Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
706

Gənc pianoçu Estoniyada Qran-pri mükafatına layiq görülüb

Gənc pianoçu Leyla Zeynalova 9-16 fevral tarixində Estoniyanın Narva şəhərində keçirilən XIII Beynəlxalq Şopen Müsabiqəsində Qran-pri mükafatına layiq görülüb.

Leyla Zeynalova təəssüratlarını bölüşərək bildirib ki, müsabiqəyə öz təşəbbüsü ilə qatılıb. İlk dəfə bu müsabiqədə 12 yaşında iştirak edən ifaçı 2-ci yeri qazanıb.

Seçim turuna ötən ilin oktyabrında videoifasını göndərən Leyla noyabrda müsabiqəyə dəvət alır. Müsabiqənin birinci turunda 25, ikinci turda 30 dəqiqə solo proqramla, sonda isə orkestrlə birgə çıxış edərək böyük uğura imza atıb.

Qazandığı uğurlara görə ona dəstək olan insanlara təşəkkürünü bildirən pianoçu deyib: “Bakı Musiqi Akademiyasının professoru Kəmalə Nemanovanın tələbəsiyəm. Bu illər ərzində onunla çox layihələr həyata keçirmişik. Müəlliməm hər zaman məni dəstəkləyir, hər vaxt yanımdadır. Hətta müsabiqəyə birlikdə getməsək də, hər turdan əvvəl telefonla əlaqə yaradıb məsləhətlərini verir, mənə dəstək olurdu. Düzdür, müsabiqəyə qatılan hər kəsin içində qalib olmaq inamı olur. Bu uğur mənim üçün inanılmazdır. Yaşadığım hissləri ifadə etmək çətindir”.

Qeyd edək ki, Prezident İlham Əliyevin 8 oktyabr 2014-cü il tarixli sərəncamı Leyla Zeynalovanın adı ilə gənc istedadların "Qızıl kitab"ına yazılaraq Prezident təqaüdünə layiq görülüb.

Hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının ikinci kursunda təhsil alan Leyla ölkəmizlə yanaşı,  Almaniya, İngiltərə, Belçika və Latviyada bir sıra müsabiqələrdə iştirak edib, laureat olub, əksəriyyətində Qran-pri mükafatına və birinci yerə layiq görülüb. O, dəfələrlə Yuri Başmetin rəhbərlik etdiyi MDB və Baltikyanı ölkələrinin Uşaq Musiqi Akademiyasının ustad dərslərində iştirak edib. 2015-ci ildə gənc pianoçu, Vladimir Spivakovun təşkil etdiyi "Moskva dostları qarşılayır" festivalına qatılıb.

L.Zeynalovanın uğurlu fəaliyyəti 2018-ci ildə Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılıb.

Onu da bildirək ki, Leylanın qardaşı, beynəlxalq müsabiqələr laureatı Rüstəm Zeynalov da vaxtilə Narvada keçirilən Beynəlxalq Şopen Müsabiqəsinin qalibi olub. Rüstəm hazırda Moskva Konservatoriyasının aspiranturasında təhsilini davam etdirir.

XƏBƏRLƏR

30.03.2020 14:47
Lənkəran Dövlət Dram Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
30.03.2020 12:54
Rəqəmsal mühitdə yeni mədəni xidmətlər
30.03.2020 10:15
Bu gün görkəmli aktrisanın 75 yaşı tamam olur
29.03.2020 10:09
Mədəniyyət Nazirliyi yeni layihəyə start verib
28.03.2020 10:06
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib
27.03.2020 18:21
Rauf Yusuf oğlu Babayev
26.03.2020 17:38
Əməkdar rəssam Rəşid Həsənov (Şerif) vəfat edib
26.03.2020 15:43
Mərkəzi İncəsənət məktəbində “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişlərinə start verildi
26.03.2020 14:04
Milli İncəsənət Muzeyi onlayn iş rejiminə keçib
26.03.2020 14:01
“Yuğ” Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
25.03.2020 13:55
Teatr Xadimləri İttifaqı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
25.03.2020 13:42
“Bizi birləşdirən mədəniyyət” layihəsinə start verilir
23.03.2020 14:27
Əbülfəs Qarayev Mədəniyyət Nazirliyinin rəsmi facebook səhifəsi vasitəsilə ictimaiyyətə müraciət ünvanlayıb
23.03.2020 10:39
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
19.03.2020 17:38
Mədəniyyət naziri Novruz bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətini təbrik edib
19.03.2020 14:12
“Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində Gəncə şəhəri haqqında videoçarx hazırlanıb
19.03.2020 13:51
Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki