Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1589

Milli mədəni irsin təbliği və inkişafında mədəni marşrutların rolu

Beynəlxalq Muğam Mərkəzində işə başlayan “Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda Respublika müşavirəsi “Mədəni marşrutlar: milli mədəni irsin təbliği və yerli inkişafı üçün model” adlı panel iclasla davam edib.

Mədəni Marşrutlar üzrə Avropa İnstitutunun direktoru Stefano Dominioninin moderatorluğu ilə keçən iclasda “Azərxalça” ASC-nin İdarə heyətinin sədr müavini Orxan Rzayev Azərbaycanda xalçaçılığın inkişafı və xalça sənəti haqqında məruzə ilə çıxış edib. Qeyd olunub ki, xalça toxumaq insanları birləşdirir, onlarda kollektivlik, bir-birinə kömək, dostluq hisslərini aşılayır. Azərbaycan xalçası təkcə milli həyat tərzinin əsas elementlərindən, dekorativ-tətbiqi sənətin növ müxtəlifliyindən deyil, xalqın mənəvi və əxlaqi normaları ilə bağlıdır. Azərbaycanda xalça toxuculuğu tətbiqi sənətin ən qədim sahələrindən hesab edilir. Ölkə ərazisində aparılan arxeoloji qazıntılar və yazılı mənbələrə görə, Azərbaycanda xalça toxuculuğu Tunc dövründə meydana gəlib. Vurğulandı ki, qədim zamanlardan Avropada Azərbaycan xalçalarına böyük maraq olub və bu gündə bu ənənə davam etməkdədir.

Məruzəçi “Azər-İlmə” və "Azərxalça"nın fəaliyyəti haqqında da məlumat verib. Bildirib ki, “Azər-İlmə" vaxtilə Abşeronda, Qarabağda, Qazaxda, Qubada, Gəncədə, Lerikdə, Şirvanda, Şəkidə emalatxanalar yaradıb, əsrlər boyu formalaşmış xalçaçılıq ənənələrini ən yüksək səviyyədə yaşadıb. Diqqətə çatdırılıb ki, Azərbaycan mədəniyyətinin, o cümlədən xalçaçılığının inkişafı və onun nailiyyətlərinin dünya miqyasında təbliği sahəsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük rolu var. Mehriban xanımın rəhbərliyi ilə Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyi münasibətilə Böyük Britaniyada, Fransada və Rusiyada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti günləri çərçivəsində təşkil edilən xalça sərgiləri bu qədim mirasın təbliğinə böyük töhfə verib. 2010-cu ilin 15-19 noyabr tarixində Keniyanın Nayrobi şəhərində keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 5-ci sessiyasında Azərbaycan xalçaçılıq sənəti qurumun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi