Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
375

Azərbaycan Milli İncəsənət Muzeyinin kollektivi Azərbaycanın Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirmişdir

Bu gün Azərbaycan Milli İncəsənət Muzeyinin kollektivi Azərbaycanın Cəbrayıl rayonunun 2016-cı ildə aprel döyüşlərində işğaldan azad olunmuş, Böyük Qayıdışın başlanğıcı olan Cocuq Mərcanlı kəndində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirmişdir. Tədbirdə Xocalı faciəsi haqqında xüsusi bədii əsərləri yaratmış rəssamların yaradıcılığı Cocuq Mərcanlı kəndinin orta məktəbinin pedaqoji kollektivi və şagirdlərinə təqdim edilmişdir. Elmi işlər üzrə direktor müavini Xədicə Əsədova slaydlar və video çarxlar vasitəsilə muzeyin fəaliyyəti barədə geniş məlumat verib, Sərgi şöbəsinin müdiri Araz Osmanov isə qədim Xocalı-Gədəbəy mədəniyyəti haqqında danışıb. Muzeyin zəngin kolleksiyasında bu mövzuda qorunub saxlanılan əsərlərdən ibarət səyyar sərgi məktəblilərə təqdim olunub. Sonra Elmi-kütləvi şöbəsinin əməkdaşı Vüsalə Hümbətli "Xocalı harayı" adlı mühazirəsı ilə çıxış edib. Muzeydə qorunan əsərlərin müasir təbliğindən danışan İnnovasiya şöbəsinin müdiri Səbinə Ağamirova çıxışında muzeyin yeni nailiyyətlərindən də söz açmışdır.
Görüş zamanı Prezident İlham Əliyevin tapşırığına əsasən, Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzəri kimi inşa olunan məscidi, eləcə də muzey binası, məktəb kitabxanası, sığınacağı və sair məkanlar ziyarət olunub. Müasir və yüksək keyfiyyətli təchizatı ilə fərqlənən bütün inzibati binalar kəndin dinc və qayğısız həyatından xəbər verir, düşmən və müharibənin cəmi 700 metrlik məsafədə olduğunu inanılmaz edirdi. Tədbirin sonunda məktəblilər muzeyə dəvət olunmuş, bu xüsusi günü əbədiləşdirmək və muzey ilə cəbhəyanı kənd arasındakı məsafəni azıcıq da olsa qısaltmaq məqsədilə Azərbaycan Milli İncəsənət Muzeyi N.Aslanov adına Cocuq Mərcanlı kənd orta məktəbinə rəsm əsəri hədiyyə etmişdir. 

Azərbaycan Milli İncəsənət Muzeyi Cocuq Mərcanlının məktəb direktoru Zəmin Həziyevə əmakdaşlıq və səmimi qarşılamaya görə dərin minnətdarlığını bildirir.

XƏBƏRLƏR

31.03.2020 14:39
31 mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı
30.03.2020 14:47
Lənkəran Dövlət Dram Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
30.03.2020 12:54
Rəqəmsal mühitdə yeni mədəni xidmətlər
30.03.2020 10:15
Bu gün görkəmli aktrisanın 75 yaşı tamam olur
29.03.2020 10:09
Mədəniyyət Nazirliyi yeni layihəyə start verib
28.03.2020 10:06
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib
27.03.2020 18:21
Rauf Yusuf oğlu Babayev
26.03.2020 17:38
Əməkdar rəssam Rəşid Həsənov (Şerif) vəfat edib
26.03.2020 15:43
Mərkəzi İncəsənət məktəbində “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişlərinə start verildi
26.03.2020 14:04
Milli İncəsənət Muzeyi onlayn iş rejiminə keçib
26.03.2020 14:01
“Yuğ” Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
25.03.2020 13:55
Teatr Xadimləri İttifaqı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
25.03.2020 13:42
“Bizi birləşdirən mədəniyyət” layihəsinə start verilir
23.03.2020 14:27
Əbülfəs Qarayev Mədəniyyət Nazirliyinin rəsmi facebook səhifəsi vasitəsilə ictimaiyyətə müraciət ünvanlayıb
23.03.2020 10:39
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
19.03.2020 17:38
Mədəniyyət naziri Novruz bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətini təbrik edib
19.03.2020 14:12
“Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində Gəncə şəhəri haqqında videoçarx hazırlanıb
19.03.2020 13:51
Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki