Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1265

UNESCO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin növbəti iclası keçirildi

Fevralın 24-də “Park İnn” hotelində UNESCO-nun “İnformasiya hamı üçün” Proqramının (İFAP) Azərbaycan Komitəsinin növbəti iclası keçirildi. İclasda Milli Komitədə təmsil olunan dövlət qurumlarının nümayəndələri iştirak edirdi.

İFAP-ın Azərbaycan Komitəsinin sədri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar (NRYTN) və rəqəmli inkişaf şöbəsinin müdiri Rəşad Əzizov çıxış edərək proqramın ölkəmizin xaricdə tanıdılması və təbliği baxımından əhəmiyyətini vurğuladı. Proqramın məqsədləri və prioritet sahələri barədə məlumat verərək bildirdi ki, “İnformasiya hamı üçün” UNESCO tərəfindən  2001-ci ildə yaradılan unikal hökumətlərarası proqramdır. Əsas məqsədi təşkilata üzv ölkələrin milli informasiya siyasətinin formalaşması, bilik sahəsi üzrə strategiyanın hazırlanması və həyata keçirilməsinə dəstək verilməsi, həmçinin informasiya və biliklərin əldə edilməsi sahəsində fəaliyyət planlarının  hazırlanması, beynəlxalq siyasi diskussiyalar və əməkdaşlıq üçün platformanın yaradılmasıdır.

R.Əzizov həmçinin “UNESCO-nun  İFAP proqramının Azərbaycan Komitəsinin 2019-2021-ci illər üçün Tədbirlər Planı” üzrə görülmüş işlər haqqında məlumat verdi. Vurğulandı ki, proqramın altı prioritet sahəsi – “İnformasiyaya çıxış”, “İnkişaf üçün informasiya”, “İnformasiya etikası”, “İnformasiya savadlılığı”, “İnformasiyanın qorunması”, “Kiberməkanda çoxdillilik” üzrə məsələlər bu planda öz əksini tapıb. Nəzərdə tutulan sahələr üzrə aidiyyəti dövlət qurumları müəyyən dərəcədə nailiyyətlər əldə edilməklə fəaliyyəti genişləndirə biliblər.

Qeyd olundu ki, Azərbaycanda İFAP Milli Komitəsi 2010-cu ildən fəaliyyət göstərir. 2018-ci ildən isə İFAP-ın Azərbaycan Komitəsinin NRYTN-in tərkibində fəaliyyət göstərməsi haqqında qərar qəbul olunub. 11 sentyabr 2018-ci ildə UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası yanında UNESCO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin yeni Əsasnaməsi, 29 yanvar 2019-cu ildə isə NRYTN tərəfindən hazırlanmış və aidiyyəti qurumlarla razılaşdırılmış “UNESCO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin 2019-2021-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib.

Tədbirdə sonra www.ifap.az saytının təqdimatı oldu. Saytda komitənin tarixi və fəaliyyəti, xəbərlər, tərəfdaşlar, sənədlər bölmələri yaradılıb. Bu bölmələr vasitəsilə birbaşa İFAP-ın əhatə etdiyi sahələr və bu yöndə görülən işlər haqqında ətraflı məlumat alaraq tərəfdaşlıq etmək mümkündür.

Daha sonra iclasda Milli Komitənin üzv qurumlarının və ictimai təşkilatların nümayəndələri çıxış edərək Tədbirlər planı çərçivəsində görülən işlər haqqında məlumat verdilər.

*      *      *

Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Nuriyyə Məmmədova çıxış edərək nazirlik tərəfindən bu sahədə həyata keçirilən genişmiqyaslı layihələrdən söz açdı. Bildirdi ki, Milli Kitabxananın Elektron kitabxanasının saytındakı “Audiokitablar” bölməsində xüsusi kateqoriyalı istifadəçilər üçün müxtəlif audiokitablar toplanıb. Hər hansı bir audiokitabı görmə qabiliyyəti məhdud olan istifadəçi kitabxanaya gəlmədən dinləyə bilər. 2014-cü ildən F.Köçərli adına Respublika Uşaq Kitabxanasında görmə qabiliyyəti zəif və məhdud uşaqlar üçün informasiya mərkəzi yaradılıb. Mərkəzin əsas məqsədi görmə qüsurlu uşaqların internet şəbəkəsinə sərbəst çıxışını təmin etməkdir.

Sektor müdiri Mədəniyyət Nazirliyinin sifarişi və “AdZone” şirkətinin texniki dəstəyi ilə yaradılan “Muzey əşyalarının daimi mühafizə portalı” haqqında da söz açdı. Dedi ki, hazırda respublikada fəaliyyət göstərən şəhər (rayon) Heydər Əliyev mərkəzləri, aparıcı muzeylər, ev və xatirə muzeyləri, şəhər (rayon) tarix-diyarşünaslıq muzeyləri tərəfindən muzey fondlarında qorunub saxlanılan eksponatlar həmin portala daxil edilir. Azərbaycan Dövlət Film Fondunda saxlanan 35 mm kinolent formatında çəkilmiş milli filmlərin rəqəmsal formata çevrilməsi işi də davam etdirilir. 

Qeyd olundu ki, 2018-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən “Ultra technologies” şirkətinin texniki dəstəyi ilə hazırlanan "Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri"nin elektron portalı istifadəyə verilib. Portal Azərbaycanın diyarşünaslıq (adət-ənənə, bayram-mərasim, rəmz-sirr), folklor (musiqi-rəqs, oyun-tamaşa, şifahi xalq yaradıcılığı) və sənətkarlıq (dekorativ-tətbiqi, təsviri) nümunələrinin məlumat bazasından ibarətdir. Hazırda Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi və Qobustan Milli Tarix-Bədii Qoruğunda audiobələdçi texnologiyaları tətbiq edilir. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində isə 2008-ci ildən kompleks avtomatlaşdırılmış muzey informasiya sisteminin (KAMİS) proqramı həyata keçirilir. Ötən il informasiya sisteminin bazasına 343 ədəd, ümumilikdə isə 34913 ədəd eksponat haqqında məlumat daxil edilib.

Sektor müdiri həmçinin dedi ki, yerli xalqların və milli azlıqların adət-ənənələrinin qorunması və təbliği diqqət mərkəzindədir. Bu məqsədlə Mədəniyyət Nazirliyi tərəfindən www.ismayilliculture.az, www.shekiculture.az saytları yaradılıb. Həmin saytlara qlobal informasiya məkanında Azərbaycanla bağlı, o cümlədən ölkəmizdə yaşayan azsaylı xalqların mədəni irsi, mədəniyyət müəssisələri barədə məlumatlar daxil edilib.

*      *      *

Sonra AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli əlyazmaların rəqəmsallaşdırılması ilə bağlı hesabat təqdim etdi. “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin rəhbəri Rauf Cabbarov “Digital Girls” milli təlim proqramı haqqında məlumat verdi. Bildirdi ki, ölkəmizdə qadınların İKT sahəsinə cəlb edilməsi və müasir texnologiyalar sahəsində rolunun artırılmasına xüsusi diqqət yetirilir. Bu işlərin davamı olaraq “İKT LAB” mərkəzinin təşkilatçılığı ilə “Rəqəmli qızlar (“Digital Girls”) - milli təlim proqramı” adlı sosial layihəyə start verilib. Layihə çərçivəsində Bakı şəhərinin bir sıra məktəblərində təqdimat tədbirləri keçirilib və mindən çox iştirakçı qatılıb. Onlara layihənin məqsədi izah edilib və İKT sahəsində uğurlu karyera qurmaq imkanları barədə məlumat verilib.

İclas Dövlət Turizm Agentliyi və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşları və ictimai təşkilatların nümayəndələrinin diskussiyası ilə davam etdi.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb