirdə “Azərbaycanfilm” kinostudiyanın direktoru, Əməkdar incəsənət xadimi, professor Cəmil Quliyev çıxış edərək yubilyarın Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən söhbət açıb. Bildirib ki, Azərbaycan kinosunun tədqiqində, müəmmalı səhifələrin araşdırılmasında Aydın Kazımzadənin çox böyük rolu var: “Yubilyarın yaradıcılığının əsas istiqamətini Azərbaycan kinosu ilə bağlı axtarış və tədqiqatlar təşkil edir. Bu axtarışların ən birincisi isə onun araşdırmaları sayəsində Azərbaycan kinosunun gerçək tarixi (2 avqust 1898-ci il) bəlli olub və bu tarix ulu öndər Heydər Əliyevin 2000-ci ildə imzaladığı Sərəncamla “Azərbaycan kinosu günü” kimi qeyd edilir. İkinci əsas tapıntısı “Dəli Kür” filminin kəsilmiş hissəsinin veteran operator Yuri Varnovskinin arxivindən əldə edərək Film Fondumuza təhvil verməsi, həmçinin Azərbaycan cizgi filminin tarixinin dəqiqləşdirilməsidir. Bir sözlə, kino tariximizlə bağlı araşdırmalar Aydın müəllimin həyat kredosudur”.

Birinci dərəcəli dövlət müşaviri, tarix elmləri doktoru Dilarə Seyidzadə Azərbaycan kinosunun dərindən araşdırılmasındakı xidmətlərinə görə yubilyara təşəkkürünü ifadə edib. Bildirib ki, o, bu gün gənc nəslə bir nümunədir. Dilarə Seyidzadə yubilyarın görkəmli rejissor Hüseyn Seyidzadənin yaradıcılığına olan diqqətini və onu dərindən hiss etdiyini xüsusi vurğulayıb: “Hüseyn Seyidzadə kimi unikal rejissoru başa düşmək, onun rejissor kimi altqatda hansı mesajları vermək istədiyini başa düşmək o qədər də asan deyil. Amma Aydın Kazımzadə onun bütün bu yaradıcılıq metodlarını və düşüncələrini dərindən dərk edərək təbliğ edir”.

Yubiley gecəsində Xalq artisti, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov, Xalq artisti Rafiq Əzimov, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova, Xalq artisti Həmidə Ömərova, Əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayev, Əməkdar artist Elxan Qasımov, kino nəzəriyyəçisi Əlisəftər Hüseynov və başqaları çıxış edərək Aydın Kazımzadənin həyat və fəaliyyətindən, o cümlədən Azərbaycan kinosunun tədqiqində və tarixinin öyrənilməsində müstəsna xidmətlərindən danışıblar.

Sonra yubilyarın yaradıcılıq yolunu əks etdirən videoçarx nümayiş olunub.

Tədbir boyu yubilyarın iştirak etdiyi və müəllifi olduğu televiziya verilişlərindən fraqmentlər, ssenari müəllifi olduğu sənədli filmlərdən kadrlar nümayiş olunub. Yubilyara “Azərbaycanfilm” kinostudiyasının tarixinin öyrənilməsi və təbliğindəki xidmətlərinə görə diplom və hədiyyə, eləcə də Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yubiley hədiyyəsi təqdim edilib.

Tədbirin sonunda yubilyar çıxış edərək yaradıcılığına verilən qiymətə görə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib. Kino tarixinə dair 34 kitab və monoqrafiyanın ərsəyə gəlməsində ona dəstək olan insanlara və yubiley tədbirində iştirak edən bütün qonaqlara və təşkilatçılara dərin minnətdarlığını ifadə edib.

XƏBƏRLƏR

03.07.2020 16:57
Dəyişən reallığa uyğunlaşan mədəniyyət
03.07.2020 16:52
Murad Hüseynov: Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına ciddi riayət etməkdir
02.07.2020 14:38
Mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş iclas keçirilib
02.07.2020 13:27
Vikipediyada Mikayıl Müşfiq haqqında özbək dilində bölmə istifadəyə verilib
01.07.2020 15:43
Beynəlxalq Muğam Mərkəzindən canlı yayımlar davam edir
01.07.2020 11:50
Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin növbəti iclası videokonfrans formatında keçirilib
30.06.2020 15:51
Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə uşaqlar üçün nəzərdə tutulan rəsm müsabiqəsi davam edir
30.06.2020 15:48
Azərbaycan və Özbəkistan məktəbliləri arasında beynəlxalq onlayn festival təşkil ediləcək
30.06.2020 15:08
Peşəkar kitabxanaçılar arasında debat keçirilib
30.06.2020 15:02
Beynəlxalq Muğam Mərkəzi tərəfindən unudulmaz xanəndənin irsi ilə bağlı tədqiqatlar davam etdirilir
30.06.2020 11:42
Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir
29.06.2020 13:22
“Tərəfdaşlarla görüş” layihəsi çərçivəsində növbəti onlayn videokonfrans təşkil olunub
26.06.2020 17:32
Respublika Gənclər Kitabxanası Silahlı Qüvvələr Günü münasibətilə videoçarxlar hazırlayıb
25.06.2020 17:09
“Birgə mütaliə” layihəsinin növbəti kitab müzakirəsi narkomaniyanın törətdiyi fəlakətlər və onlarla mübarizəyə həsr olunub
25.06.2020 11:10
“Mənim yay tətilim-2020” Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir
25.06.2020 11:09
Bölgələrdəki mədəniyyət müəssisələrinin fəaliyyəti onlayn formada davam edir
24.06.2020 17:03
Gəncədə “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksi bərpadan sonra istifadəyə verilib
24.06.2020 11:16
Açıq xarakterli mədəni konsaltinq xidmətləri davam edir
23.06.2020 12:32
“Minnətdarıq” adlı respublika rəsm müsabiqəsinin onlayn sərgisi açılıb
23.06.2020 10:11
“Birgə mütaliə” adlı layihə davam edir
22.06.2020 11:02
INTERACT layihəsi çərçivəsində Andrey Zvyaqintsevlə onlayn ustad dərsi baş tutub
22.06.2020 10:43
Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov beynəlxalq onlayn konfransda iştirak edəcək
22.06.2020 10:35
Bədii təhsilin perspektivliyi müzakirə edilib